“Türkiyə və Azərbaycan davamlı sülh üçün birlikdə addımlar atacaq”
Gündəm / Sosial
Oxunub: 110
8 Kas 2023 | 18:05
“Türkiyə və Azərbaycan davamlı sülh üçün birlikdə addımlar atacaq”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə 8 Noyabr Zəfər Günü ilə bağlı təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Əziz Qardaşım!

Onilliklər boyu işğal altında qalmış əzəli Azərbaycan torpaqlarının ana Vətənə geri qaytarıldığı Zəfər Gününün üçüncü ildönümü münasibətilə başda Zati-aliniz olmaqla bütün can azərbaycanlı qardaş və bacılarımı Türk milləti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Cümhuriyyətimizin yaranmasının və xatirəsini ehtiramla yad etdiyimiz Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunduğu 2023-cü ildə bu mübarək Zəfər Gününü qeyd etməkdən böyük qürur duyuram.

Cari ilin sentyabr ayında Qarabağda dəqiqliklə həyata keçirdiyiniz antiterror əməliyyatı Ali Baş Komandanlığınızla böyük zəhmət və fədakarlıq hesabına əldə edilmiş bu bənzərsiz qələbəni taclandırdı. Zati-alinizin şəxsən ucaltdığı şanlı Azərbaycan Bayrağının indi bütün Vətən səmalarında dalğalanması Türkiyə Respublikası və bütün Türk dünyası üçün böyük sevinc və fərəh mənbəyi olmuşdur.

Vətən uğrunda şəhid olan bütün azərbaycanlı qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.

İşğaldan azad edilmiş bölgələrdə apardığınız bərpa və yenidənqurma işlərini təqdirlə izlədiyimi və Türkiyə olaraq bütün məsələlərdə olduğu kimi, bu məsələdə də hər zaman yanınızda olmağa davam edəcəyimizi vurğulamaq istəyirəm.

"Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan, “Sevincdə və kədərdə birlik” anlayışı ilə yoğurulan və Zati-alinizlə imzaladığımız Şuşa Bəyannaməsi ilə taclanan sarsılmaz qardaşlıq və müttəfiqlik bağlarımızdan aldığımız güclə ölkələrimizin əmin-amanlığı və rifahı ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün addımları bu günə qədər olduğu kimi, bundan sonra da birlikdə atacağıq.

Əziz Qardaşım, fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi, can Azərbaycan xalqının rifahı ilə bağlı ən xoş arzularımı bir daha çatdırıram.

Zəfərimiz mübarək, birliyimiz əbədi olsun!”
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO