Milli ideologiyamızın yaradıcısı
Gündəm / Sosial
Oxunub: 479
1 May 2024 | 09:28
Milli ideologiyamızın yaradıcısı

Məlumdur ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları, ötən ilin 29 sentyabrında Sərəncam imzalamışdır. 10 may 2024-cü il tarixdə xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli ictimai-siyasi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 ili tamam olacaq. Belə bir səbəbdən hal-hazırda da ölkəmizin şəhər və rayonlarında, hətta ölkə xaricində də ümummilli lideri Heydər Əliyevin dünya tarixində parlaq və silinməz izlər buraxmasından, zəngin və mənalı həyat yolu keçirməsindən, azərbaycançılıq məfkurəsini, milli ruhu doğma xalqına qaytarmasından, ölkəmizə rəhbərlik etdiyi illər ərzində respublikamızın inkişafı istiqamətində gördüyü işlərdən, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından və s. bəhs edən tədbirlər keçirilir. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və bu yolda ardıcıl mübarizə aparmaqla xalqımızı müstəqilliyə qovuşduran böyük şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə, məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur və davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan, Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan bacarıqla istifadə etmişdir. Faktdır ki, Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev, bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul olunur. Xalqımız onun əziz xatirəsini hər zaman uca tutur və minnətdarlıqla anır.

Faktdır ki, Azərbaycan xalqının qədim və zəngin dövlətçilik tarixi var. Ölkəmizdə azərbaycançılıq idealogiyası əsrlər boyu burada yaşayan millətlər, xalqlar üçün birləşdirici ideya olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrü milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı, azərbaycançılığın bərqərar olması kimi dəyərləndirilməlidir. Müdrik rəhbər bütün siyasi imkanlarından və şəxsi nüfuzundan istifadə edərək, müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan məsələləri həll etməyə çalışırdı. Əbədiyaşar lider şərəfli dövlətçilik fəaliyyətində azərbaycançılıq prinsipini həmişə rəhbər tutmuşdur. Danılmaz faktdır ki, sovet dövründə Azərbaycanı dünyada Heydər Əliyevə görə tanıyırdılar. Elə həmin dövrdə Azərbaycan Konstitusiyasında dövlət dilimizin Azərbaycan dili olması barədə maddənin yazılması da, Heydər Əliyev cəsarətinin, müdrikliyinin və uzaqgörənliyinin nəticəsi idi. Dünyanın dörd tərəfinə səpələnmiş soydaşlarımızın təşkilatlanması, Azərbaycan diasporunun təşəkkül tapması, azərbaycançılıq məfkurəsinin həmvətənlərimiz arasında geniş yayılması müdrik rəhbərin adı ilə bağlıdır.

Ulu Öndərin yaratdığı müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsi, bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək qloballaşan dünyamızdakı mürəkkəb proseslər fonunda Azərbaycanı zirvələrə aparan ideoloji baza, mənəvi xəzinə rolunu oynayır. Ümummilli liderin mənəvi- siyasi irsinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Milli tariximizin ən möhtəşəm azərbaycanlısı Heydər Əliyevin ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır. Bütün ölkə vətəndaşları və dünya azərbaycanlıları qəlbən inanırlar ki, 101 il əvvəl dünyaya göz açan və şüurlu həyatını canından əziz bildiyi Vətəninə xidmətdə keçirən Heydər Əliyevin dühasının işığında, doğma Azərbaycanımız hər zaman irəliyə və yüksəlişə doğru gedəcək. Bir sözlə, Ulu Öndər elə böyük dövlət və siyasi xadim idi ki, bu tarixi şəxsiyyət dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, həmin şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra, dövlətin də ömrü bitir. Məhz, bunu əvvəlcədən bilən Ulu Öndər dövlətçiliyimizin siyasi- ideoloji varisliliyini də təmin etmiş oldu. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu!. Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu!. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə, məhz onun üçün bu məqsədləri həyata keçirmək üçün bir vasitə idi. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq və xalqımız var olduqca o da, yaşayacaq. Bütün bunların kökündə Heydər Əliyev böyüklüyü, Heydər Əliyev dühası durur. İnanırıq ki, müstəqil Azərbaycan dövlətinin tarixində əvəzsiz xidmətləri olan Ulu Öndərin adı, fəaliyyəti heç zaman undulmayacaq, heç zaman yaddaşlardan da çıxmayacaq.

Aris ƏLƏKBƏROV,
Gəncə şəhəri 5 saylı notariat ofisinin notariusu
Dün, 18:00
Allah rəhmət eləsin.
Dün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Dün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Dün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Dün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Dün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Dün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Dün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Dün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Dün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Dün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Dün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
10-02-2026, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
10-02-2026, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
10-02-2026, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
10-02-2026, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
10-02-2026, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
10-02-2026, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
10-02-2026, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
10-02-2026, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
10-02-2026, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
10-02-2026, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
10-02-2026, 09:30
Rusiyada zəlzələ baş verib
10-02-2026, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI