Erməni bloger: “Kəndlər üçün etiraz edən ermənilər bir-iki gün də hay-küy salıb qaçacaqlar” – ÖZƏL
Gündəm / Sosial
Oxunub: 180
22 Nis 2024 | 09:57
Erməni bloger: “Kəndlər üçün etiraz edən ermənilər bir-iki gün də hay-küy salıb qaçacaqlar” – ÖZƏL

“Dörd kəndin Azərbaycana qaytarılmasına şəxsən mən və Ermənistan vətəndaşlarının böyük əksəriyyəti sakit yanaşır və bunu təbii hal kimi qiymətləndiririk.

Xarici torpaqları tərk etməklə Ermənistan öz ərazi bütövlüyünü təmin edir. Yad torpaqları işğalda saxlamaq isə gözlənilməz və lazımsız nəticələrə gətirib çıxara bilir. Ermənistanda bütün sağlam düşüncəli insanlar bunu başa düşür və baş nazir Nikol Paşinyanın Azərbaycan kəndlərini öz qanuni sahiblərinə qaytarmaq siyasətinə etiraz etmirlər”.

“Bir-iki gün hay-küy salıb qaçacaqlar”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında erməni jurnalist və bloger, sülh təşəbbüsləri ilə tanınan Natali Aleksanyan deyib.

Qeyri-anklav olan Qazaxın 4 kəndinin geri qaytarılmasını müsbət addım kimi dəyərləndirən Aleksanyan, baş verən bəzi etirazlara görə məyus olduğunu bildirib:

“Kəndlərin qaytarılmasına qarşı etiraz aksiyaları, təəssüf ki, vətənpərvərlik şüarları arxasında gizlənən radikal terrorçu qüvvələr tərəfindən təşkil edilir. Təbii ki, onlar bu kəndlərdə heç bir dəyər görmürlər, sadəcə olaraq, vəziyyətdən özlərinin yeganə gündəmlərini həyata keçirmək, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün istifadə edirlər. Bu, onların son şansıdır və bunu reallaşdırmağa çalışırlar.

Amma mən əminəm ki, hökumət vəziyyətə nəzarət edir və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə mane olmaq istəyənlərin müdaxiləsinə imkan verilməyəcək. Bu etirazlar heç bir nəticə verməyəcək. Hökumət təxribatçıları sakitləşdirmək üçün qanuni vasitələrdən istifadə etməyə başlasa, etirazlar sabah səhərə qədər bitə bilər. Hökumət sərtlik nümayiş etdirməsə, onlar bir-iki gün də hay-küy salıb qaçacaqlar”.

“Anklav kəndlərin qaytarılması bu yolla həllini tapacaq”

Aleksanyan həmçinin Ermənistan daxilində olan daha 4 anklav kəndlə bağlı da fikir bildirib. O hesab edir ki, sözügedən 4 kəndə Azərbaycanın gediş-gəlişi üçün sülh müqaviləsi olmalıdır.

“Anklavlar məsələsi sərhəd kəndləri məsələsindən fərqlidir, çünki onların Azərbaycana nominal mənsubiyyəti sülh müqaviləsi imzalanmayana qədər heç nəyi dəyişməyəcək. Əgər sabah Ermənistan hökuməti anklavların da geri qayıtdığını bəyan edib onları təmizləsə, o zaman Azərbaycan bu kəndlərə birbaşa çıxışı olmadığı üçün hələ də onlardan istifadə edə bilməyəcək.

Odur ki, bu məsələnin hərtərəfli həllinə ehtiyac var ki, bu həll yalnız iki ölkə sülh müqaviləsi imzaladıqdan və onun həyata keçirilməsinə başlayandan sonra münasibətlərin ümumi konfiqurasiyası çərçivəsində həyata keçirilə bilər. Vəziyyəti qarışdırmamaq üçün anklavların bərabər mübadiləsini də istisna etmirəm. Nə olursa olsun, bu məsələni həll etmək üçün sülh müqaviləsi imzalamaq lazımdır ki, bu da, ümid edirəm, mümkün qədər tez baş verəcək”. – deyə N.Aleksanyan əlavə edib.
Dün, 18:00
Allah rəhmət eləsin.
Dün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Dün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Dün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Dün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Dün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Dün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Dün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Dün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Dün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Dün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Dün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
10-02-2026, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
10-02-2026, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
10-02-2026, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
10-02-2026, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
10-02-2026, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
10-02-2026, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
10-02-2026, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
10-02-2026, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
10-02-2026, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
10-02-2026, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
10-02-2026, 09:30
Rusiyada zəlzələ baş verib
10-02-2026, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI