“Bəzi məcburi köçkünlər dövlətdən əlavə ev almaq üçün boşanırlar” – SENSASİON AÇIQLAMA
Gündəm / Sosial
Oxunub: 126
20 May 2024 | 17:58
“Bəzi məcburi köçkünlər dövlətdən əlavə ev almaq üçün boşanırlar” – SENSASİON AÇIQLAMA

Son illər Azərbaycanda boşananların sayı artıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı 2-dir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ildə ən çox boşanmalar Yasamal rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı 3,4 olub.

Həmin ildə hər 1000 nəfərə düşən boşanmanın sayının 1.5-dən yüksək, hətta 2 olduğu bölgələr var. Onlar arasında işğaldan azad edilən rayonlar da yer tutub. Məsələn, Ağdam 2, Füzuli 2.1, Zəngilan 2.6, Kəlbəcər 1,9 və s.

Xatırladaq ki, 2020-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov yerli mediaya açıqlamasında məcburi köçkünlər arasında yeni mənzilə sahib olmaq üçün həddindən artıq süni boşanmanın olduğunu demişdi.

2022-ci ildən sonra rayonlar üzrə boşanma sayı açıqlanmasa da, ölkə üzrə ümumi boşanma sayı artıb.

Bəs bu cür süni boşanmaların saya təsiri nə qədərdir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, az faiz olsa da saya öz təsirini göstərir:

“Ənənəvi qəbul etdiyimiz qaydada boşanmalarla yanaşı müəyyən bir məqsədə xidmət edən boşanmalar var. İşğaldan azad olunmuş bölgələrdə boşanmaların sayının çox olmasına bu da təsir edir. Belə bir fikir yayılmışdı ki, boşanma onlara yeni əmlak əldə eləməyə imkan verir.

Onunla bağlı süni boşanmalar var, yəni ər-arvad bir yerdə qalır, sənəd üzərində boşanırlar. Belə boşanmalar bir çox bölgələrdə, həmçinin, işğaldan azad olunmuş bölgələrdə müşahidə olunub.

Belə məlumat vardı ki, ər-arvad boşananda iki təssərrüfat olur, torpaq almaqda, ev almaqda bu rol oynayır. Məcburi köçkünlərin arasında elələri var ki, Bakıda onlara mənzil verilib. Ona görə boşanırlar ki, ev birinin adında qalsın, digəri işğaldan azad olunan rayonlardan yeni bir ev alsın. Belə məlumatlar var.

Yəni bunlar bizim fərziyyələrimiz deyil, belə faktlar müşahidə olunub. Bu faktlar da müəyyən bir faizdir, çox deyil, amma hər halda statsitkaya təsir edir. Yəni deyilmir ki, həmin bölgələrdə hamı ona görə boşanıb”.

O, ümumilikdə, boşanmaya təsir edən fərqli amillərin olduğunu bildirib:

“Boşanmaya təsir edən ümumi amillər var. Azərbaycanda 2012-2014-cü ildən başlayaraq boşanma sayı sürətlə artıb. Burada təkcə iqtisadi, sosial faktorlar yox, digər, ayrı-ayrı faktorlar da rol oynayır”.

Bizim.Media
Dün, 18:00
Allah rəhmət eləsin.
Dün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Dün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Dün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Dün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Dün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Dün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Dün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Dün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Dün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Dün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Dün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
10-02-2026, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
10-02-2026, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
10-02-2026, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
10-02-2026, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
10-02-2026, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
10-02-2026, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
10-02-2026, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
10-02-2026, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
10-02-2026, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
10-02-2026, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
10-02-2026, 09:30
Rusiyada zəlzələ baş verib
10-02-2026, 09:00
"BOLT" BAHALAŞDI
9-02-2026, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI