Cinayət əlamətləri olmayan məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq
Gündəm / Sosial
Oxunub: 17
30 Ekm 2024 | 09:40
Cinayət əlamətləri olmayan məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma ilə bağlı qayda müəyyənləşir.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun yeni redaksiyada təklif edilən 9-cu maddəsində əksini tapıb.

Layihəyə əsasən, məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü maddəsinin (Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır) və 8-ci maddəsinin (Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri) tələbləri nəzərə alınmaqla 5 gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda (müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən və qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət verilə bilər) müraciət edilən vaxtdan 24 saat keçənədək baxılacaq. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadıla bilər. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin ediləcək. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunacaq. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunacaq. Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunacaq:

- məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

- məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

- əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

- zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

- zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.".

Xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən zorakılığı törətmiş şəxsin hərəkətlərinə diqqət yetirilməsi, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında nəzarət həyata keçiriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:

- məişət zorakılığı törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

- məişət zorakılığı örətmiş şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

- əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

- zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

- zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.

Qeyd edilib ki, "Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası" Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli, 46 nömrəli qərarı il təsdiq olunub. Hazırda bu prosedur məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydasına uyğun olaraq həyata keçirilir. Layihədə Qanunun 9-cu maddəsi (məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrinə dair qərar) yeni redaksiyada verilib və məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə baxılma proseduru daha ətraflı qeyd olunub.

Belə ki, qanun layihəsində məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə, həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin olunması, eyni zamanda məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlar öz əksini tapıb.
Dün, 17:28
Tramp bu tarixdə and içəcək
Dün, 16:52
Gənc jurnalist vəfat etdi
Dün, 16:28
BMT-nin ali tədbirinə hörmətsiz yanaşan Avrokomissiya - Ursula fon der Lyayenin məntiqsizliyi - ŞƏRH
Dün, 16:04
Sabah MDB ölkələrinin əməkdaşlığına təhdidlər müzakirəyə çıxarılacaq
Dün, 15:28
Bakı metrosu COP29-un ilk günlərində sərnişinlərini 1 saat tez qəbul edəcək
Dün, 14:59
8 Noyabr prospekti bu gecədən bağlanır - Sürücülərin nəzərinə!
Dün, 14:10
Prezident təltifolunma mərasimində - Fotolar
Dün, 13:48
Sabah Bakıya yağış yağacaq - HAVA PROQNOZU
Dün, 12:51
Dini Liderlərin Qlobal Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
Dün, 11:58
Tramp qələbəsini elan etdi - Canlı
Dün, 10:43
Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq
Dün, 10:23
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü başlayıb
Dün, 10:12
PREZİDENTƏ MÜRACİƏT
Dün, 09:54
Ceyhun Bayramov Bişkekdə COP29-dan danışdı
Dün, 09:08
Zəfər xronikası - Düşmən geri çəkilməyə məcbur edilib
Dün, 08:48
TDT xarici işlər nazirlərinin müzakirəsi
Dün, 08:23
KİV: Donald Tramp Kentukki, Florida və İndiana ştatlarında liderdir
5-11-2024, 18:48
Flora Kərimovaya nə olub?
5-11-2024, 18:30
Bu ərazilərə qar yağır - Faktiki hava
5-11-2024, 16:36
Salyanda məktəbli intihar etdi
5-11-2024, 16:21
Noyabr pensiyaları bu tarixdə veriləcək
5-11-2024, 16:00
“Rusiya əlindən gələni etməyə davam edəcək”
5-11-2024, 15:24
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi - Fotolar
5-11-2024, 14:44
Dəniz suyunun duzsuzlaşdırılması zavodu Sumqayıtda tikiləcək
5-11-2024, 14:04
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
5-11-2024, 12:58
Şimşək çaxacaq, leysan yağacaq
5-11-2024, 12:34
Prezident Qırğızıstandadır