YAP-ın iki rayon təşkilatına yeni sədr təyin edildi

İyunun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib.
İclasda ilk olaraq YAP Saatlı rayon təşkilatının sədri Lütvəli İbrahim oğlu Şıxəliyevin öz ərizəsi ilə tutduğu vəzifədən azad olunması məsələsinə baxılıb.
Tahir Budaqov 1993-cü ildən YAP-ın üzvü olan L.Şıxəliyevin 1999-cu ildən bu günədək partiyanın Saatlı rayon təşkilatının sədri vəzifəsində uğurla fəaliyyət göstərdiyini bildirib, onun bundan sonra da öz peşəkarlığı və təcrübəsi ilə rayon təşkilatının işinə yaxından dəstək verəcəyinə əminliyini ifadə edib.
YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxış edərək L.Şıxəliyevin partiya işində nümunəvi fəaliyyət göstərdiyini qeyd edib.
Ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən L.Şıxəliyev ictimai-siyasi proseslərdə, partiyanın həyatında bundan sonra da fəal iştirak edəcəyini bildirib.
Müzakirələrin sonunda Lütvəli Şıxəliyevin YAP Saatlı rayon təşkilatının sədri vəzifəsindən azad olunması haqqında qərar qəbul olunub.
Ardınca YAP Saatlı və Zaqatala rayon təşkilatlarına sədrlərin təyin edilməsi məsələsinə baxılıb. Elşən Zeynal oğlu Əzizovun YAP Saatlı rayon təşkilatının, Fərid Səfər oğlu Ramazanovun isə Zaqatala rayon təşkilatının sədri vəzifələrinə namizədliyi irəli sürülüb. YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov və Asif Əsgərli çıxış edərək hər iki şəxsin irəli sürülən vəzifəyə layiq olduqlarını bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Müzakirələrdən sonra Elşən Zeynal oğlu Əzizovun YAP Saatlı rayon təşkilatının sədri və Fərid Səfər oğlu Ramazanovun YAP Zaqatala rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul edilib.
Sonra Vaqif Aslan oğlu Hüseynovun və Tahir Məhərrəm oğlu Quliyevin Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə daxil edilməsi məsələsinə baxılıb.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə, YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Elnarə Akimova və Aynur Sofiyeva namizədliyi irəli sürülən şəxslərin həyat yoluna nəzər salaraq partiya və dövlət qarşısında xidmətlərini qeyd edib və partiyanın Veteranlar Şurasında təmsil olunmalarını dəstəklədiklərini bildiriblər.
Müzakirələrdən sonra Vaqif Aslan oğlu Hüseynovun və Tahir Məhərrəm oğlu Quliyevin YAP Veteranlar Şurasına üzv seçilməsi haqqında qərar qəbul olunub.
Bugün, 12:00
Bu şadlıq evində nöqsanlar aşkarlandı
Bugün, 11:30
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
Bugün, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
Bugün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Bugün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Bugün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Bugün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
Dün, 18:00
Allah rəhmət eləsin.
Dün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Dün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Dün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Dün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Dün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Dün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Dün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Dün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Dün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Dün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Dün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
10-02-2026, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
10-02-2026, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
10-02-2026, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
10-02-2026, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
10-02-2026, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
10-02-2026, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO