İsrail Qəzzaya daxil olmağa hazırlaşır - Putindən XƏBƏRDARLIQ
Gündəm / Sosial
Oxunub: 131
26 Ekm 2023 | 10:54
İsrail Qəzzaya daxil olmağa hazırlaşır - Putindən XƏBƏRDARLIQ

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayan toqquşma davam edir.

Bölgədəki ən son vəsiyyəti təqdim edirik.

Qurudan əməliyyata hazırlıq

İsrail Qəzzanı idarə edən HƏMAS-ı məhv edəcəyinə söz verib. İsrail ordusunun sözçüsü Daniel Hacari deyib ki, müharibənin məqsədlərinə çatmaq üçün Qəzzaya zərbələr davam etdiriləcək: "Hər bir zərbə bizi gücləndirir və müharibənin növbəti mərhələləri ərəfəsində vəziyyətimizi yaxşılaşdırır."

Baş nazir Benyamin Netanyahu televiziya ilə xalqa müraciətində İsrailin qurudan əməliyyata hazırlaşdığını deyib. İsrail tankları və əsgərləri Qəzza ilə sərhədə yığılıb və əmr gözləyir. İsrail 360 000 ehtiyat əsgəri orduya çağırıb.

Qəzzaya quru əməliyyatını təxirə salmaq üçün beynəlxalq təzyiqlər artır. Beynəlxalq aktorlar hücumun girovları təhlükəyə ata biləcəyini deyir. İsrail hökuməti bildirib ki, HƏMAS tərəfindən saxlanılan təxmini 220 girovun yarısından çoxunun 25 müxtəlif ölkədən xarici pasportu var.

ABŞ və Rusiya liderlərindən reaksiyalar

ABŞ prezidenti Co Bayden deyib ki, gələcək İsrail və Fələstin dövlətlərini yan-yana əhatə etməlidir. "İsraillilər və fələstinlilər eyni dərəcədə təhlükəsizlik, ləyaqət və sülh içində yan-yana yaşamağa layiqdirlər", - Bayden dünən Vaşinqtonda səfərdə olan Avstraliyanın baş naziri Entoni Albanez ilə birgə mətbuat konfransında qeyd edib.

Bayden HƏMAS qruplaşmasının İsrailə hücumunun bir səbəbinin İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasının qarşısını almaq olduğuna inandığını vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin münaqişənin Yaxın Şərqdən kənara da yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edib və Qəzzada günahsız qadınların, uşaqların və qocaların başqalarının cinayətlərinə görə cəzalandırılmasının yanlış olduğunu bildirib.

"Bugünkü vəzifəmiz, əsas vəzifəmiz qan tökülməsini və zorakılığı dayandırmaqdır. Əks halda, böhranın daha da genişlənməsi ağır və son dərəcə təhlükəli və dağıdıcı nəticələrə səbəb ola bilər. Həm də təkcə Yaxın Şərq regionu üçün deyil. Yaxın Şərqin hüdudlarından çox-çox kənara sıçraya bilər", -Putin Rusiyanın müxtəlif dinlərə mənsub liderlər ilə görüşündə deyib.

Müharibənin genişlənmə riski

"Wall Street Journal" nəşri yazır ki, Qəzza müharibəsinin ətraf bölgələrə yayıla biləcəyi ilə bağlı narahatlıqlara görə, ABŞ bölgədəki amerikalı hərbçiləri qorumaq üçün Yaxın Şərqə hava hücumundan müdafiə sistemləri yerləşdirməyə başlayıb. Nəşr qeyd edir ki, sistemlər yerləşdirilənə qədər İsrail quru əməliyyatını təxirə salmağa razı olub.

ABŞ rəsmiləri "Reuters" agentliyinə bildiriblər ki, Vaşinqton İran və onub dəstəklədiyi islamçı qrupların Yaxın Şərqdəki ABŞ əsgərlərinə hücum edərək münaqişəni gərginləşdirə biləcəyi ilə bağlı narahatlığını İsrailə çatdırıb. Amerikalı nümayəndələr bildiriblər ki, İsrailin Qəzzaya müdaxiləsi İranın dəstəklədiyi qüvvələr üçün tətik ola bilər.

Qəzza müharibəsi artıq Fələstin ərazilərindən kənarda da münaqişələrə səbəb olub. İsrail döyüş təyyarələri çərşənbə günü İranın müttəfiqi olan Suriyadan atılan raketlərə cavab olaraq Suriya ordusunun infrastrukturuna zərbələr endirib. İsrail Suriyanın Hələb hava limanını və Livanda İranın dəstəklədiyi Hizbullah qüvvələrini hədəf alıb. İsrailin əzəli düşməni olan İran İsrailə Qəzzaya hücumunu dayandırması barədə xəbərdarlıq edib.

BMT Təhlükəsizlik Şurasında yardım təklifləri

Birləşmiş Millətlər Təşkilatında Rusiya və Çin Fələstinli mülki şəxslərə ərzaq, su və dərmanların çatdırılmasına icazə vermək üçün hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnamə irəli sürüb. ABŞ Təhlükəsizlik Şurası tərəfindən hazırlanmış qətnamə layihəsinə veto qoyub.

Birləşmiş Ərəb Əmirlikləri əleyhinə, 10 üzv lehinə səs verib, iki dövlət isə bitərəf qalıb. İsrail HƏMAS-ın bu qətnamələrdən faydalanacağını və Qəzzadakı mülki şəxslər üçün yeni təhlükələr yaradacağını bildirib.(Modern.az)
Bugün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Bugün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Bugün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Bugün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Bugün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Bugün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Bugün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Bugün, 11:00
Qarabağ qazisi vəfat edib
Bugün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Bugün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Bugün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Bugün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO