Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Gündəm / Sosial
Oxunub: 277
9 Kas 2023 | 20:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Ali Məhkəməsinin sədri cənab İnam Kərimova

Surəti: Məhkəmə-Hüquq Şurasının sədrinə

Surəti: Ədliyyə Naziri cənab Fikrət Məmmədova

Möhtərəm Prezident!


Yazıb Sizə bildiririk ki, redaksiyamıza Gəncə şəhəri, Bayan küçəsi, 127A ünvanında yaşayan Hüseynov Səlyan Məhəmməd (Mob: 055-311-68-85; 055-508-91-51) oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Səlyan Hüseynov yazdığı ərizəsində qeyd edir ki, “Mənim oğlum Gəncə şəhər sakini Sərxan Səlyan oğlu Hüseynov 1998-ci ildə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində yerləşən 249 saylı binanın zirzəmisində təqribən 200 kvm-lik qeyri-yaşayış sahəsi alır və o, həmin sahəni 2009-cu və 2013-cü illərdə özəlləşdirir. 2018-ci ildə isə mən həmin binanın zirzəmisindəki 158 kvm-lik qeyri-yaşayış sahəsini şəffaf hərrac yolu ilə aldım. Bir müdddətdən sonra pula ehtiyacım əmələ gəldiyi üçün, həmin sahənin 4,6 kvm-ni hissəsini Ramin Ələsgərov adlı şəxsə satdım. Qeyd edim ki, 2013-cü ilə kimi bizim iş fəaliyyətimizə bir kimsə maneə olmurdu. Buna baxmayaraq, sərəncam verməyə səlahiyyəti olmadığı halda Gəncə şəhər, Nizami RİH-i başçısı vəzifəsini icra edən Bəhruz Hümbətov 01 noyabr 2013-cü il tarixdə öz imzası ilə təsdiq edib saxta sərəncam verir. Sərəncamda qeyd olunur ki, “Gəncə şəhəri, Atatürk prospekti-249, 3A №-li yaşayış evinin fəsadının yenidən qurulması ilə əlaqədar həmin evin birinci mərtəbəsinin şimal-qərb küncündə yaranmış 5,0 kvm-lik qeyri-yaşayış sahəsi rəsmiləşdirilsin və Atatürk prospekti-249, ev 3A, mənzil 35-də yaşayan Məmmədova Mehriban Əli qızının adına qeydiyyata alınsın və həmin sahəyə aid rəsmiləşdirmə işləri də, bu xanımın adına həyata keçirilsin”. 2013-cü ildə verilmiş saxta sərəncam əsasında 5,0 kvm-lik qeyri-yaşayış sahəsinə aid rəsmiləşdirmə işləri Mehriban Məmmədovanın adına həyata keçirilsə də, xeyli müddətdir ki, qeyd olunan sahə Məleykə Məmmədovanın adına qeydiyyata alınıb. Hal-hazırda isə, həmin 5,0 kvm-lik qeyri-yaşayış sahəsində Mehriban Məmmədova şirniyyat məmulatlarının satışını həyata keçirməkdədir. 2013-cü ildə Mehriban Məmmədova və onun atası Əli Məmmədov məhkəmənin qanuni qərarı ilə mənə verilmiş 4,6 kvm qeyri-yaşayış sahəsinə də qanunsuz müdaxilə etdilər. Elə ki, Gəncə şəhərinə yeni icra başçısı təyin olundu, o halda əlimizdə olan məhkəmə qərarlarından məhkəməyə müraciət etmək qərarına gəldik. Çünki, bizdə bir neçə məhkəmə qərarı, çıxarış və s. kimi lazımi sənədlər olduğu halda, həmin qeyri-yaşayış sahəsinə saxta sərəncam verilmişdir.

