Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar

Beynəlxalq müntəzəm marşrutlar üzrə biletlər yalnız qeyd olunmuş günə və avtobus reysinə etibarlı sayılacaq.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşınması üçün gediş biletlərinin və ödəniş alətinin satışı, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi satış məntəqələrində, bilet kassalarında və elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçiriləcək.
Şəhərlərarası (rayonlararası) və beynəlxalq müntəzəm marşrutlar üzrə biletlərin satışı avtovağzalların (avtostansiyaların) kassaları tərəfindən, eləcə də elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirilir. Biletlər yalnız qeyd olunmuş günə və avtobus reysinə etibarlı sayılır.
Sərnişinlərdə biletlərin və ya digər gediş sənədlərinin olması sürücü, yaxud konduktor tərəfindən sərnişinlər avtobusun salonuna daxil olduqda yoxlanılır. Daşıyıcı bilet satışını avtovağzalın (avtostansiyanın) kassaları vasitəsilə, eləcə də elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirdikdə, bilet satışından əldə olunan gəlirin müqavilə ilə müəyyən olunmuş müvafiq faizini, avtovağzalın (avtostansiyanın) sərnişin daşınmasının təşkili ilə bağlı xərclərinin qarşılanması üçün avtovağzalın (avtostansiyanın) hesabına köçürür. Müqavilə üzrə faiz məbləği I kateqoriya avtovağzallar üzrə 22%-dək, II kateqoriya avtovağzallar üzrə 18%-dək I kateqoriya avtostansiyalar üzrə 15%-dək, II və III kateqoriya avtostansiyalar üzrə isə 10%-dək olmaqla müəyyən edilə bilər.
Müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq sərnişin daşımalarında biletlərin əvvəlcədən satışı təşkil edilə bilər. Gediş sənədinin (biletlərin) əvvəlcədən satışı avtobusun yola düşməsinə 30 gün qalmış başlayır və 2 saat qalmışadək davam edir.
Avtobusun yola düşməsinə 30 dəqiqə qalmış biletlərin kassalarda, satış məntəqələrində və ya “AYNA” informasiya sistemi üzərindən satışı dayandırılır.
Bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə ən azı 24 saat qalmış qaytarıldıqda onun dəyərinin 25 faizi və əvvəlcədən satışa görə komisyon muzd çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır. Bilet bu müddətdən gec, lakin avtobusun yola düşməsinə 5 saatdan çox olmayan vaxt ərzində qaytarıldıqda, onun dəyərinin 50 faizi və əvvəlcədən satışa görə komisyon muzd çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır. İndiyə qədər bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə ən azı 24 saat qalmış avtovağzalın (avtostansiyanın) kassalarına qaytarıldıqda onun dəyərinin 10 faizi və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılırdı. Bilet bu müddətdən gec, lakin avtobusun yola düşməsinə 5 saatdan çox olmayan vaxt ərzində qaytarıldıqda, onun dəyərinin 25 faizi və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılırdı.
Dün, 18:00
Allah rəhmət eləsin.
Dün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Dün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Dün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Dün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Dün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Dün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Dün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Dün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Dün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Dün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Dün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
10-02-2026, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
10-02-2026, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
10-02-2026, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
10-02-2026, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
10-02-2026, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
10-02-2026, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
10-02-2026, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
10-02-2026, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
10-02-2026, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
10-02-2026, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
10-02-2026, 09:30
Rusiyada zəlzələ baş verib
10-02-2026, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI