Ədalətli görünməyən Konqres və Beynəlxalq Məhkəmə - Qərəz davam edir - ANALİZ

ABŞ Konqresinin Nümayəndələr Palatası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı (BCM) sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib. Bundan dərhal sonra qərarın Birləşmiş Ştatlarla BCM arasında gərginliyə yol açacağına dair fikirlər gündəmi zəbt edib.
Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların tətbiqi barədə qərarla bağlı Konqresin Nümayəndələr Palatasının sədri Mayk Conson bildirib ki, amerikalı qanunvericilər İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı həbs qərarı verilərsə, BCM-yə sanksiya tətbiq etməyi düşünürlər. Onun sözlərinə görə, BCM prokurorunun Netanyahunun həbsinə order verilməsi tələbinə ABŞ prezidenti Cozef Bayden administrasiyasının “İsrailə təzyiq kampaniyası” səbəb olub: “Ağ Evin rəhbərliyi olmadığı halda, Konqres həbs qərarı verməklə irəliləyəcəyi təqdirdə BCM rəhbərliyinin nəticələrlə üzləşməsini təmin etmək üçün sanksiyalar da daxil olmaqla bütün variantları nəzərdən keçirir”.
Qeyd olunur ki, BCM dövlət başında olan şəxslərin fəaliyyətini araşdırmağa davam edərsə, ona qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur. Bu, təkcə Amerika hökumət rəsmilərinə deyil, həm də ABŞ-nin BCM-nin yurisdiksiyasını tanımayan müttəfiq ölkələrinin vətəndaşlarına aiddir. Qanun məhkəmənin işinə kömək edən şəxslərin sanksiya siyahısına daxil edilməsini nəzərdə tutur.

Əvvəla ondan başlayaq ki, həm Konqres, həm də BCM qərəz və ikili yanaşmada bir-birindən geri qalmır və buna aid kifayət qədər faktlar var. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə sərgilədikləri mövqe buna sübutdur. Artıq iş o yerə çatıb ki, onların özləri arasında ziddiyyət və intriqalar yaranıb. Anlaşılır ki, ayrı-ayrı dövlətlərin rəhbərləri hər cür hərbi cinayətlər törədə bilərlər, amma ABŞ-nin müttəfiqidirlərsə, BCM onları mühakimə edə bilməz, edərsə, özü mühakimə olunar. Fövqəldövlətin qanunverici orqanının bu qərarı bipolyarlığın liberal postmodernliyinə doğru irəliləyən “dekadent arthouse” adlandırmaq mümkündür. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qərarla bağlı bildirib ki, “Roma hüququ var, ümumi hüquq var. Bir də Amerika qanunu var - liberal postmodern bipolyarlığa çevrilən hal”.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin yaranmasına (2002) ABŞ və Rusiya birgə xeyir-dua vermişdi. 2014-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Krımı işğal etməsinə etiraz etdi. Ən maraqlısı odur ki, ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin yaranması ilə bağlı razılaşmanı indiyə qədər də ratifikasiya etməyib, Rusiya isə öz imzasını sözügedən məhkəmənin 2014-cü ildə Krımın ilhaqını tənqid etməsindən sonra geri çəkilib. Fakt budur ki, nə ABŞ, nə də Rusiya Beynəlxalq Cinayət Məhkəməsini tanımır. Ancaq bu, Amerikanı o qədər də narahat etmir.

Mariya Zaxarova
Digər bir məsələ ondan ibarətdir ki, məhz Konqres dəfələrlə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib.
Ümumiyyətlə, qərəzə və ikili yanaşmaya gəldikdə, elə Beynəlxalq Cinayət Məhkəməsi də qərəzinə görə Birləşmiş Ştatlardan geri qalmır. Məsələn, məhkəmə Rusiya ilə münaqişə fonunda faktların öyrənilməsi və həqiqətin üzə çıxarılması üçün Ukraynaya 40-dan çox müstəntiq göndərmək barədə qərar qəbul edib. Lakin ikinci Qarabağ müharibəsi zamanı rəsmi Bakının beynəlxalq təşkilatlara dəfələrlə müraciət etməsinə baxmayaraq, Azərbaycana belə missiyalar göndərilməyib. Bu, Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərini azad etmək uğrunda apardığı mübarizə məsələsində beynəlxalq ictimaiyyətin ikili standartlarını bir daha sübut edir. Beynəlxalq ictimaiyyət işğal dövründə susdu, bütün işğal dövründə sükutu qoruyub saxladı. Beynəlxalq Cinayət Məhkəməsinin heç bir baş prokuroru insanlığa qarşı müharibə cinayətlərini araşdırmaq üçün bölgəyə getməyib. Azərbaycan dəfələrlə rəsmi kanallar vasitəsilə çoxsaylı müraciətlərə baxmayaraq, BCM regiona faktaraşdırıcı missiya göndərməkdən boyun qaçırıb.

Eləcə də Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışmış Luis Okamponu yada salaq. Pula hərisliyi ilə ad çıxaran bu şəxsin adı ən çirkin, iyrənc qalmaqallarda hallanıb. O, bir neçə il öncə ofşor maliyyə fəaliyyəti ilə bağlı suala cavabında bildirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsindəki maaşı onun üçün kifayət etmir. İndi də Livanda oturub ənənəvi ittihamını səsləndirib. İddia edib ki, Azərbaycan işğaldan azad edilən Qarabağda "etnik təmizləmə"lərə yol verib.
Hətta Ermənistan belə Qarabağdan könüllü çıxan sakinlərə qarşı hər hansı bir zorakılıq və hücumları dilə gətirmədiyi halda, Okampo Azərbaycana qarşı hədyanlar yağdırıb. o, indi də xislətinə uyğun növbəti bədnam kampaniyaya start verib. Terrorçuluq əməllərinə görə həbs olunan keçmiş separatçı rejimin nümayəndələrinin azadlığa buraxılması tələbi ilə imzatoplama kampaniyasına start verib, hətta onları siyasi məhbus belə adlandırmaqdan vaz keçməyib. Bununla da Azərbaycana qarşı təzyiq göstərməyə çalışılsa da, bu səylər də nəticəsiz qalacaq.
İndiki halda da Konqreslə BCM arasındakı qarşıdurmanı sadəcə mövqelərin toqquşması kimi nəzərdən keçirmək olar. Ola bilsin, hər iki tərəfin qəbul etdiyi qərar kağız üzərində qalacaq. Lakin istənilən halda onların əsl mahiyyətlərinin nədən ibarət olduğu bir daha ortaya çıxır.
Bugün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Bugün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Bugün, 11:00
Qarabağ qazisi vəfat edib
Bugün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Bugün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Bugün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Bugün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü