“Haber Global”: SOCAR-ın Türkiyədəki ofisinə hücum Fələstinə dəstək deyil, imperializmə xidmət etməkdir
Gündəm / Sosial
Oxunub: 110
4 Haz 2024 | 16:04
“Haber Global”: SOCAR-ın Türkiyədəki ofisinə hücum Fələstinə dəstək deyil, imperializmə xidmət etməkdir

SOCAR ilə İsrail arasında əlaqə var imiş kimi göstərərək şirkətin Türkiyədəki ofisinə hücum etmək Fələstinə dəstək deyil, imperializmə xidmət etməkdir.

Bu barədə Türkiyənin “Haber Global” telekanalında yayımlanan proqramda türkiyəli professor və politoloqlar SOCAR-ın Türkiyədəki ofisinə hücumu şərh edərkən deyiblər.

Proqramda bildirib ki, SOCAR-ın Türkiyədəki binasına hücumun əsas məqsədi Türkiyə ilə Azərbaycanın arasını vurmaqdır:

“İkinci məsələ də odur ki, SOCAR bir dünya markasıdır. Bu, Azərbaycanın dünyada tanınan bir şirkətini ləkləməyi hədəf almış kampaniyadır. Planın arxasında dünyanın enerji lobbiləri dayanıb və SOCAR qəsdən hədəf olaraq seçilib”, - verilişdə deyilir.

Proqramda vurğulanıb ki, SOCAR-a hücum edənlər iddia qaldırırlar ki, şirkət Türkiyə üzərindən İsrailə neft ixrac edir: “Biz insanların Qəzza məsələsinə nə qədər həssas yanaşdıqlarını bilirik, həmçinin istənilən Türkiyə vətəndaşından Azərbaycanın onlar üçün nə kəsb etdiyini soruşsaq, “candır” deyəcəklər. Şirkətə hücum edənlərin cibinə kimsə 3-5 dollar pul qoyub. SOCAR ilə İsrail arasında əlaqə var imiş kimi göstərərək şirkətin Türkiyədəki ofisinə hücum Fələstinə dəstək deyil, imperializmə xidmət etməkdir”.

Verilişdə qeyd olunub ki, onların İsrailə dəstək verməkdə günahlandırdıqları şirkətin məxsus olduğu ölkənin prezidenti hələ İsrail-Qəzza toqquşmasından əvvəl müstəqil Fələstin dövlətinin qurulmalı olduğunu bəyan edib.

“Bu gənclərə məsləhət görürük ki, internetdə İsrailin əməkdaşlıq etdiyi dövlətlər barədə araşdırsınlar. Dəfələrlə ABŞ ilə İsrail arasında enerji sahəsində əməkdaşlıq ilə bağlı planlar həyata keçirilib. Görəsən, bu şəxsləri niyə ABŞ səfirliyinin qarşısında görmürük? Almaniya da son beş ildə İsraillə enerji sahəsində iki anlaşma imzalayıb. Bu sayı artırmaq da olar, burada Fransa, İtaliya və bir çox dünya miqyaslı qərb şirkətlərinin adlarını çəkmək olar. Biz bu şəxsləri həmin şirkətlərin Türkiyədəki təmsilçilərinin qarşısında görmək istəyərik”.

Veriliş iştirakçıları bildiriblər ki, Azərbaycanın dövlət şirkəti olan SOCAR onların gedə biləcəkləri son yerdir, amma heç getməməli olduqları yerə ilk gediblər: “Bunun Fələstinlə heç bir əlaqəsi yoxdur. Prezident İlham Əliyevin və Azərbaycan xalqının bu məsələdə ilk gündən bəri hansı tərəfdə olduqlarını yaxşı bilirik. Demokratik aksiya təşkil edən şəxslər heç vaxt üzünü gizlətməz. Onlar isə üz-gözlərini bağlayaraq təxribat törədirlər. Bunun arxasında kimlərin olduğu da məlum məsələdir. Məsləhət görürük ki, kimsə təxribata uyaraq Azərbaycana qarşı iğtişaşlarda istifadə olunmasınlar”.(“Report”)

Bugün, 12:00
Bu şadlıq evində nöqsanlar aşkarlandı
Bugün, 11:30
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
Bugün, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
Bugün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Bugün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Bugün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Bugün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
Dün, 18:00
Allah rəhmət eləsin.
Dün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Dün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Dün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Dün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Dün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Dün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Dün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Dün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Dün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Dün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Dün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
10-02-2026, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
10-02-2026, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
10-02-2026, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
10-02-2026, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
10-02-2026, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
10-02-2026, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO