Vüqar Qurbanovun həbsinə hazırlıq gedir
Gündəm
Oxunub: 47
18 Şub 2026 | 12:00
Vüqar Qurbanovun həbsinə hazırlıq gedir
Ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi. Qərar rəsmən elan olunsa da, səbəblər barədə ictimaiyyətə hər hansı geniş izah verilmədi. Sabiq rəhbər özü isə TƏBİB-in Müşahidə Şurasının qərarını “normal qarşıladığını” bildirməklə kifayətləndi.

Amma bu açıqlama suallara aydınlıq gətirmədi. Çünki bu qərar əksəriyyət tərəfindən səhiyyə sistemi daxilində daha ciddi proseslərin başlanğıcı kimi qiymətləndirilir.

hedeftv.az-ın əldə etdiyi məlumatlara görə, məsələ adi kadr dəyişikliyi çərçivəsindən xeyli kənardadır. Hətta sabiq rəhbərin yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcəyi, həbsinin qaçılmaz olduğu iddiaları səslənir.

Maraqlıdır ki, qərardan dərhal sonra sabiq rəhbərə yaxın media resurslarında yumşaq tonlu, məsuliyyəti minimuma endirən yazılar yayımlandı. Bu isə ictimai rəyin yönləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Lakin rəsmi izahın olmaması iddiaların daha da böyüməsinə şərait yaradır.

Redaksiyamıza daxil olan məlumatlarda ən ciddi məqam qurum daxilində qərarvermə mexanizmlərinin şəxsi münasibətlər üzərindən formalaşmasıdır. İddialara görə, TƏBİB-də əsas idarəçilik rıçaqları sabiq rəhbərin yaxın çevrəsinin əlində cəmləşibmiş.

Əgər bu məlumatlar təsdiqini tapsa, söhbət sadəcə etik pozuntudan deyil, dövlət idarəçiliyində maraqlar toqquşmasından və vəzifə səlahiyyətlərindən sui-istifadədən gedə bilər. Bu isə artıq hüquqi müstəviyə çıxarıla biləcək məsələdir.

Digər diqqətçəkən məqam sabiq rəhbərin səhiyyə naziri postuna iddialı olması ilə bağlı yayılan informasiyadır. Qeyd edək ki, Azərbaycanda səhiyyə siyasətinin formalaşdırılmasına görə məsul qurum Səhiyyə Nazirliyidir.

TƏBİB isə icraedici funksiya daşıyır və İcbari Tibbi Sığorta sisteminin tətbiqində əsas rol oynayır.

Mənbələr bildirir ki, məsələ təkcə kadr dəyişikliyi ilə yekunlaşmaya bilər. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı iddia olunur. Söhbət maliyyə intizamı, satınalmalar, kadr təyinatları və struktur qərarlarının qanunauyğunluğundan gedir.

TƏBİB son illər milyardlarla manatlıq dövlət vəsaitinin dövriyyədə olduğu quruma çevrilib. Bu isə avtomatik olaraq şəffaflıq və hesabatlılıq məsələsini prioritetə çıxarır. Əgər audit və ya istintaq nəticəsində pozuntular aşkar edilərsə, cinayət işinin başlanması istisna deyil.

Hazırda ortada rəsmi ittiham yoxdur. Lakin fakt budur ki, səbəbsiz və izahsız uzaqlaşdırma dövlət idarəçiliyində nadir hallarda baş verir.

Bir məsələ aydındır ki, proses yeni başlayır. Və görünən odur ki, “bu xəmir” həqiqətən də çox su aparacaq.
Bugün, 12:00
Vüqar Qurbanovun həbsinə hazırlıq gedir
Bugün, 11:30
Bakıda torpaq sürüşməsi baş verib
Bugün, 11:00
Kilsədə partlayış: Yaralananlar var
Bugün, 10:30
Rusiyada xiyarın qiyməti narazılığa səbəb oldu
Bugün, 10:00
Vardanyan həbsinin 10 ilini ciddi rejimli müəssisədə çəkəcək
Bugün, 09:30
Telegramda 187 mindən çox kanal bloklandı
Bugün, 09:00
Çips paketlərində qurdlar var?
Dün, 18:00
Səidə Haqverdiyeva həbs oluna bilər
Dün, 17:30
Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi
Dün, 17:00
Rusiyada həbs edilmiş azərbaycanlı vəkil nə ilə məşhurdur? - DOSYE
Dün, 16:30
"Traktor"un baş məşqçisi istefa verib
Dün, 16:00
Ermənistanda körpələrə ən çox verilən oğlan və qız adı
Dün, 12:00
Vardanyana 20 illik həbs cəzası KƏSİLDİ
Dün, 11:30
"Torqovı"da bina yanır
Dün, 11:00
Eldar Əzizov icra başçısına TÖHMƏT VERDİ
Dün, 10:30
Sənədsiz evlərlə bağlı vacib xəbər: 15 günə çıxarış veriləcək
Dün, 10:00
Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird....
Dün, 09:30
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Dün, 09:00
Ramazan ayının təqvimi AÇIQLANDI
16-02-2026, 18:00
Azərbaycan bundan 3 milyard dollar qazanacaq - Deputat
16-02-2026, 17:30
Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?
16-02-2026, 17:00
Gəncədə tələbə qızlar xəstəxanaya yerləşdiriliblər
16-02-2026, 16:30
İftarın sevimlisi xurma təhlükəlidir - Həkim açıqladı
16-02-2026, 16:00
Bu ölkədə qızılca yayıldı
16-02-2026, 12:00
Sənin adın Ay orbitində dövrə vura bilər — qeydiyyat pulsuzdur
16-02-2026, 11:30
1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama
16-02-2026, 11:00
Azərbaycanın avtomobil bazarında kəskin dönüş