İranda prezidentliyə ən şansı namizəd kim olacaq? - ADLAR
Gündəm / Sosial
Oxunub: 105
4 Haz 2024 | 10:45
İranda prezidentliyə ən şansı namizəd kim olacaq? - ADLAR


İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkiləri üçün namizədliyin irəli sürülmə müddəti dünən başa çatıb.

Son məlumata görə, 80 nəfər namizədliyinin qeydə alınması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

Xatırladaq ki, namizədliyin irəli sürülməsi prosesi mayın 30-da başlayıb, iyunun 3-də yekunlaşıb.

Qeydiyyatın ilk günündə namizədliyini irəli sürən 5 nəfər arasınmdan ən tanınmış sima Səid Cəlili olub. O, İranda bir sıra mühüm vəzifələr tutub, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının katibi və nüvə danışıqları üzrə qrupun rəhbəri olub. Səid Cəlili İranın ali rəhbəri Xamneiyə yaxın şəxs sayıldığından prezident seçkilərində ən şanslı namizədlərdən biri hesab olunur.

Namizədliyini ikinci gün irəli sürənlər arasında iki nəfər dxüsusilə diqqət çəkib: Əli Laricani və Abdul Nasser Himmeti.
Əli Laricani üç çağırış parlamentin sədri, Ali Milli Təhlükəsizlik Şurasının katibi, Radio və Televiziya Təşkilatının prezidenti olub. O, Məqsəd Şurasının faktiki üzvüdür. Namizədliyi təsdiqlənərsə, Laricaninin də prezident seçilmək şansının böyük olduğu deyilir.
Abdul Nasser Himmeti İran Mərkəzi Bankının keçmiş rəhbəridir. Himmeti siyasətçi və iqtisadçı kimi İranda məşhur şəxsdir və seçkilərə qatılan ciddi fuqur hesab olunur.


Üçüncü gün Daxili İşlər Nazirliyinə gedərək seçkidə iştirak üçün ərizə verən 8 nəfər arasında Əli Rza Zəkani, Mesud Mezikian və Vahid Hakkanian da ciddi namizədlər ola bilərlər.
Tehran meri Əlirza Zəkani hələ 2021-ci ildəki seçkilərdə namizəd olsa da, mərhum prezident İbrahim Rəisinin lehinə geri çəkilmişdi.


Müraciətlərin dördüncü günündə eks-prezident Mahmud Əhmədinejad və Məhəmməd Mehdi İsmaili də daxil olmaqla 20 nəfər müraciət edib.
Sabiq prezident Mahmud Əhmədinejad İranda çoxlu tərəfdarı olan siyasətçidir.
İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili də diqqətləri özünə çəkən siyasətçilər sırasında yer alır.

Namizədlik üçün son gündə 43 nəfər müraciət edib. Onların arasında Məhəmməd Bakır Qalibaf, Mehrdad Bazarpeş, İshak Cihangiri, Mustafa Purmuhammedi və Əli Nikzad da var.
Məhəmməd Bakır Qalibaf hazırda İran parlamentinin sədri postunu tutur və onun da prezident seçilə bilmək imkanları genişdir.

İranda prezidentliyə ən şansı namizəd kim olacaq? - ADLAR

Məlumata görə, namizədlik üçün müraciət edən 80 namizəddən 4-ü qadındır.

Müraciət prosesi başa çatdıqdan sonra bütün gözlər Konstitusiya Keşikçiləri Şurasına yönəlib. Şuranın müraciətlərlə bağlı yekun qərarını iyunun 13-də elan edəcəyi və yekun namizəd siyahısının açıqlanacağı gözlənilir.

Daha sonra namizədlərə təşviqat kampaniyası aparmaq üçün 14 gün ayrılacaq.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.

Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.

Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub.
Bugün, 12:00
Bu şadlıq evində nöqsanlar aşkarlandı
Bugün, 11:30
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
Bugün, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
Bugün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Bugün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Bugün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Bugün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
Dün, 18:00
Allah rəhmət eləsin.
Dün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Dün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Dün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Dün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Dün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Dün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Dün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Dün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Dün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Dün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Dün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
10-02-2026, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
10-02-2026, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
10-02-2026, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
10-02-2026, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
10-02-2026, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
10-02-2026, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO