Dünya azərbaycanlılarının COP29-la bağlı bəyanatı
Gündəm / Sosial
Oxunub: 77
7 Kas 2024 | 16:38
Dünya azərbaycanlılarının COP29-la bağlı bəyanatı

 
Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

“Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən ekoloji siyasəti, qlobal ekoloji böhran şəraitinin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində Azərbaycanın atdığı mühüm addımları və səmərəli fəaliyyətini təqdir edir, 11-22 noyabr 2024-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsini olduqca vacib sayır, bu tədbirin dünyada ətraf mühitin qorunmasına mühüm töhfələr verəcəyinə inanırıq.

Sevindirici haldır ki, bu gün 30 il ərzində Ermənistan tərəfindən ekoloji terrora məruz qalmış Qarabağda, işğaldan azad edilmiş digər ərazilərdə bərpa-quruculuq işləri aparılır, ekoloji təhlükəsiz mühitin təmin olunması üçün zəruri infrastruktur yaradılır. Qarabağ, Şərqi Zəngəzur, eləcə də Naxçıvan “yaşıl enerji” zonaları elan edilib. Qarabağda təkcə su elektrik stansiyalarından deyil, habelə külək, günəş elektrik stansiyaları kimi alternativ və bərpaoluna bilən enerji növlərindən də istifadə ediləcək.

Bakıda və digər böyük şəhərlərimizdə avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, bu tip avtomobillərin ƏDV-dən azad edilməsi, parkların, yaşıllıqların salınması, “Yaşıl enerji” zonalarının yaradılması da ölkəmizdə ekologiyanın qorunmasının bariz nümunələridir.

Təqdirəlayiq haldır ki, bu gün ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ixtisaslaşmış ictimai təşkilatlar, o cümlədən IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi də mühüm işlər görür, genişmiqyaslı layihələr həyata keçirir.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun bariz göstəricisi, Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Bu məqsədlə Sizin Sərəncamınızla 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bir daha sübut edir ki, qlobal ekoloji böhran şəraiti və onun cəmiyyət üçün yaratdığı problemlər, bu problemlərin həlli yolları günümüzün ən aktual məsələlərindən biridir.

Son zamanlar, xüsusilə də COP 29 ərəfəsində biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizə qarşı bir mərkəzdən idarə olunan və sistemli xarakter daşıyan fəaliyyətin şahidi oluruq. Belə ki, Azərbaycanın öz siyasi, iqtisadi, hərbi gücünə həll etdiyi keçmiş Qarabağ münaqişəsinin yenidən “canlanmasına” cəhdlər edilməkdədir.

Bir daha bəyan edirik ki, Azərbaycan öz gücünə otuz illik işğala və haqsızlığa son qoymaqla təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn aliliyini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmişdir.

Biz xaricdə yaşayan azərbaycanlılar xalqımıza böyük zəfər qazandırmış, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın inkişafı naminə göstərdiyi xidmətləri və taleyüklü məsələlərin həllində

nümayiş etdirdiyi qətiyyəti təqdir edir, Onun rəhbərliyi altında Azərbaycanın bundan sonra da inkişaf edəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyinə əminliyimizi ifadə edirik.

Təsadüfi deyil ki, bu il Azərbaycanda keçirilmiş 7 fevral növbədənkənar prezident seçkilərində xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə yaradılmış “BİZ - Zəfər Yoluna Davam!” platforması xaricdəki Azərbaycan icmalarının Vətənə bağlılığının, dövlətimizin milli maraqlarının keşiyində möhkəm dayanmalarının bariz nümunəsi olmuş, Azərbaycan diasporunun siyası yetkinliyinin, azərbaycançılıq ideologiyasına sadiqliyinin göstəricisinə çevrilmişdir.

Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan yer üzündə sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutmuşdur.

İnanırıq ki, ölkəmiz digər qlobal səviyyəli tədbirlərdə olduğu kimi, COP29-un da yüksək səviyyədə təşkilinə nail olmaqla, yekdilliklə ona göstərilmiş etimadı doğruldacaq, dünyada ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində mühüm irəliləyişlərə öncüllük edəcəkdir”.
Bugün, 18:00
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Bugün, 17:30
Azərbaycandan Ukraynaya generatorlar göndərildi - FOTO
Bugün, 17:00
Bakıda 4-cü sinif şagirdi qəfil öldü
Bugün, 16:30
Niyə maaş qalxan kimi QİYMƏTLƏR də QALXIR? Natiq Cəfərlidən FƏRQLİ YANAŞMA
Bugün, 16:00
Bu gün “Qarabağ”ın oyunu var
Bugün, 15:30
14 manatdan ucuz satılan araqlar saxtadır - XƏBƏRDARLIQ
Bugün, 12:00
Bu gün pensiyaları ödəniləcək rayon və şəhərlərin ADLARI
Bugün, 11:30
Mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO
Bugün, 11:00
Hər kəs Tovuzdakı bu görüntülərdən danışır — AÇIQLAMA
Bugün, 10:30
MAHİR ƏLİYEV TUTDUĞU VƏZİFƏNİN DƏYƏRİNİ YÜKSƏLDƏN KADRLARDANDIR
Bugün, 10:00
125 ildir Kaliforniyada yanan Lampanın sirri nədir?
Bugün, 09:30
Asbest qadağan edildi, bəs dəmir neçəyədir? — tikinti materialları bazarından reportaj
Bugün, 09:00
Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir
Dün, 18:00
Aygün Kazımovanın vergi borcunun məbləği məlum olub
Dün, 17:30
Nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ
Dün, 17:00
Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü
Dün, 16:30
Ukraynada 20 deputat zəhərləndi
Dün, 16:00
Kim Çen In 13 yaşlı qızını varisi təyin edib
Dün, 15:30
Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə BİRLƏŞDİRİLƏCƏK
Dün, 12:00
Bu şadlıq evində nöqsanlar aşkarlandı
Dün, 11:30
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
Dün, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
Dün, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
Dün, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
Dün, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
Dün, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
11-02-2026, 18:00
Allah rəhmət eləsin.