Bu şəxslərin pensiyası yeni qayda ilə hesablanacaq

Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputatlar, Mərkəzi Seçki Komissiyasının (MSK) və Naxçıvan Muxtar Respublikası MSK-nın üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan MSK və Naxçıvan MSK-nın üzvləri, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və Naxçıvan Ombudsmanı kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Ombudsman və Naxçıvan Ombudsmanı və Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Hesablama Palatasının üzvləri üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilib.
Yeni qanuna əsasən, 2024-cü il iyulun 1-dən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin ediləcək.
Beləliklə, 2024-cü il iyulun 1-dən pensiyaya əlavələrin təyinatında pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı prinsipi əsas götürüləcək.
Bu yanaşma yuxarıda qeyd olunan MSK, Ombudsman və Hesablama Palatasının üzvlərinə münasibətdə də şamil olunacaq.
Bu şəxslər həmin maddələrdə nəzərdə tutulmuş sığorta stajını bu qanun qüvvəyə mindiyi tarixədək torladığı halda həmin şəxslərə “Əmək rensiyaları haqqında” qanunun 2024-cü il iyulun 1-dək qüvvədə olan normaları tətbiq ediləcək.
Qeyd edək ki, indiyə qədər əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikası Hesablama Palatasının sabiq üzvlərinin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Hesablama Palatasının üzvünün orta aylıq əmək haqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikasının Hesablama Palatasından aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilib. Bu müddəa da ləğv olunub.
Bugün, 12:00
Bu şadlıq evində nöqsanlar aşkarlandı
Bugün, 11:30
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
Bugün, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
Bugün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Bugün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Bugün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Bugün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
Dün, 18:00
Allah rəhmət eləsin.
Dün, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
Dün, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
Dün, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
Dün, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
Dün, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
Dün, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dün, 12:00
İlham Əliyev Pezeşkianı təbrik etdi
Dün, 11:30
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Dün, 11:00
Məktəbdə dəhşətli atışma: 10 ölü, 25 yaralı
Dün, 10:30
Azərbaycan Konstitusiyası bu peşəni dolayısı ilə qadağan edir - SƏBƏB
Dün, 10:00
Oyunçular Qış Olimpiya oyunlarının medallarından NARAZIDIR
Dün, 09:30
Mülkə görə əmisini öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Dün, 09:00
Salyanda "üstü bəzək, altı təzək" olan körpü
10-02-2026, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
10-02-2026, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
10-02-2026, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
10-02-2026, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
10-02-2026, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
10-02-2026, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO