Zavodu sahibindən xəbərsiz satdı, indi də "hamının mənə borcu var" deyir - DƏLƏDUZLUQ İŞİ
Hadisə
Oxunub: 49
11 Mrt 2026 | 17:00
Zavodu sahibindən xəbərsiz satdı, indi də "hamının mənə borcu var" deyir - DƏLƏDUZLUQ İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində 30-a yaxın vətəndaşın əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Qədim Ədilovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

hedeftv.az-ın məlumatına görə, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi – xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə mühakimə olunur. İşə hakim Vüqar Seyidovun sədrliyi ilə baxılır. Məhkəmə iclasında diqqət çəkən və zaldakı iştirakçıların reaksiyasına səbəb olan maraqlı dialoq yaşanıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə müraciətlə bildirib:

-Qədim Ədilov, siz 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinə təqdim etdiyiniz və sonradan ekspertiza tərəfindən də sizin xəttiniz olduğu təsdiqlənən cədvəldə göstərmisiniz ki, Natiq Hümbətova 300 mindən artıq borcunuz var. 2019-cu ildən bu günə qədər ona heç bir ödəniş etməmisiniz. Buna baxmayaraq, indi iddia edirsiniz ki, ona borcunuz yoxdur. Hətta onun sizə 100 mindən artıq borcu olduğunu deyirsiniz. Bunu necə izah edirsiniz?

Qədim Ədilov isə cavabında bildirib ki, həmin dövrdə zərərçəkənlərin şikayətləri səbəbindən vəziyyəti qarışıq olub: “O vaxt burada olan zərərçəkənlərin hamısı məndən şikayət edirdi. Başım çox qarışıq idi, düzgün hesab aparmamışdım”.

Bu zaman hakim Vüqar Seyidov təqsirləndirilən şəxsə əlavə sual verib:

“Siz iki ilə yaxın Rusiyada olmusunuz. Niyə həmin müddətdə oradan Azərbaycanın hüquq-mühafizə orqanlarına və məhkəmələrinə müraciət edib bildirməmisiniz ki, filankəslərin sizə borcu var və ödəmirlər?

Qədim Ədilov isə suala belə cavab verib: “Nə bilim, hesab aparmağa vaxtım olmayıb. İndi sağ olsun Kürdəxanı istintaq təcridxanasının(Bakı İstintaq Təcridxanasını nəzərdə tutur - E.M) rəhbərliyi. Mənə yaxşı şərait yaradıblar. On ildə apara bilmədiyim mühasibatı orada apardım və gördüm ki, əslində, bütün şikayət edənlərin mənə borcu var imiş”.

Təqsirləndirilən şəxsin bu cavabı məhkəmə zalında gülüş doğursa da, zərərçəkənlərin ciddi narazılığına səbəb olub. Zərərçəkən tərəf indi bir sual üzərində dayanır: görəsən, hansı “şərait” hesabına Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs illərlə aparmadığı “mühasibatı” qısa müddətdə başa çatdıra bilib? Üstəlik, bu açıqlama məhkəmə zalında, audio və video çəkilişlərin aparıldığı şəraitdə səsləndirilib. Zərərçəkənlərin sözlərinə görə, məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunması da istisna edilmir.

Qədim Ədilov 30-a yaxın Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur. 2021-ci ildə ondan 17 vətəndaş Baş Prokurorluğa şikayət edərək dələduzluqla külli miqdarda vəsaitlərinin ələ keçirildiklərini bildiriblər. Həmin şikayət üzrə cinayət işi davam etdiyi bir vaxtda Qədim Ədilov Gəncə şəhər sakini Nəsrulla Cəfər oğlu Nəzərova qarşı da dələduzluq edib. Onun etibarından sui-istifadə edərək Qədim Ədilov sonuncuya məxsus milyonlarla dəyəri olan asfalt zavoduna müştəri tapacağına və satacağına söz verib. Bunun üçün zavodu etibarnamə ilə öz adına dövr etdirib. Sonra isə Nəsrulla Nəzərovdan xəbərsiz zavodu 1 milyon 750 min dollara sataraq aradan çıxıb. Zərərçəkənlər deyirlər ki, əlavə olaraq Qədim Ədilov Nəsrulla Nəzərovun 10 minlərlə manat nağd pulunu da dələduzluq yolu ilə mənimsəyib. 2022-ci ildə isə Qədim Ədilov İnterpol vasitəsi ilə axtarışa verilməmişdən cəmi 1-2 ay əvvəl Anar Akif oğlu Məmmədov və partnyorlarının etibarını imtahana çəkib.

Onlardan 612 min manat pul alandan sonra Qədim Ədilov əvvəl Türkiyəyə, oradan isə Rusiyaya keçib. İnterpol xətti ilə Rusiyada həbs olunan Qədim Ədilov 2024-cü ilin oktyabrında Azərbaycana təhvil verilib. Qədim Ədilovun qaçıb gizləndiyi Rusiya ərazisində həbsi zərərçəkənlərin bu ölkənin hüquq-mühafizə orqanlarına müvafiq müraciətlərindən sonra mümkün olub. Belə ki, həmin ilin fevralında iş üzrə zərərçəkmiş şəxslərdən Xaləddin Yusibov Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti üzrə İdarəsinə rəsmi məktubla müraciət edib. Bundan 5 gün sonra Qədim Ədilov qaçaq həyatı yaşadığı Kaluqa vilayəti ərazisində müəyyən edilərək həbsə alınıb. 26 fevral 2024-cü ildə həbsə alınan Qədim Ədlilov elə həmin gün təcridxanaya yerləşdirilib.

Bu haqda onun barəsində beynəlxalq axtarış elan etmiş Azərbaycan hüquq-mühafizə orqanlarına, zərərçəkənlərə də məlumat verilib. Sonradan Azərbaycana ekstradisiya olunub.
Bugün, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
Bugün, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...
Bugün, 17:00
Zavodu sahibindən xəbərsiz satdı, indi də "hamının mənə borcu var" deyir - DƏLƏDUZLUQ İŞİ
Bugün, 16:30
Naxçıvanda onlayn kazino təşkil edən şəxs saxlanıldı
Bugün, 16:00
Bu orta məktəbə lisey statusu verildi
Bugün, 12:00
Rusiyada azərbaycanlı gəncə yüksək vəzifə verildi
Bugün, 11:30
Türkiyəyə açıq hücum - İlk hədəf AZƏRBAYCANDIR
Bugün, 11:00
14 yaşlı yeniyetmənin meyiti tapıldı
Bugün, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü
Bugün, 10:00
ABŞ İranın 10 gəmisini məhv etdi
Bugün, 09:30
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Bugün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU