Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Gündəm / İqtisadiyyat
Oxunub: 151
2 May 2024 | 16:11
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam

Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2,0 (iki) min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1,0 (bir) min manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamın icrası ilə əlaqədar olaraq 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılacaq.

Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bugün, 17:00
Bakının mərkəzindəki bu binalar sökülür - FOTOLAR
Bugün, 16:30
İranda “qaça-qaç” başladı, yerli əhali ŞOKDA
Bugün, 16:00
1000 manat veriləcəyi xəbərini yayan şəxs HƏBS EDİLDİ
Bugün, 12:00
Xırdalanda qadın 12-ci mərtəbədən yıxılaraq öldü
Bugün, 11:30
Universitetdə bıçaqlanma: Tələbə ağır vəziyyətdədir
Bugün, 11:00
Kainatın ən böyük ulduzlarından biri partlaya bilər - TƏHLÜKƏ
Bugün, 10:30
Azərbaycanda 44 yaşlı həkim VƏFAT ETDİ
Bugün, 10:00
Taliban qaydaları qadınları təhlükəyə atır – XƏBƏRDARLIQ
Bugün, 09:30
Həkim pasiyentin 151 min manat pulunu ələ keçirdi
Bugün, 09:00
Şamaxıda ard-arda 7 ZƏLZƏLƏ
Dün, 18:00
Növbə problemi yenidən gündəmdə - Tibbi xidmətin SAĞALMAZ “yarası”
Dün, 17:30
Məşhur xəstəxanada ƏMƏLİYYAT - Vəzifəli şəxs SAXLANILDI
Dün, 17:00
Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar
Dün, 16:30
SON DƏQİQƏ:Sərhədçilərimizə atəş açıb qaçdılar
Dün, 16:00
Azərbaycanda yeni şura yaradıldı - Mehriban Əliyeva sədr təyin olundu
Dün, 12:00
Mərkəzdə söküntü: Kompensasiya yetərsizdir
Dün, 11:30
Şamaxıda 17 yaşlı oğlan anasını ÖLDÜRÜB
Dün, 11:00
Sərhəd qadağası cibimizə necə təsir edir? — AÇIQLAMA
Dün, 10:30
Hindlilər Bakıda girov götürüldü, beynəlxalq əməliyyatla xilas ediliblər - TƏFƏRRÜAT
Dün, 10:00
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı
Dün, 09:30
Nil Monze bıçaqlanıb? - FOTOLAR
Dün, 09:00
Vahid Qədimin Rusiya-Ukrayna döyüşlərində itkin düşdüyü deyilir
26-02-2026, 18:00
DİM işçilər AXTARIR
26-02-2026, 17:30
Qara çörək niyə bahalaşıb...
26-02-2026, 17:00
Prezident Xocalı Soyqırımı Memorialının açılışında
26-02-2026, 16:30
Problemli kreditlər ARTIB
26-02-2026, 16:00
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir? - Nazirdən açıqlama