Tıxacın həlli ilə bağlı layihənin icrasına başlanıldı

Yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində nəzərdə tutulan 7 layihədən ikincisinin icrasına başlanılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumata yayıb.
Budəfəki dəyişiklik Xəlil Rza Ulutürk küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsini əhatə edir. Hazırda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Nəqliyyat Mübadilə Mərkəzindən şəhərin bir çox istiqamətinə sərnişinlərin daşınması həyata keçirilir.
Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobusları Heydər Əliyev prospektindən istifadə edib, “Atletlər kəndi” boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirlər. Mövcud şəraitdə bu istiqamətdə hərəkət edən 31 xətt üzrə 300-dən çox marşrut avtobusu Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1800 metrdən çox məsafə qət edir. AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb. Yeni layihədə Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobuslarının birbaşa Xəlil Rza Ulutürk küçəsindən istifadə edib Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Aeroport şosesi, Qara Qarayev və Zabrat yoluna istiqamətlənməsi nəzərdə tutulur.
Nəticədə Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalacaq. Bununla da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi məsafədə marşrut avtobuslarının izafi yürüş məsafəsi 2,0 (48%) dəfə qısalacaq, 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə kimi düşəcək. Bununla yanaşı, yürüşdən istifadə əmsalı 46% artmaqla, hərəkət tərkibinin texniki sürəti də 1,4 dəfə artacaq. Müvafiq olaraq, sözügedən istiqamət üzrə 31 xətt üzrə 300-dən çox marşrutun fəaliyyətdə olduğunu nəzərə alaraq, əlavə yanacaq sərfiyyatı və karbon emissiyası böyük miqyasda azalacaq.
Həmçinin Heydər Əliyev prospektinin kənar yolundakı hərəkət sxemi layihə üzrə dəyişdirildikdə prospektin sözügedən hissəsində yaranan sıxlıq halları da azalacaq. Həyata keçiriləcək dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.
Bugün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Bugün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Bugün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Bugün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
Dün, 18:00
Allah rəhmət eləsin.
Dün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Dün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Dün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Dün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Dün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Dün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Dün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Dün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Dün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Dün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Dün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
10-02-2026, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
10-02-2026, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
10-02-2026, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
10-02-2026, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
10-02-2026, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
10-02-2026, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
10-02-2026, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
10-02-2026, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
10-02-2026, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək