Qərbin tank qərarının pərdəarxası məqamları

Qərb liderləri ehtiyat edirlər ki, zaman Rusiyanın xeyrinə işləyə bilər.
Belə bir iddia ilə “Wall Street Journal” çıxış edib.
Bildirilib ki, Qərb liderlərinin taktikanı kəskin şəkildə dəyişmək və Kiyevə hərbi yardımı əhəmiyyətli dərəcədə artırmaq qərarının arxasında zamanın Rusiyanın xeyrinə işləyəcəyi ilə bağlı ehtiyatlılıq dayana bilər.
Nəşrin yazdığına görə, Qərb siyasətçiləri hesab edirlər ki, Ukrayna üçün imkanlar pəncərəsi sonsuz deyil və müharibənin gedişatını dəyişmək üçün Kiyevi mümkün qədər tez daha güclü silahlarla, o cümlədən döyüş tankları və hava hücumundan müdafiə sistemləri ilə təmin etmək lazımdır.
"Uzun müddət Qərbdə ümid edilirdi ki, sərt qışdan, hərbi itkilərdən və sanksiyalar səbəbindən iqtisadi vəziyyətin pisləşməsindən sonra Moskva münaqişəyə son qoymağa çalışacaq və sülh üçün imkanlar axtarmağa başlayacaq. Lakin, deyəsən, bu hesablama özünü doğrultmayıb. Rusiyanın Ukraynaya təcavüzünün başlamasının birinci ildönümü yaxınlaşır və Moskva verdiyi itkilərə və tətbiq olunan sanksiyalara baxmayaraq, görünür, Ukraynaya yeni hücuma keçmək niyyətindədir", - məqalədə qeyd olunub.
"İndi bir sıra Qərb liderləri hesab edir ki, səfərbər olmağa hazır olan Kreml uzunmüddətli hərbi münaqişə taktikasına sadiq qalaraq qalib gələ bilər. Ola bilsin ki, Kreml gözləyir ki, zaman keçdikcə Avropa və ABŞ əhalisi hökumətlərin Ukraynaya yardım göstərmək səylərinə getdikcə daha az həvəs göstərəcək. Bundan əlavə, bəzi ölkələrdə bu müddət ərzində liderlər və hökumətlər dəyişə bilər", - araşdırmada yazılıb.
Yazıda vurğulanıb ki, Qərb hələ Kremlin sanksiyalara görə münaqişəni azaltmaq barədə düşünəcəyinə dair heç bir əlamət görmür, həmçinin siyasətçilər başa düşür ki, Rusiyanın Qərb texnologiyasından istifadə etmədən silah istehsal etmək, eləcə də yeni səfərbərlik dalğası keçirmək üçün kifayət qədər resursu var.
Modern.az
Dün, 18:00
Azərbaycanda “Azərdovşansaxlayan” adlı QHT də var imiş
Dün, 17:30
Bu ölkənin 19 generalı ÖLDÜRÜLÜB
Dün, 17:00
Ən çox şikayət olunan internet provayderlər
Dün, 16:30
Prezident deputatla bağlı sərəncam İMZALADI
Dün, 16:00
Naxçıvanda evlənənlərin yarıdan çoxu BOŞANIB
Dün, 15:30
Bakı-Tehran reysi ləğv edildi - RƏSMİ
Dün, 15:30
Bakıda mənzildə meyit tapıldı
Dün, 11:00
İranda internet 12 saatdır kəsilib
Dün, 10:30
Pensiyalar gecikəcək
Dün, 10:00
Azərbaycanda kağız formada diplomlar verilməyəcək
Dün, 09:30
İrandan vaxtı keçmiş yağlar gətirilir - Üzərindəki yazılardan isə heçnə başa düşmək olmur - AÇIQLAMA
Dün, 09:00
"BakıKart" ləğv olunur? - AÇIQLAMA
8-01-2026, 18:00
Sabah qar yağacaq
8-01-2026, 17:30
Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
8-01-2026, 17:00
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
8-01-2026, 16:30
Dünən "Tərəqqi" medalı ilə təltif olunan Sevinc Kərimova vəfat etdi
8-01-2026, 16:00
Elşad Xose həbs edildi
8-01-2026, 15:30
"Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb”
8-01-2026, 15:00
Bu ailələrə 600 manat veriləcək
8-01-2026, 11:00
Prezident Külək Elektrik Stansiyasının açılış tədbirində çıxış edib
8-01-2026, 10:30
Dövlət Agentliyində sədr təyinatı: Hasil Abbasov kimdir? - DOSYE
8-01-2026, 10:00
Qalada maşın aşdı - Ölən var
8-01-2026, 09:30
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edildi
8-01-2026, 09:00
Cəbrayıl və Füzulidə yanğın - Kəndlərə yayılır
7-01-2026, 18:00
Yumurta satışına qoyulan limitin səbəbi bilindi: Artım olmayacaq
7-01-2026, 17:30
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edir - FOTO - YENİLƏNİB
7-01-2026, 17:00
Qəbələdə İcra Hakimiyyətindəki şok əlbəyaxa davanın yeni təfərrüatları -“Məni boğdular, sonra həbs etdilər”