Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
surəti: Baş Prokuror cənab Kamran Əliyevə
surəti: Daxili İşlər naziri cənab Vilayət Eyvazova
surəti: Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova
Möhtərəm Prezident!
Yazıb Sizə bildirmək istəyirik ki, redaksiyamıza Qazax rayonu, Çaylı kənd sakini Qapaqov Rövşən Rafiq oğlu (Mob: 050-386-37-09) tərəfindən müraciət daxil olub. Rövşən Qapaqov yazdığı müraciətində qeyd edir ki, “26 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında 2007-ci il təvəllüdlü qızım Gülşən Qapaqovanı, Qazax rayonu, Çaylı kənd sakini Carçıyev Elxan Azər oğlu zorla götürüb qaçırır. Həmin gün bu məsələ ilə bağlı bir neçə dəfə DİN-nin 102 xidmətinə zəng etdim və lazımi məlumatları da çatdırdım. Etdiyim telefon zəngləri əsasında bizi Qazax RPŞ-nin təhqiqatçısı Fərid Rüstəmov qəbul etdi və bir qədər söz-söhbətdən sonra o, mənə “Qızını axtarmağa sənin ixtiyarın yoxdur” dedi. Nə qədər təkid etsək də, Fərid Rüstəmov kamera görüntülərinə açıb baxmadı, yəni qızım Gülşən Qapaqovanın saat neçədə, hansı şəraitdə və kimlər tərəfindən götürülüb qaçırılmasını müəyyən etmədi. Belə olan halda 27 oktyabrda RİH-i başçısının qəbulunda oldum və bütün hadisələri tam təfərrüatı ilə cənab Başçıya danışdım. Düzdür, RİH başçısının verdiyi tapşırıq əsasında həm həmin gün saat 14:00-da qızımı tapıb gətirdilər, həm də bizi rayon prokurorluğunda qəbul etdilər. Prokurorluqda olarkən qızıma sual verdilər ki, sən kimin yanında olmaq istəyirsən? O halda o, heç bir tərəddüd etmədən anasını göstərdi və “mən anamın yanında olmaq istəyirəm” cavabını verdi. 27 oktyabrda saat 15-də qızımı prokurorluqdan polisə apardılar və saat 19:00-a kimi Qazax RPŞ-də olduq. Həmin vaxt təhqiqatçı Fərid Rüstəmov qızımdan izahat alır, amma o, ilk əvvəl qızımın üstünə qışqırır və daha sonra “Gülşən, biz nə deyəcəyiksə sən də onu yazacaqsan. Çünki, bu işdə on il həbs cəzası var, əgər o, uşaq həbs olunarsa sən də on il həbs olunacaqsan. O halda ya atan səni öldürəcək, ya da ki, sən də həbs olunacaqsan” deyir. Qızımdan izahat alınarkən Fərid Rüstəmovla birlikdə olan Azər müəllim kompyuterdə izahatı özlərinə sərf edən qaydada yazır və izahata qızımı məcbur edib qol çəkdirir. Baxmayaraq ki, qızım hər iki polis əməkdaşına Elxan Carçıyev tərəfindən məcburi qaçırıldığını desə də, onlar qızımın danışdıqlarına inanmadıqlarını bildirirlər. Bir qədər vaxt keçdikdən sonra polis əməkdaşları bizə “Siz çıxıb gedə bilərsiniz” dedilər.
Onu da bildirim ki, qızımın qaçırılmasında Qaraşov Hikmət Ayət oğlu, Qafaqov Ramil Cahad oğlu və bu işdə vasitəçilik edən Paşayev İsmət Nazil oğlu olurlar. Bir sözlə, 26 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında İsmət Paşayevə məxsus mobil telefondan qızıma zəng edirlər və onu aldadaraq həyətə çağırırlar. Həmin vaxt da qızımı məcburi qaydada götürüb qaçırırlar. Hal-hazırda qızım 16 yaş həddindədir və mən bir ata olaraq qızıma qarşı törədilən belə bir əməli heç cür qəbul edə bilmirəm. Qazax RPŞ-nin əməkdaşları isə qızıma qarşı zoraklıq edən, onu fiziki işgəncələrə məruz qoyan hər üç şəxsə qarşı qanuni tədbirlərini görmədilər. Biz cənab Vilayət Eyvazovun müdrikliyi, hər zaman haqqın-ədalətin yanında olması haqda lazımi məlumatlara malikik. Ailəlikcə inanırıq ki, cənab Nazir bu işdə günahı olan hər üç şəxsin, eyni zamanda baş verən olayı lazımınca araşdırmayan polis əməkdaşlarının cəzalandırılması üçün, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verəcək”.
Rövşən Qapaqovun redaksiyamıza ünvanladığı müraciətin varlığını əsas tutaraq yazıb Sizdən xahiş edirik ki, bu şəxsin 16 yaş həddində olan qızı Gülşən Qapaqovanı məcburi şəkildə götürüb qaçıran, ona qarşı fiziki zoraklıqlar edən hər üç şəxsin qol qoyduqları əməllərə hüquqi qiymət verilməsi üçün, aidiyyəti üzrə lazımi tapşırıqlarınızı verəsiniz.
Öncədən minnətdarlığımızı bildiririk.
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
