Hərbçilərin tərxis olunması ilə bağlı qanun dəyişir
Gündəm
Oxunub: 59
23 Şub 2026 | 12:00
Hərbçilərin tərxis olunması ilə bağlı qanun dəyişir
Azərbaycanda bir sıra hərbçilərin həqiqi hərbi xidmət dövrünün başlanğıcı sayılacaq günlərlə bağlı dəyişiklik edilir.

hedeftv.az xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik təklif edilir.

Qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qeyd edilib ki, çağırışçılar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, bu, hərbi hissəyə göndərilmək üçün onların hərbi komissarlığa gəldikləri gündən sayılırdı.

Əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində isə bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər üçün müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün sayılırdı.

Dəyişikliyə görə, gizirlərin və miçmanların həqiqi hərbi xidmətində bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər üçün müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün sayılırdı.

Zabitlərin həqiqi hərbi xidmətində isə bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Bundan əlavə, ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi xidmətə çağırılması (qəbul olunması) barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qanun layihəsində, həmçinin, qeyd edilib ki, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə qəbul edilirlər. Bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların həqiqi hərbi xidmət keçəcəyi dövlət orqanlarının (qurumlarının) toplanış məntəqəsinə (hərbi hissələrə) aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxslər hərbi hissələrə göndərilməzdən əvvəl qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq həqiqi hərbi xidmət başa çatanadək və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

Bildirilib ki, müvafiq icra hakimiyyəti orqanının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının və kursantlarının şəxsiyyət vəsiqələri müvəqqəti alınaraq həmin qurumda saxlanılır.

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına hərbi bilet veriləcək.

Qüvvədə olan qanuna əsasən isə hərbi uçotda olmayan qadınlar üçün hərbi xidmətin başlanğıcı hərbi komissarlığın sərəncamında göstərilmiş yerə getmə günündən tez olmayaraq hərbi rütbə verilməsi haqqında əmr imza edilən gün sayılırdı.

Dəyişiklikdən öncə müddətli həqiqi hərbi xidmətə çağırılmış Azərbaycan vətəndaşlarının hərbi xidmətə göndərilməsi hərbi komissarlıq tərəfindən Respublika toplanış məntəqəsi (muxtar respublikanın toplanış məntəqəsi) vasitəsi ilə həyata keçirilirdi. Həqiqi hərbi xidmətə çağırılmış şəxsləri hərbi hissələrə göndərməzdən əvvəl rayon (şəhər) hərbi komissarlıqları müəyyən edilmiş qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirdilər.("Report")
Bugün, 12:00
Hərbçilərin tərxis olunması ilə bağlı qanun dəyişir
Bugün, 11:30
Millimiz sonuncu oyununa çıxır
Bugün, 11:00
Bakıda 53 yaşlı kişi qətlə yetirildi
Bugün, 10:30
Sumqayıtda 17 yaşlı qız binadan yıxılaraq öldü
Bugün, 10:00
Bakıda məşhur klinika 20 min manat cərimələndi - SƏBƏB
Bugün, 09:30
Peyvənd vurulan azyaşlı öldü
Bugün, 09:00
Günay Ağamalının köməkçisi işdən çıxdı
21-02-2026, 18:00
“AA” seriyalı avtomobilin sürücüsündən QANUNSUZLUQ - Dayanacaqda park ETDİ
21-02-2026, 17:30
Fuad Nəcəfli istintaqa cəlb edildi
21-02-2026, 17:00
Arif Babayevin muzeyi tikiləcək
21-02-2026, 16:30
Ordumuzun əsgəri vəfat etdi
21-02-2026, 16:00
Azərbaycan Qəzza üçün nə edə bilər? - Eks-nazir açıqladı
21-02-2026, 12:00
Polkovnikin vəzifədən çıxarılma səbəbi açıqlandı: əsgər ölümünə görə
21-02-2026, 11:30
İcra Hakimiyyətinin sabiq şöbə müdirinin həbs müddəti uzadıldı
21-02-2026, 11:00
Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi - Rütbəsi artırıldı
21-02-2026, 10:30
FHN-in iki əməkdaşını maşın vurub: biri ölüb - RƏSMİ
21-02-2026, 10:00
Mətbuat Şurasının sədri jurnalistlərə çağırış etdi
21-02-2026, 09:30
21 Fevral Beynəlxalq Ana Dili Günüdür
21-02-2026, 09:00
Prezident Naxçıvanla bağlı sərəncam verdi
20-02-2026, 18:00
Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir? - QİYMƏTLƏR
20-02-2026, 17:30
Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladı - VİDEO
20-02-2026, 17:00
Azərbaycanda 100 mindən çox yeni iş yeri açılıb
20-02-2026, 16:30
Nərimanın ABŞ klubuna qoşulmağı ləngiyə bilər
20-02-2026, 16:00
Şagirdlərin zəhərlənməsinə səbəb olan müəssisənin fəaliyyəti DAYANDIRILIB
20-02-2026, 12:00
“Fəslin əsl üzü bir həftədən sonra bilinəcək”
20-02-2026, 11:30
Azərbaycanda 92 yaşlı məşhur işə götürüldü
20-02-2026, 11:00
Azərbaycana qarşı hibrid hücumlar var - Rəsmi AÇIQLAMA