Evini satmaq istədi, başına gəlməyən qalmadı
Gündəm
Oxunub: 42
19 Şub 2026 | 09:30
Evini satmaq istədi, başına gəlməyən qalmadı
Sabunçu rayon sakini Gülnar İsmayılova bildirir ki, anasının müalicəsi üçün yaşadığı evi "Lalafo" elan saytında satışa çıxarıb. Lakin dələduzlarla üzləşib.

hedeftv.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, naməlum şəxslər onu aldadaraq evini əlindən alıb və pulunu mənimsəyiblər.

"Mənə yazdılar ki, gəlib evə baxmaq istəyirlər. Həmin gün axşam üç nəfər gəldi. Onlardan biri Feyzullayev Aslan, digərləri Qəmbərov Ticayət və Məmməd Rəhim idi. Evə baxdılar. Əvvəl razılığa gələ bilmədik və getdilər. Gecə Ticayət Qəmbərov mənə yazdı ki, vəziyyətimə baxıb, anamın ağır xəstə olduğunu, övladımın və maddi sıxıntılarımın olduğunu nəzərə alıblar. Dedi ki, Feyzullayev Aslan tərəfindən mənə təklif var, istəsəm, səhər gəlib danışa bilərlər.

Səhər gəldilər və mənə təklif etdilər ki, kirayəyə çıxım, onlar da evdə təmir işləri aparıb baha qiymətə satsınlar. Mən kirayəyə çıxdım. Anamın müalicəsinə başım qarışdı, iki ay keçdi. Sonra evimə baxmaq istədim, amma imkan vermədilər. Bəhanə etdilər ki, bələdiyyə sənədi olmadığı üçün kommunal məsələləri həll etməliyəm. Şübhələnsəm də, məcbur qalıb sənədlərə imza atdım ki, guya bələdiyyə sənədi alacaqlar. Sonradan məlum oldu ki, həmin sənədlə evimi satıblar. Mən bir imzanın qurbanı oldum", - Gülnar İsmayılova deyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin vətəndaşın ev satmaq vədi ilə aldadılaraq maddi vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə daxil olmuş müraciəti əsasında araşdırma aparılıb. Dələduzluq faktı üzrə başlanan cinayət işində təqsirləndirilən 1985-ci il təvəllüdlü Aslan Feyzullayev və 2003-cü il təvəllüdlü Orxan Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar. Cinayət işi üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Bugün, 12:00
Mal əti bahalaşıb
Bugün, 11:30
"Azərsilah"ın Şirvandakı zavodunda QƏZA
Bugün, 11:00
Ramazan münasibətilə məhbusları əfv etdilər
Bugün, 10:30
Respublika Neyrocərrahiyyə Xəstəxanasında xəstə əməliyyatdan sonra iflic olub
Bugün, 10:00
Polis valideynlərə çağırış etdi - VİDEO
Bugün, 09:30
Evini satmaq istədi, başına gəlməyən qalmadı
Bugün, 09:00
Ucarda məktəbdə yanğın - FOTO
Dün, 18:00
14 ədəd corab oğurladı, məhkəmə cəzalandırdı
Dün, 17:30
5 yaşlı uşaqlara 2-ci sinif proqramı: Erkən inkişaf, yoxsa erkən təzyiq?
Dün, 17:00
Kinematoqrafçılar İttifaqında GƏRGİNLİK: Xalq artistindən AÇIQLAMA
Dün, 16:30
Ütü yanığı dizaynlı köynək qiyməti ilə müzakirələrə səbəb oldu - FOTO
Dün, 16:00
Bu şəhər su altında qaldı
Dün, 12:00
Vüqar Qurbanovun həbsinə hazırlıq gedir
Dün, 11:30
Bakıda torpaq sürüşməsi baş verib
Dün, 11:00
Kilsədə partlayış: Yaralananlar var
Dün, 10:30
Rusiyada xiyarın qiyməti narazılığa səbəb oldu
Dün, 10:00
Vardanyan həbsinin 10 ilini ciddi rejimli müəssisədə çəkəcək
Dün, 09:30
Telegramda 187 mindən çox kanal bloklandı
Dün, 09:00
Çips paketlərində qurdlar var?
17-02-2026, 18:00
Səidə Haqverdiyeva həbs oluna bilər
17-02-2026, 17:30
Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi
17-02-2026, 17:00
Rusiyada həbs edilmiş azərbaycanlı vəkil nə ilə məşhurdur? - DOSYE
17-02-2026, 16:30
"Traktor"un baş məşqçisi istefa verib
17-02-2026, 16:00
Ermənistanda körpələrə ən çox verilən oğlan və qız adı
17-02-2026, 12:00
Vardanyana 20 illik həbs cəzası KƏSİLDİ
17-02-2026, 11:30
"Torqovı"da bina yanır
17-02-2026, 11:00
Eldar Əzizov icra başçısına TÖHMƏT VERDİ