Onu da qeyd edim ki, 22 sentyabr 2020-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi cənab Rəhman Muradovun sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı yeni Qərardad (İş №8 (104)-97-2020) qəbul olunur. Yəni, həmin Qərardadada qərara alınır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2004-cü il tarixli 2(044)-1240/2004 nömrəli icra vərəqəsinə əsasən, Gəncə şəhəri, Atatürk prospekti-249 nömrəli binaya aid zirzəminin 2-ci giriş yolu (pilləkan) üzərində İsmayılov Nəriman Hüseyn oğluna vitraj tikdirməsinə icazə verilməsi barədə Gəncə şəhəri İcra Hakimiyyətinin baş memarı M. İbrahimov tərəfindən verilmiş 24 iyun 2004-cü il tarixli 10-315 nömrəli icazə məktubu (sənədi) və ona əlavə olunmuş layihə ləğv edilərək etibarsız sayılsın və Gəncə şəhəri, Atatürk prospekti-249 ünvanındakı binanın zirzəmisinə gedən 2-ci giriş yolu açılaraq istifadəyə verilsin. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında o da müəyyən olunur ki, əslində qətnamə icra olunmuş və ikinci pilləkan da açılmışdır. Bununla da məhkəmədə Məmmədova Mehriban Əli qızının ikinci pilləkanın Sərxan Hüseynov tərəfindən açılmasının qarşısının alınması, adı çəkilən bu xanımın mülkiyyət hüquqlarının pozulmasına dair irəli sürdüyü əsassız iddia tələbləri rədd olunur və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 13 avqust 2004-cü il tarixli 8(044)-115/2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Bir sözlə, 2020-ci ildə çıxarılan qərarlar icra olunur, pilləkan açılır və işə xitam verilir. Bu günə kimi, yəni 19 iyul 1998-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin sədri Nail Quliyevin, 01 iyul 2002-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin sədri Nizami Hümbətovun, 10 oktyabr 2002-ci il tarixdə Bakı Apellyasıya Məhkəməsinin hakimi T. A. Qoldmanın və bu məhkəmənin hakimləri İ. Ş. Vəliyevin, İ. K. Dəmirovun, 04 dekabr 2002-ci ildə Ali Məhkəmənin hakimi B. H.Əsədovun sədrliyi və bu məhkəmənin hakimləri Ş. A. Məmmədovun və Ə. Ə. Şadiyevin, 27 sentyabr 2004-cu ildə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin sədri Nizami Hümbətovun, 07 dekabr 2004-cu ildə Bakı Apellyasiya Məhkəməsinin sədri H.Ü.Həmidovun və bu məhkəmənin hakimləri Q.F. Məmmədovun və R. F. Səfərovun, 16 fevral 2005-ci ildə Ali Məhkəmənin hakimi G. M. Xudaverdiyevin sədrliyi və bu məhkəmənin hakimləri B. H. Əsədovun və Ə. A. Mirzəliyevin, 31 may 2020 -ci ildə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin sədri Rasim Kazimovun və bu məhkəmənin hakimi Zaur Hümbətovun, 13 avqust 2020-ci ildə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Gündüz Şirinovun, 22 sentyabr 2020-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rəhman Muradovun sədrliyi və bu məhkəmənin hakimləri Teyyub Muxtarovun, Fikrət Mehdiyevin və 04 may 2021 -ci ildə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun iştirakı ilə bizim xeyrimizə 21 məhkəmə qərarı çıxarılıb. Bir sözlə, 1998-ci ildən 2022-ci ilə kimi keçirilən məhkəmə proseslərində çıxarılmış qərar və qətnamələrdə binanın zirzəmisindəki ikinci giriş yolunun Sərxan Hüseynova məxsus olması göstərilmişdir. Bütün bunlara baxmayaraq, Sərxan Hüseynov sahib olduğu əmlaka dair 2021-ci ildə təkrar çıxarış əldə edib Gəncə Apellyasiya Məhkəməsinə təqdim etsə də, 2022-ci ildə bu məhkəmənin hakimi Loğman Süleymanov keçirilən məhkəmə prosesi zamanı binanın zirzəmisindəki ikinci giriş yolundan Sərxan Hüseynov çıxarılması haqda qərar çıxarır. O halda ortaya düşündürücü suallar çıxır ki, görəsən Loğman Süleymanov hansı üstünlüyə, yaxud da hansı üstün ali hüquq təhsilinə sahib olub ki, bu şəxs 21 hakimin çıxarmış olduğu qərar və qətnamələrdən fərqli qərar çıxarır? Axı, 21 hakimin hər biri ali hüquq təhsilinə malik olan şəxslərdir və onların hər birinin hakimlik fəaliyyəti ilə məşğul olmaları üçün, ölkə rəhbəri tərəfindən Sərəncamlar imzalanmışdır. Heç cür inandırıcı deyil ki, Loğman Süleymanov hansısa formada üstün ali hüquq təhsilinə sahib olsun. Çünki, bizim ölkədə bütün Məcəllələr vahid formadadır, sadəcə olaraq yanaşmalar fərqlidir. Deməli, Loğman Süleymanov fərqli qərar çıxarmaqla 21 nəfər hakimin çıxarmış olduqları qərar və qətnamələrə düşünülmüş şəkildə hörmətsizlik edir və yəqin ki, onun belə bir yanaşma nümayiş etdirməsinin kökündə hansısa səbəblər də var. Loğman Süleymanovun atdığı addımların varlığı səbəbindən, bu gün də Mehriban Məmmədova və onun atası Əli Məmmədov çirkin niyyətlərindən əl çəkmirlər. Belə ki, bu iki şəxs həm bizə, həm də Gəncə şəhər sakini Həsənli Ceyhun Səlman qızına “Özünüzü öldürməyin, biz Gəncə Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanova 30 min manat pul çatdırmışıq. Hətta, Loğman Süleymanovun 200 min manat pulunu ayrı-ayrı şəxslərə faizə də vermişik. Bir sözlə, sizi Loğman Süleymanovun vasitəsilə məhv edəcəyik” deyiblər. Qeyd edim ki, mən ayda dövlətdən cəmi 215 manat pensiya alıram. Üzüzə qaldığımız belə bir problemlərin aradan qaldırılması məqsədilə hər ay aidiyyəti dövlət qurumlarına ərizə yazdırmaq, yaxud da poçt xidmətlərini ödəmək üçün təqribən 40-50 manat məbləğində pul xərcləyirəm.

Mən həm Məhkəmə-Hüquq Şurasının üzvlərinin, həm də hakimlərin diqqətinə onu çatdırmaq istəyirəm ki, vaxtilə Gəncə şəhər, Nizami RİH-nin başçısı Məharət Mustafayev sahib olduğumuz əmlaka dair qanunsuz sənədlər verdiyi üçün işdən çıxarıldı və az sonra da həbs olundu. Məharət Mustafayev həbs olunduqdan sonra, qanuni haqqımıza nail olmaq üçün 2020-ci ildə məhkəməyə müraciət etdik və Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin sədri Rasim Kazımovun, hakimlər Zaur Hümbətovun, Roman Ələkbərlinin və Gündüz Şirinovun iştirakı ilə keçirilən məhkəmə prosesi zamanı sahib olduğumuz əmlakın özümüzə qaytarılması barədə qərar çıxarıldı. Bundan əlavə, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rəhman Muradovun və əlavə iki nəfər hakimin iştirakı ilə keçirilən məhkəmə prosesi zamanı isə, Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıldı və Gəncə Apellyasiya Məhkəməsinin qərarından “Ali Məhkəməyə kassasiya şikayəti verilə bilməz” deyə qərar da çıxarıldı. Bütün bunlar onu göstərir ki, haqq-ədalət hər zaman bizim tərəfimizdə olub. Mən Ali Məhkəmənin sədri cənab İnam Kərimovu ölkəmizdə haqqın-ədalətin müdafiəçisi olan vəzifə sahibi olaraq tanıyıram. Çünki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı əsasında nazir vəzifəsini daşıdığı illər ərzində hər kəs şahidi oldu ki, İnam Kərimov rüşvətxorluğa, haqsızlığa, bir sözlə hər cür özbaşınalığa, əyintilərə və s. qarşı ardıcıl mübarizə aparır. 04 aprel 2023-cü il tarixdə İnam Kərimov Milli Məclisin qərarı ilə ilk əvvəl Ali Məhkəmənin hakimi təyin olundu və həmin gün də Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən Sərəncam imzalandı. Mən şəxsən inanıram ki, Ali Məhkəmənin sədri olaraq o, ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların və ədalət mühakiməsinin səmərəliyinin artırılması istiqamətində lazımi addımlarını atacaq və bundan sonra da hər kəsdə özünə qarşı inam hissi qazandıracaq”.

Yuxarıda qeyd olunanları əsas tutaraq yazıb Sizdən xahiş edirik ki, həm Mehriban Məmmədovanın özü, həm də onun valideyinləri tərəfindən Səlyan Hüseynova və bu şəxsin ailə üzvlərinə qarşı atılan şər və böhtanların, qol qoyulan qanunsuzluq əməllərinin və s. qarşısının alınması, eyni zamanda hər üç şəxsin atdıqları addımlara görə hüquqi məsuliyyətlərinin müəyyən olunması üçün aidiyyatı üzrə lazımi tapşırıqlarınızı verəsiniz.

Öncədən minnətdarlığımızı bildiririk.
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO