Yumurta satışına qoyulan limitin səbəbi bilindi: Artım olmayacaq
Son günlərdə sosial şəbəkələrdə böyük supermarketlədən birində yumurta satışına məhdudiyyət qoyulması ilə bağlı fotolar yayılmaqdadır.hedeftv.az xəbər verir ki, alıcılara yumurtanın limitlə satıldığını göstərən məlumat vərəqəsi yerləşdirilib.
Bir nəfərə 30 ədəddən artıq yumurtanın satılmadığı bildirilir. Bu da bazrda yumurta qıtlığının yaranıb-yaranmaması ilə bağlı suallar doğruub.
“Bravo” marketlər şəbəkəsindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu hansısa qıtlıqla əlaqəli deyil:
“Bazarda yumurtanın münasib qiymətlərlə satışı BRAVO tərəfindən təmin edildiyindən bəzi hallarda kütləvi alışlar müşahidə olunur ki, bu da digər müştərilərimizin məhsulu əldə etməsinə çətinlik yarada bilir. Münasib qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilərimiz üçün əlçatan olması məqsədilə, kütləvi və topdan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib. Bu yanaşma sayəsində məhsullarımızı müştərilərimiz rahatlıqla əldə edə bilir və mağazalarımızda məhsul davamlılığı qorunur. Bu addım məhsul davamlılığını qorumağa və müştərilərimizin ehtiyaclarını tam qarşılamağa xidmət edir. Məqsədimiz münasib qiymətli məhsulların hər kəs üçün əlçatan olmasını təmin etmək və alış-verişini daha rahat etməkdir”,- deyə açıqlamada bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İctimaiyyətlə əlaqələr və analitika departamentindən Ölkə.Az-ın sorğusuna cavab olaraq ölkədə yumurta istehsalının tələbatdan çox olduğu bildirilib:
“Son günlər sosial şəbəkələrdə və bir sıra İnternet resurslarında “Bravo” marketdə yumurta satışına limit qoyulduğuna dair məlumat və fotolar paylaşılır. Bu paylaşımlar Azərbaycanda süfrə yumurtası qıtlığının yaranmasına dair rəy formalaşdırır. Bunu nəzərə alaraq Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxraxcatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirir ki, ölkədə yumurta təminatı sahəsində hər hansı çatışmazlıq yoxdur.
Biz o foto ilə bağlı araşdırma apardıq. “Bravo” marketlər şəbəkəsi bayram ərəfəsində yumurta qiymətlərinə endirim tətbiq edib, satış sayına məhdudiyyət qoyub. Bu, marketinqdə geniş tətbiq olunan təcrübədir. Satış şəbəkəsi bir malın qiymətini endirməklə yanaşı, onun bir nəfərə satış həcminə də məhdudiyyət tətbiq edir.
Azərbaycanın quşçuluq təsərrüfatları hazırda ölkənin tələbatından da artıq yumurta istehsal edirlər. Hazırda ölkədə süfrə yumurtasına olan gündəlik tələbat 4,7-4,8 milyon ədəd təşkil edir. İstehsal isə 5-5,2 milyon ədəd arasındadır. Yəni gündəlik istehsal tələbatı üstələyir, hər hansı qıtlıqdan söhbət belə gedə bilməz”.
Sorğumuza cavab olaraq həmçinin yumurta satışında qiymət artımının gözlənilmədiyi bildirilib.
Bugün, 18:00
Sabah qar yağacaq
Bugün, 17:30
Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
Bugün, 17:00
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
Bugün, 16:30
Dünən "Tərəqqi" medalı ilə təltif olunan Sevinc Kərimova vəfat etdi
Bugün, 16:00
Elşad Xose həbs edildi
Bugün, 15:30
"Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb”
Bugün, 15:00
Bu ailələrə 600 manat veriləcək
Bugün, 11:00
Prezident Külək Elektrik Stansiyasının açılış tədbirində çıxış edib
Bugün, 10:30
Dövlət Agentliyində sədr təyinatı: Hasil Abbasov kimdir? - DOSYE
Bugün, 10:00
Qalada maşın aşdı - Ölən var
Bugün, 09:30
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edildi
Bugün, 09:00
Cəbrayıl və Füzulidə yanğın - Kəndlərə yayılır
Dün, 18:00
Yumurta satışına qoyulan limitin səbəbi bilindi: Artım olmayacaq
Dün, 17:30
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edir - FOTO - YENİLƏNİB
Dün, 17:00
Qəbələdə İcra Hakimiyyətindəki şok əlbəyaxa davanın yeni təfərrüatları -“Məni boğdular, sonra həbs etdilər”
Dün, 16:30
Yeni vəzifəyə təyin olunan XANIM KİMDİR? - FOTO
Dün, 16:00
Bastrıkin təyyarə qəzasını ört-basdır edir - İstintaq Komitəsi Putini inkar edir
Dün, 15:30
Azərbaycanda “kitayski” tabutlar – 8 min rəqəminin SİRRİ
Dün, 15:00
Məzar daşını sındıran şəxs həbs edildi
Dün, 11:00
Qış turizminin “əriyən” problemləri
Dün, 10:30
Azərbaycanda pul bazası 7.4% ARTIB
Dün, 10:00
DYP sürücülərə çağırış etdi
Dün, 09:30
Peyvənddən sonra qəfil ölüm: Orqanizmin gözlənilməz allergik reaksiyası
Dün, 09:00
Bakıda "it kabusu": Bir ayda 65 nəfər xəsarət alıb
6-01-2026, 18:00
Temperatur yüksələcək - Sabahın hava proqnozu
6-01-2026, 17:30
2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində ölüb
6-01-2026, 17:00
Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini ziyarət edib