Hər kəs Tovuzdakı bu görüntülərdən danışır — AÇIQLAMA
Bölgə
Oxunub: 38
13 Şub 2026 | 11:00
Hər kəs Tovuzdakı bu görüntülərdən danışır — AÇIQLAMA Tovuz rayonunda yerləşən və yerli sakinlər arasında “pir” kimi tanınan ziyarətgahın görüntüləri sosial şəbəkələrdə yayılıb. Rayon kəndlərinin birində yerləşən bu ziyarətgahda insanlar ağacın ətrafına fırlanaraq dilək tuturlar. İnama görə, “dilək ağacı”nın başına dolanmaq və ürəkdən arzu tutmaq diləklərin qəbul olunmasına səbəb olur.

Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, dünya görüşü formalaşmamış insanlar bu cür məsələlərdən hansısa möcüzəvi dəyişiklik gözləyir:

“Talelərinin bir anda yaxşılığa doğru dəyişəcəyinə inanırlar. Onlar düşünürlər ki, hansısa kahinlik və ya oxşar inanclar vasitəsilə həyatları yaxşı istiqamətdə dəyişə bilər. Bunu müəyyən mənada qınamaq da olar. Çünki bu, birbaşa təhsil və mədəniyyətlə bağlı məsələdir. Əslində bu, cəmiyyət olaraq qarşılaşdığımız köklü problemlərdən biridir və tarixi xarakter daşıyır. Bu kimi yanaşmaların aradan qalxması yalnız təhsil, bilik, savadlanma və sağlam dünya görüşünün formalaşdırılması ilə mümkündür. İnsan nə qədər məlumatlı, düşünən və analitik yanaşmaya sahib olarsa, bu cür təsadüfi və əsassız inanclara bir o qədər az meyil edər. Əslində günümüz budur”.

Qeyd edək ki, sözügedən görüntülərin Xıdır Nəbi bayramı ilə əlaqəli olduğu deyilir. Xalq təqvimində qışın ən çətin dövrü sayılan Böyük Çillə ilə Kiçik Çillənin kəsişməsində qeyd olunan Xıdır Nəbi bayramı təbiətin oyanışına, bərəkətə və dirilişə olan inamı simvolizə edir. Qədim köklərə malik olan bu el bayramı fevral ayının ortalarına təsadüf edir və insanlar arasında torpağın nəfəs alması, soyuqların artıq geri çəkilməyə başlaması kimi qəbul olunur. Bayramın əsas atributu sayılan qovudun hazırlanması, ailə üzvlərinin bir araya gəlməsi və Xıdırın şəxsində darda qalanların köməyinə çatan qüvvəyə olan inam bu günün mahiyyətini təşkil edir. Hətta inanca görə, gecə Xıdır Nəbi gəlib qovuda toxunarsa, həmin ilin ruzi-bərəkətli keçəcəyi gözlənilir.//Demokrat.az
Bugün, 12:00
Bu gün pensiyaları ödəniləcək rayon və şəhərlərin ADLARI
Bugün, 11:30
Mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO
Bugün, 11:00
Hər kəs Tovuzdakı bu görüntülərdən danışır — AÇIQLAMA
Bugün, 10:30
MAHİR ƏLİYEV TUTDUĞU VƏZİFƏNİN DƏYƏRİNİ YÜKSƏLDƏN KADRLARDANDIR
Bugün, 10:00
125 ildir Kaliforniyada yanan Lampanın sirri nədir?
Bugün, 09:30
Asbest qadağan edildi, bəs dəmir neçəyədir? — tikinti materialları bazarından reportaj
Bugün, 09:00
Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir
Dün, 18:00
Aygün Kazımovanın vergi borcunun məbləği məlum olub
Dün, 17:30
Nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ
Dün, 17:00
Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü
Dün, 16:30
Ukraynada 20 deputat zəhərləndi
Dün, 16:00
Kim Çen In 13 yaşlı qızını varisi təyin edib
Dün, 15:30
Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə BİRLƏŞDİRİLƏCƏK
Dün, 12:00
Bu şadlıq evində nöqsanlar aşkarlandı
Dün, 11:30
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
Dün, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
Dün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Dün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Dün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Dün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
11-02-2026, 18:00
Allah rəhmət eləsin.
11-02-2026, 17:30
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
11-02-2026, 17:00
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
11-02-2026, 16:30
Prezident üç quruma yeni səlahiyyətlər verdi
11-02-2026, 16:00
Ailə fotosunda diqqət çəkən detal – Vensin uşaqları... - FOTO
11-02-2026, 15:30
Ev quşları arasında naməlum xəstəlik yayılıb - AÇIQLAMA
11-02-2026, 15:00
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır