“İndiki gəlinlər qayınata, qayınana yaşayan evə köçməyə razılaşmırlar” – Sosioloqdan qalmaqallı AÇIQLAMA
Gündəm / Sosial
Oxunub: 189
1 Haz 2024 | 12:52
“İndiki gəlinlər qayınata, qayınana yaşayan evə köçməyə razılaşmırlar” – Sosioloqdan qalmaqallı AÇIQLAMA

Azərbaycanda uşaqların sayı azalıb. Bu barədə məlumat Bakı Tədqiqat İnstitutunun 2005-2022-ci illəri əhatə edən hesabatında yer alıb. Belə ki, 2005-ci ildə əhalinin 31,8%-i 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. Azalma özünü daha çox qız uşaqlarında göstərir.

Bu müddətdə oğlan uşaqlarının sayı 2,1% artdığı halda qızların sayı 6% azalıb. Bununla da oğlan və qız uşaqları arasındakı gender fərqi 2,5%-dən 3,7%-ə yüksəlib.

Yaxın illərlə müqayisədə də doğulan uşaqların sayında azalma müşahidə olunub. 2015-ci illə müqayisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub. Yəni 2015-ci ildə 166 min 210, 2022-ci ildə isə 43 min 364 uşaq dünyaya gəlib.

Məlumdur ki, bir çox müasir Azərbaycan ailəsi çox halda bir-iki, maksimum isə 3 uşağa sahib olurlar. Ailədə uşaq sayının azalmasına dair müxtəlif səbəblər səsləndirirlər. Bəziləri bunu sosial-iqtisadi problemlərlə, bəziləri isə bütün dünyada yayılan tendensiya ilə əlaqələndirirlər.

Sosioloq Ağasəlim Həsənov Bizim.Media-ya bu haqda danışaraq əsas iki səbəbə toxunub.
O hesab edir ki, müasir Azərbaycan gənci ailə qurmağa meyil göstərmir:

“İlk problem kimi evlənmə statistikalarına baxmalıyıq. Təbii ki, ailə quran gənclər var, bu statistikada göstərilib. Amma ailə qurandan sonra ailəni qoruyanların sayı azalmağa, boşanma sayı artmağa doğru gedir. Ən təhlükəli tendensiya gənclər arasında formalaşmış düşüncə tərzidir. Yəni müasir Azərbaycan gəncliyi “ailə qurmadan, evlənmədən də həyat sürmək olar” kimi düşüncəyə sahibləniblər. Bu, əvvəllər qərb ölkələrində müşahidə olunurdu, zaman keçdikcə cəmiyyətimizdə də bunu görməkdəyik.

Ailə qurmağa bir məsuliyyət kimi baxır, o məsuliyyətin altına girmək, o məsuliyyəti daşımaqdan çəkinirlər”.

Sosioloq gəncləri ailə qurmaqdan, övlad dünyaya gətirməkdən çəkindirən obyektiv səbəblərin olduğunu bildirib:

“Gənc normal düşüncəyə sahibdir, evlənməyin lazım olduğunu bilir. Lakin ona görə ailə qurmaq istəmir ki, o ailənin sosial-iqtisadi, maddi təminatını ödəmək məsələsini düşünür. Ailənin təminatını ödəmək hər iki şəxsin, daha çox da kişilərin üzərinə düşür.

Ola bilsin ki, işsizlik problemi buna təsir edir və yaxud əməkhaqqının qənaətbəxş olmaması gəncləri evlənməkdən vaz keçməyə vadar edir. Bundan başqa, mənzil problem var. Gənclərin əksəriyyətində belə bir düşüncə var ki, ailə qururamsa, mütləq öz evim olmalıdır.

Əvvəlki dövrlərdə bu belə deyildi, gəlinlər qayınana, qayınata yaşayan evə köçərdilər və bunu normal qəbul edərdilər. İndiki gənclər bununla razılaşmırlar. Hər bir ailə quran cütlük ayrı evinin olması düşüncəsindədir.

Bu da reallıqda heç də asan başa gələn deyil və təsir edən faktorlar sırasındadır. Yəni gənclərin o düşüncəyə gəlməsinin obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər sosial-iqtisadi amillərə bağlıdır”.

O bildirib ki, gənclər öz azadlıqlarını güzəştə getmək istəmirlər:

“Subyektiv yanaşmada isə gəncin maddi təminatı var, amma evlənmək istəmir. Belə gənclər heç də az faiz təşkil etmir. Ailəyə bir yük kimi baxırlar, özlərinin fərdi liberal azadlıqlarını ailə qurub ümumiyə güzəştə getmək düşüncəsində deyillər. O səbəbdən ailə qurmaqdan vaz keçirlər.

Ailənin sosial institut olaraq 3 əsas funksiyası var, onlardan birincisi nəsil artırmaqdır. Ona görə də dövlətlər də öz siyasətlərində ailə məsələlərinə çox önəm verirlər.

Demoqrafik problemin gələcəkdə ciddi neqativ nəticələrə gətirib çıxaracağından narahatdılar. Qərb ölkələri ilə müqayisədə durumumuzu normal qiymətləndirmək olar. O da bizim müsəlman, şərq və türk dəyərlərimizlə bağlıdır. Yəni bizdə ailəyə bağlılıq, ailəni qorumaq, ailəyə müqəddəs kimi yanaşılıır. Hələki durum o qədər pis deyil, hardasa qənaətbəxş hesab etmək olar. Amma qeyd etdiyim tendensiya Azərbaycan gəncləri arasında var”.

Günay Şahmar, Bizim.Media
Bugün, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
Bugün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Bugün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Bugün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Bugün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
Dün, 18:00
Allah rəhmət eləsin.
Dün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Dün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Dün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Dün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Dün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Dün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Dün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Dün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Dün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Dün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Dün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
10-02-2026, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
10-02-2026, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
10-02-2026, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
10-02-2026, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
10-02-2026, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
10-02-2026, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
10-02-2026, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
10-02-2026, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar