Stomatoloqlar TƏBİB-in qərarına etiraz edir - FOTO - YENİLƏNİB
TƏBİB Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqların etirazına münasibət bildirib.hedeftv.az xəbər verir ki, TƏBİB-dən APA-ya bildirilib ki, stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir.
Qeyd edilib ki, təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib: “Eyni zamanda, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərib ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranıb. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir”.
Bugün, 18:00
Sabah qar yağacaq
Bugün, 17:30
Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
Bugün, 17:00
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
Bugün, 16:30
Dünən "Tərəqqi" medalı ilə təltif olunan Sevinc Kərimova vəfat etdi
Bugün, 16:00
Elşad Xose həbs edildi
Bugün, 15:30
"Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb”
Bugün, 15:00
Bu ailələrə 600 manat veriləcək
Bugün, 11:00
Prezident Külək Elektrik Stansiyasının açılış tədbirində çıxış edib
Bugün, 10:30
Dövlət Agentliyində sədr təyinatı: Hasil Abbasov kimdir? - DOSYE
Bugün, 10:00
Qalada maşın aşdı - Ölən var
Bugün, 09:30
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edildi
Bugün, 09:00
Cəbrayıl və Füzulidə yanğın - Kəndlərə yayılır
Dün, 18:00
Yumurta satışına qoyulan limitin səbəbi bilindi: Artım olmayacaq
Dün, 17:30
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edir - FOTO - YENİLƏNİB
Dün, 17:00
Qəbələdə İcra Hakimiyyətindəki şok əlbəyaxa davanın yeni təfərrüatları -“Məni boğdular, sonra həbs etdilər”
Dün, 16:30
Yeni vəzifəyə təyin olunan XANIM KİMDİR? - FOTO
Dün, 16:00
Bastrıkin təyyarə qəzasını ört-basdır edir - İstintaq Komitəsi Putini inkar edir
Dün, 15:30
Azərbaycanda “kitayski” tabutlar – 8 min rəqəminin SİRRİ
Dün, 15:00
Məzar daşını sındıran şəxs həbs edildi
Dün, 11:00
Qış turizminin “əriyən” problemləri
Dün, 10:30
Azərbaycanda pul bazası 7.4% ARTIB
Dün, 10:00
DYP sürücülərə çağırış etdi
Dün, 09:30
Peyvənddən sonra qəfil ölüm: Orqanizmin gözlənilməz allergik reaksiyası
Dün, 09:00
Bakıda "it kabusu": Bir ayda 65 nəfər xəsarət alıb
6-01-2026, 18:00
Temperatur yüksələcək - Sabahın hava proqnozu
6-01-2026, 17:30
2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində ölüb
6-01-2026, 17:00
Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini ziyarət edib