Seriallarda ötürülən GİZLİ MESAJLAR – Nikahdankənar uşaq dünyaya gətirməyi kimlər TƏBLİĞ EDİR?

“Son illər ailə institutunu məhv etmək üçün müxtəlif layihələr həyata keçirilir. Həmin layihələrdən biri də seriallarda nikahdankənar uşaqların dünyaya gətirilməsinin təşviqidir. Ən maraqlısı da odur ki, nikahdankənar uşaqları əsasən serialın baş qəhrəmanları dünyaya gətirir. Hansı ki, baş qəhrəmən bütün cəhətləri ilə cəmiyyətə nümunə kimi göstərilməlidir. Beləcə, nikahdankənar uşaq dünyaya gətirilməsi baş qəhrəmanın müsbət xarakteri kimi gizli şəkildə cəmiyyətə ötürülür. Bu isə olduqca qorxulu tendensiyadır”.
“Nikahdankənar doğulanların da sayı artır”
Bu fikirləri Bizim.Media-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, Azərbaycan cəmiyyətinin identikliyi həm də ailə dəyərləri ilə əlaqədar olub:
“Cəmiyyətimiz ənənəvi cəmiyyət olduğu üçün ailə münasibətləri də cəmiyyətin nəzarəti altında olub, ictimai qınaq tənzimləyici vasitə hesab edilib. Ancaq bir neçə ildir ki, ictimai nəzarət, ictimai qınaq mexanizmi cəmiyyətimizə kənar təsirlər, əcnəbi həyat tərzləri ilə qarşı-qarşıya qalıb. Belə ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin açıq cəmiyyətə inteqrasiyası fonunda ailə institutumuza da müxtəlif vasitələrlə əcnəbi tərzlər təsir etməkdədir. Bu təsirlər xarici seriallar, filmlər və s. vasitəsilə reallaşır. Bu gün Azərbaycanın ailə institutunda diqqət çəkən tendensiya nikahdankənar evliliklərdir.
Tək bir faktı deyim ki, 2016-cı ilin statistikası üzrə 26 min uşaq nikahdankənar dünyaya gəlib. Onların bir qismi cütlüklərin səhlənkarlığı, məsuliyyətsizliyi, ənənəvi qohum nikahları ilə, habelə dini nikahla əlaqəlidirsə, digər hissəsi çox əfsuslar olsun ki, xaricdən təşviq edilən, cəmiyyətimiz üçün yad olan "ailə tərzləri" dir. Onların sayında artım dinamikası müşahidə olunur. Bu məsələ cəmiyyətimizdə sağlam ənənə və dəyərləri qorumaq üçün ölkəmizə idxal edilən serial və filmlərə nəzarəti aktuallaşdırır”.
Sosioloq nikahdankənar evliliklərin fəsadlarından da danışıb:
“Belə ki, nikahdankənar evliliklər cəmiyyətimizin tarixi ailə dəyərlərini sarsıdır, ailə dayanıqlığını zəiflədir, uşaqların sosiallaşmasında neqativ nəticələr yaradır. Natamam ailədə böyüməyə məcbur qalan uşaqlar travma alır, cəmiyyətə kinli münasibətdə olur. Nəticədə, boşanmalar artır.
Eyni zamanda, boşanma zamanı aliment təyinatı ilə bağlı problemlər yaranır. Belə "ailə"lər boşanan zaman mülkiyət mübahisələri və münaqişələri daha gərgin olur. Bəzən uşaqların atasının müəyyənləşməsi mübahisələndirilir. Uşağın hansı valideyndə qalması ailə koaliziyalarına (ailədaxili münaqişələr) səbəb olur. Təəssüflər olsun ki, ailə məsuliyyətindən qaçan, ictimai qınaq və sosial nəzarətə dözümsüz yanaşan bəzi cütlüklər nikahdankənar evliliyə, "vətəndaş nikahı" na üstünlük verirlər”.
Üzeyir Şəfiyev hesab edir ki, ailələrdə, orta və ali məktəblərdə ailə dəyərləri aşılanmalı, uşaq və yeniyetmələrə ailə məsuliyyəti təlqin, valideyinlik misiyası tərbiyə edilməlidir:
“Ailə dərslərində, həyat bilgisi fənləri çərçivəsində ailə fəlsəfəsi, onun müsbət cəhətləri uşaq və yeniyetmələrə aşılanmalı, nikahdankənar evliliyin fəsadları izah edilməli, Azərbaycanın ailə dəyərlərinin varisliyi təmin olunmalıdır. KİV-lərdə ailə dəyərlərinə zərər verən layihələrə sərt nəzarət edilməlidir. Çünki məhz o layihələrlə cəmiyyət onun əsasını təşkil edən ailə institutu vasitəsilə dəyişdirilmısi hədəflənir”.
Bizim.Media
Dün, 18:00
Növbə problemi yenidən gündəmdə - Tibbi xidmətin SAĞALMAZ “yarası”
Dün, 17:30
Məşhur xəstəxanada ƏMƏLİYYAT - Vəzifəli şəxs SAXLANILDI
Dün, 17:00
Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar
Dün, 16:30
SON DƏQİQƏ:Sərhədçilərimizə atəş açıb qaçdılar
Dün, 16:00
Azərbaycanda yeni şura yaradıldı - Mehriban Əliyeva sədr təyin olundu
Dün, 12:00
Mərkəzdə söküntü: Kompensasiya yetərsizdir
Dün, 11:30
Şamaxıda 17 yaşlı oğlan anasını ÖLDÜRÜB
Dün, 11:00
Sərhəd qadağası cibimizə necə təsir edir? — AÇIQLAMA
Dün, 10:30
Hindlilər Bakıda girov götürüldü, beynəlxalq əməliyyatla xilas ediliblər - TƏFƏRRÜAT
Dün, 10:00
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı
Dün, 09:30
Nil Monze bıçaqlanıb? - FOTOLAR
Dün, 09:00
Vahid Qədimin Rusiya-Ukrayna döyüşlərində itkin düşdüyü deyilir
26-02-2026, 18:00
DİM işçilər AXTARIR
26-02-2026, 17:30
Qara çörək niyə bahalaşıb...
26-02-2026, 17:00
Prezident Xocalı Soyqırımı Memorialının açılışında
26-02-2026, 16:30
Problemli kreditlər ARTIB
26-02-2026, 16:00
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir? - Nazirdən açıqlama
26-02-2026, 12:00
Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı
26-02-2026, 11:00
Estetik əməliyyat üçün 45 həkimə icazə verilib - Nazir
26-02-2026, 10:30
Rəsmilər "Ana harayı" abidəsini ziyarət etdilər - FOTOLAR
26-02-2026, 10:00
Dövlət hər vətəndaşa gəlirdən pay verəcək
26-02-2026, 09:30
Heyrətə gətirən məzar daşlarının sirri nədir? - VİDEO
26-02-2026, 09:00
Xalq "Ana harayı" abidəsini ziyarət edir - FOTO
25-02-2026, 18:00
Hökumət varlılarla bağlı elə bir QƏRAR verdi ki... - Bundan sonra...
25-02-2026, 17:30
Azərbaycanda kafedə partlayış: Ölən var
25-02-2026, 17:00
Azərbaycanda qızlar niyə indi əsgər gedir?
25-02-2026, 16:30
Su çərşənbəsində bədbəxt hadisə: Yaralılar var