POLİSƏ TƏŞƏKKÜRLƏR
Gündəm
Oxunub: 146
14 Ock 2026 | 09:00
POLİSƏ TƏŞƏKKÜRLƏR

Tərəqqipərvər media orqanı olan “Hədəftv.az” informasiya agentliyi ölkəmizdə həyata keçirilən tərəqqiyönlü islahatlara informasiya dəstəyi verməklə yanaşı, həmçinin qanunsuzluğun bütün növ təzahürlərinə qarşı mübarizə müstəvisində də hüquq-mühafizə, cinayət təqibi və ədliyyə orqanlarına etibarlı tərəf müqabili kimi çıxış edir. Təsüdüfi deyildir ki, saytımızın oxucuları rastlaşdıqları neqativ halların, hüquqpozmaların profilaktikası, problemlərinin ictimailəşdirilməsi üçün də redaksiyamıza üz tuturlar. Təqdirəlayiq haldır ki, çox vaxt həmin vətəndaşlar problemlərinin həllinə nail olur, yenidən redaksiyamıza müraciət edərək, hüquq-mühafizə orqanlarına ünvanladıqları minnətdarlıq nidalarının dərc edilməsini xahiş edirlər.

Göygöl rayonunun Üçtəpə kənd sakini 1977-ci il təvəllüdlü Bayramov Rövşən Cəmil oğlu Yeni Qızılca sahəsində yerləşən fermada heyvan saxlamaqla məşğuldur. 08.01.2026-cı il axşam saat 19:00-dan ertəsi gün səhər saat 05:00-a qədər oradan 8 (səkkiz) baş xırdabuynuzlu heyvan oğurlanıb. R.Bayramov həmin səhər fermaya gələndə yenicə düşmüş avtomobil təkərinin izlərinə rast gəlib. Hadisə barədə gecikmədən DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat verib. Bundan sonra hadisə yerinə Göygöl rayon Polis Şöbəsinin əməliyyat qrupu gəlib. Polisin fakt üzrə isti izlərlə apardığı araşdırma nətisində R.Bayramovun heyvanları tapılıb, oğurluqda şübhəli bilinən şəxs (və ya şəxslərdən biri) müəyyən edilərək, istintaqa cəlb olunub.

Vətəndaş R.Bayramov saytımızın tribunasından istifadə etmək fürsətindən yararlanaraq, insan, vətəndaş, sahibkar hüquqlarının qorunması sahəsində göstərdikləri xidmətə görə başda çox hörmətli cənab nazir Vilayət Eyvazov olmaqla, Göygöl Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Şəmşir Kazımova, rəis müavini polis polkovnik-leytenanıtı Samir Rüstəmova dərin minnətdarlığını bildirir və Azərbaycan Polisinin bütün şəxsi heyətini yeni 2026-cı il münasibətilə təbrik edir.

Xatırladaq ki, vətəndaş R.Bayramovun müraciətində ehtiva olunan məsələ, Göygöl rayonunda baş verən, saytımızın diqqət mərkəzində saxladığı və sonluğu Göygöl polisinin ünvanına alqış nidaları ilə bitən ilk və yeganə fakt deyildir. Sadiq oxucularımız xatırlayarlar, Göygöl rayonunun Yeni Zod kənd sakini Hacıyev Nemət Yusib oğlunun da 26.07.2025-ci il tarixdə ona məxsus 5 baş iribuynuzlu mal-qara Çaykənd ərazisində itdiyini bildirmişdi. O vaxt vətəndaş N.Hacıyev itmiş mallarının tapılması üçün tələsirdi və özünün hesabınca hüquq-mühafizə və cinayət təqibi orqanlarının hərəkətlərinin ləngiməsindən narahat idi. Lakin çox keçmədən Göygöl RPİ-nin əməkdaşları fakt üzrə operativ araşdırma apararaq, N.Hacıyevin mallarının tapılmasını təmin etdilər və oğurluqda təqsirli bilinən şəxsi məsuliyyətə cəlb etdilər.

Tərəqqipərvər media qurumu olan “Hedeftv.az” informasiya portalı ilk baxışda qeyri-adi hadisə kimi görünməyən oğurluq faklarını sensasiya kimi qələmə verməkdə maraqlı deyil və bununla oxucu auditoriyasının genişlənəcəyi perspektivi görmür. Ancaq vəzifələrinin öhdəsindən layiqincə gələn polis işçilərinin xidmətini təqdir etməyi vacib bilirik. Çünki əmək haqqı, vəzifə maaşı maddi stimuldursa, ictimai təqdir də heç də az əhəmiyyətə malik olmayan mənəvi stimuldur.

Şahin Orucov
Bugün, 11:30
Ukraynadan Azərbaycana 132 uşaq gətirilib
Bugün, 11:00
Ən çox qar Lerikə yağıb - Faktiki hava
Bugün, 10:30
Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək
Bugün, 10:00
Kəlbəcərin dağ kəndlərində işıqlar sönməyəcək - VİDEO
Bugün, 09:30
Ermənistan parlamenti sonuncu iclasa toplaşdı
Bugün, 09:00
İqtisadiyyatımız 1,4 % böyüyüb
17-01-2026, 18:00
Sumqayıtda aptek yanır
17-01-2026, 17:30
"Səkkiz" serialının ARB və yutubda yayımı dayandırıldı
17-01-2026, 17:00
Məktəblərdə üç fənn BİRLƏŞİR
17-01-2026, 16:30
Sığınacaqda yaşayan 8 uşağın anası valideynlik hüququndan məhrum edildi
17-01-2026, 16:00
Almaniya futbol üzrə Dünya Çempionatını boykot edə bilər
17-01-2026, 15:30
Maduro ələ keçirilərkən neçə nəfər öldürülüb? – Nazir dəqiq rəqəmləri açıqladı
17-01-2026, 11:30
Cəfər Cabbarlının büstünün restavrasiyasına başlanıldı
17-01-2026, 11:00
Taksi qiymətinə avtobuslar, bəs xidmətin keyfiyyəti?
17-01-2026, 10:30
Suriyada kürd dilinə dövlət statusu verildi
17-01-2026, 10:00
Yanından keçdiyiniz ağac əslində aydan gəlmiş ola bilər
17-01-2026, 09:30
“Məni gözəllik salonunda əməliyyat etdi, ağzım əyilir”
17-01-2026, 09:00
İnanılmaz əməliyyat: xəstənin bədənindən 60 kiloqramlıq şiş çıxardılar - Video
16-01-2026, 18:00
Putin İsraillə İranı müzakirə edib
16-01-2026, 17:30
Körpələr evinin müdirinə xəsarət yetirildi
16-01-2026, 17:00
Ailə quracaq BU gənclərə 19 MİN manat veriləcək
16-01-2026, 16:30
Elmira Axundovanın yaxın adamı məhkəmə zalında qandallandı – 8 milyonluq dələduzluq işi
16-01-2026, 16:00
İranlı müğənni Türkiyəyə qaçdı- rejimi qınayaraq dünya liderlərindən yardım istədi
16-01-2026, 15:30
"Azərbaycan Nəşriyyatı" BAĞLANIR
16-01-2026, 11:30
İllərlə sirr qalan xəstəliyin səbəbi üzə çıxdı
16-01-2026, 11:00
Tarixdə dönüş nöqtəsi: insan üçün orqan verən donuzlar
16-01-2026, 10:30
Rusiyanın öz “Viaqra”sı da işə yaramadı - məsələyə prokurorluq baxacaq