Şəhriyar Eyyubov – Təkcə tərbiyəni deyil, təlimi də məhz valideynlərindən almış uğurlu biznesmen
Daha çox yox, daha ağıllı çalışmaq; yaxşı olmadığın işlərin öhdəsindən gəlmək üçün insanları işə götürmək; uğursuzluqdan qorxmamaq; hər gün məqsədlə oyanmaq və məqsədyönlü olmaq. Sahibkarın uğurunda ən böyük töhfə, sadəcə olaraq bunu etmələridir.
Steve Jobs bir dəfə demişdi: “Bir sadə həqiqəti kəşf etdikdən sonra həyatın daha geniş olduğunu, ətrafında “həyat” dediyin hər şeyin səndən heç də daha ağıllı olmayan insanlar tərəfindən uydurulduğunu görəcəksən. Və sən bunu dəyişə bilərsən, ona təsir edə bilərsən, başqalarının istifadə edə biləcəyi hala gətirə bilərsən. Bunu dərk etdikdən sonra bir daha heç vaxt əvvəlki kimi olmayacaqsan."
Biznesmen üçün yol xəritəsi olan bu postulatlara və özünün bildiyi daha artığına əməl edərək uğur qazanan Azərbaycanlı iş adamlarından biri də Şəhriyar Eyyubovdur.
Eyyubov Şəhriyar Azər oğlu 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Eyyubov Şəhriyar 1995-ci ildə Gəncə şəhər 19 nömrəli tam orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinin tarix-hüquq fakultəsinə daxil olmuş, 1999-cu ildə həmin universiteti fərqlənmə ilə bitirmişdir.
Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə Dövlət Universitetinin fəlsəfə kafedrasında kabinə müdiri vəzifəsində çalışmışdır. O, on bir il həmin universitetdə fəaliyyət göstərmiş, öz mədəni və intellektual səviyyəsi ilə bütün kollektivin rəğbətini qazanmışdır. Universitetdə işlədiyi müddətdə tələbələrə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.
Eyyubov Şəhriyar sonraki illər ərzində biznes fəaliyyəti ilə məşğul olmuşdur. Həyatının bütün mərhələlərində həm ictimai, həm də xeyriyyə işlərində fəal iştirak etmişdir. Dəfələrlə Qarabağ müharibəsi qazilərinə, şəhid ailələrinə köməklik göstərmişdir. 2022-ci ildə Gəncə şəhərində “Ankara Medic Lab”ı təsis etmiş və orada icraçı direktor kimi fəaliyyət göstərmişdir. 2024-cü ilin 5 may tarixində Türk Fizioterapiya Mərkəzini təsis etmişdir.
Ailəlidir, 2 övladı var.
Ankara Medic Lab klinikası ixtisaslı səhiyyə xidmətini daim təkmilləşdirən həkim heyəti və peşəkar əməkdaşları ilə insanların xidmətindədir. Həkimlər, tibb bacıları və yardımçı heyət də daxil olmaqla, səhiyyə peşəkarlarından ibarət fədakar komanda pasiyentlərin mümkün olan ən yüksək keyfiyyətli tibbi yardım almasını təmin etmək üçün yorulmadan çalışır. Qabaqcıl texnologiya və ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş klinikada son müasir müayinə-müalicə üsulları, dəqiq laborator nəticələr təklif edilir.
Burada hər bir xəstəyə fərdiləşdirilmiş qayğı və diqqət göstərilir. Kollektiv pasiyentləri mümkün olan ən yaxşı və keyfiyyətli tibbi xidmətlə təmin etmək üçün fəaliyyət istiqamətini davamlı olaraq təkmilləşdirir.
Yeni təsis olunmuş Türk Fizioterapiya Mərkəzinə də uğurlar arzulayırıq. Şəhriyar Eyyubov kimi rəhbər olan yerdə uğura zəmanət var.
Şəriyar Eyyubovun bioqrafiyasını daha dərindən öyrənsək, görərik ki, o, “anasının orta məktəbində, atasının ali məktəbində” oxumuşdur. Atası Eyyubov Azər Ağadadaş oğlu uzun illər Gəncə Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti kimi fəaliyyət göstərmişdir. Anası Eyyubova Siyafə İlyas qızı Gəncə şəhər 19 nömrəli tam orta məktəbində dil-ədəbiyyat müəlliməsi işləmişdir. Beləliklə, Şəhriyar Eyyubov təkcə tərbiyəni deyil, təlimi də məhz valideynlərindən almışdır. Halal olsun!
Şahin Orucov
Dün, 18:00
Allah rəhmət eləsin.
Dün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Dün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Dün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Dün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Dün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Dün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Dün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Dün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Dün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Dün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Dün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
10-02-2026, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
10-02-2026, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
10-02-2026, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
10-02-2026, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
10-02-2026, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
10-02-2026, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
10-02-2026, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
10-02-2026, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
10-02-2026, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
10-02-2026, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
10-02-2026, 09:30
Rusiyada zəlzələ baş verib
10-02-2026, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI


