“17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir?” - Foto
Gündəm / Sosial
Oxunub: 119
2 Nis 2024 | 10:32
“17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir?” - Foto


Bakıda apteklərdə dərmanların fərqli qiymətlərə satılması ilə bağlı növbəti dəfə şikayətlər var. İddia olunur ki, “Truksal” dərmanının satış qiyməti bir aptekdə 17.38 AZN, digərində isə 37 AZN-dir​.

Bu barədə sosial şəbəkə hesabında jurnalist Zamirə Dadaşova paylaşım edib.

O bildirir ki, sözügedən dərmanın paytaxtdakı aptek şəbəkələrində təklif olunan qiymətləri arasında 20 manat fərq var: “Bu özbaşınalıq nə zaman sona çatacaq? Həyatımız xəstəliklərlə, dərmanlarla zəhərlənib gedir... İnsafınız olsun, 17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir?! O17 manatdan zatən qazanırsınız. 20 manat da əlavə qazanmaq istəyi nədir axı? Qorxmursunuz qanunlardan?”

Z. Dadaşova eyni gündə iki fərqli aptekdən alınmış dərmanın qəbzlərini də paylaşıb. Qəbzlərdən də aydın oluir ki, Nərimanov rayonunda "Loğman" aptekdə 17.38 manat olan dərman Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki "Vita" aptekdə 37 manata satılır.

Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Truksal” dərman vasitəsinin qiymətinin yuxarı həddi istehsalçının əsaslandırılmış müraciəti və Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla Tarif Şurası tərəfindən 37 manat müəyyən edilib. Təsdiq olunan qiymətlər yuxarı hədd olduğu üçün apteklər daha aşağı qiymətlərə dərmanların satışını həyata keçirə bilərlər.

Bu qiymətlərdən yuxarı qiymətə dərman vasitələrinin satışına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. İstehlakçılar belə hallarla rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər”.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən 2015-ci il iyunun 3-də imzalanmış sərəncamla Azərbaycanda dərmanlara vahid qiymət qoyulub. Sərəncama əsasən, dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılmalı, dərman qutularının üzərində onların qiyməti göstərilməlidir. Hesablama üçün 10 ölkədəki qiymətlər nəzərə alınıb. Bu ölkələr Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniyadır. (“Qafqazinfo”)
“17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir?” - Foto
“17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir?” - Foto
“17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir?” - Foto
“17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir?” - Foto



Bugün, 18:00
Allah rəhmət eləsin.
Bugün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Bugün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Bugün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Bugün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Bugün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Bugün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Bugün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Bugün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Bugün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Bugün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Bugün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Bugün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Bugün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
Dün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Dün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Dün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Dün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Dün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Dün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Dün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Dün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Dün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Dün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Dün, 09:30
Rusiyada zəlzələ baş verib
Dün, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI