Yazıçılar Birliyinə üzvlük dayandırıldı
Gündəm
Oxunub: 61
14 Ock 2026 | 15:30
Yazıçılar Birliyinə üzvlük dayandırıldı "Hazırda üzvlüyə qəbul keçən ilin sonlarından dayandırılıb. Lakin əvvəlki tarixdə müraciət edənlərin sənədlərinə baxılır. İmtina edilənlər də var, qəbul olunanlar da. Qəbul komissiyası işləri 2027-ci ildə keçiriləcək AYB-nin qurultayına qədər dayandırılıb. Səbəb müraciət çoxluğudur".

Bu sözləri hedeftv.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.

O qeyd edib ki, üzvlük haqqını ödəməyənlər təlimata uyğun olaraq Birlikdən kənarlaşdırıla bilər, amma təşkilat hər zaman bu məsələdə həmişə humanist mövqe tutub:

“Hazırda Azərbaycan Yazıçılar Birliyinin 2500 nəfərdən çox üzvü var. Bir nəfər üzv üçün 15 manat illik üzvlük haqqı müəyyən edilib. Hər hansı dövr üçün üzvlük pulundan yığılan məbləğ haqda informasiya maliyyə şöbəsində olur. Bu barədə hesabat vermək mənim səlahiyyətimdə deyil. 1990-cı illərdən illik üzvlük haqqını ödəməyənlər var idi. Açıqlaya bilmirəm, lakin külli miqdarda pul idi. 2020-ci ilə qədər olan borcların hamısı silindi. 5 il ötüb, yenə ödəməyənlər var. 15 manatı verməyən, deməli, təşkilatın nizamnaməsinə hörmətlə yanaşmır. Ödəniş etməyənlərlə bağlı bu il, 1 fevralda qəti qərar veriləcək. O vaxta qədər möhlət verilib".

O, üzvlük haqqını ödəməyənlər arasında vəfat etmiş şəxslərin olması barədə iradlara da cavab verib.

"Siyahımızda olan yazıçı vəfat edərsə, “vəfat etmiş üzv” kimi daim qeydiyyatda qalır. O ki qaldı vəfat edən haqda bizim qeydlərimizə, onu mərhumun ailə üzvləri məlumat verməlidir. Biz haradan bilək, kim nə zaman vəfat etdi? Məsələn, Amin Avey 2020-ci ildə pandemiya dövründə Almaniyada vəfat edib. Onun adının siyahıda qalması texniki xəta ilə bağlı olub. Bu, mətbuatda başqa cür qələmə verilmişdi".

Sonda Xəyal Rza qeyd edib ki, Birliyə üzvlük haqqının məbləğində artım gözlənilmir.
Dün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Dün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Dün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Dün, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
Dün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Dün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Dün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Dün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Dün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Dün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Dün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Dün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
6-02-2026, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
6-02-2026, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
6-02-2026, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
6-02-2026, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi