Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək
Azərbaycan Prezidenti Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənizmlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir".hedeftv.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, vacib dəyişikliklərdən biri istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır:
"Belə ki, sözügedən günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödəniləcək. Burada vacib dəyişliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. Azərbaycanda bu istiqamətə işlərin daha da intensivləşməsi müşahidə olunmaqdadır. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi.
Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bunun maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək".
Bugün, 11:30
Ukraynadan Azərbaycana 132 uşaq gətirilib
Bugün, 11:00
Ən çox qar Lerikə yağıb - Faktiki hava
Bugün, 10:30
Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək
Bugün, 10:00
Kəlbəcərin dağ kəndlərində işıqlar sönməyəcək - VİDEO
Bugün, 09:30
Ermənistan parlamenti sonuncu iclasa toplaşdı
Bugün, 09:00
İqtisadiyyatımız 1,4 % böyüyüb
17-01-2026, 18:00
Sumqayıtda aptek yanır
17-01-2026, 17:30
"Səkkiz" serialının ARB və yutubda yayımı dayandırıldı
17-01-2026, 17:00
Məktəblərdə üç fənn BİRLƏŞİR
17-01-2026, 16:30
Sığınacaqda yaşayan 8 uşağın anası valideynlik hüququndan məhrum edildi
17-01-2026, 16:00
Almaniya futbol üzrə Dünya Çempionatını boykot edə bilər
17-01-2026, 15:30
Maduro ələ keçirilərkən neçə nəfər öldürülüb? – Nazir dəqiq rəqəmləri açıqladı
17-01-2026, 11:30
Cəfər Cabbarlının büstünün restavrasiyasına başlanıldı
17-01-2026, 11:00
Taksi qiymətinə avtobuslar, bəs xidmətin keyfiyyəti?
17-01-2026, 10:30
Suriyada kürd dilinə dövlət statusu verildi
17-01-2026, 10:00
Yanından keçdiyiniz ağac əslində aydan gəlmiş ola bilər
17-01-2026, 09:30
“Məni gözəllik salonunda əməliyyat etdi, ağzım əyilir”
17-01-2026, 09:00
İnanılmaz əməliyyat: xəstənin bədənindən 60 kiloqramlıq şiş çıxardılar - Video
16-01-2026, 18:00
Putin İsraillə İranı müzakirə edib
16-01-2026, 17:30
Körpələr evinin müdirinə xəsarət yetirildi
16-01-2026, 17:00
Ailə quracaq BU gənclərə 19 MİN manat veriləcək
16-01-2026, 16:30
Elmira Axundovanın yaxın adamı məhkəmə zalında qandallandı – 8 milyonluq dələduzluq işi
16-01-2026, 16:00
İranlı müğənni Türkiyəyə qaçdı- rejimi qınayaraq dünya liderlərindən yardım istədi
16-01-2026, 15:30
"Azərbaycan Nəşriyyatı" BAĞLANIR
16-01-2026, 11:30
İllərlə sirr qalan xəstəliyin səbəbi üzə çıxdı
16-01-2026, 11:00
Tarixdə dönüş nöqtəsi: insan üçün orqan verən donuzlar
16-01-2026, 10:30
Rusiyanın öz “Viaqra”sı da işə yaramadı - məsələyə prokurorluq baxacaq