Qəbələdə İcra Hakimiyyətindəki şok əlbəyaxa davanın yeni təfərrüatları -“Məni boğdular, sonra həbs etdilər”
Qəbələ Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı baş vermiş insidentlə bağlı yeni və diqqətçəkən detallar üzə çıxıb. Ötən ilin dekabrında bu hadisə barədə məlumat yayaraq, icra başçısının müavini Arif Allahverdiyev ilə mübahisə edən kənd sakininin inzibati məsuliyyətə cəlb edildiyini bildirmişdik.Həmin şəxs – 10 sutkalıq inzibati həbs cəzası almış Soltannuxa kənd sakini İqrar Əhmədov baş verənlərlə bağlı “Yeni Müsavat” qəzetinə müraciət edərək, hadisənin pərdəarxası məqamlarını açıqlayıb. İ.Əhmədovun sözlərinə görə, insident 2025-ci il dekabrın 5-də Qəbələ Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı baş verib. O, qəbulda icra başçısının müavini Arif Allahverdiyevə müraciət edərək, Peşə Təhsil Mərkəzindəki işindən çıxarılmasının səbəblərini soruşub:
“Ali təhsilli adamam, amma Peşə Təhsil Mərkəzində yataqxana növbətçisi işləyirdim. Onu da mənə çox gördülər. Qəbulda sual verdim ki, mənim hüquqlarım niyə pozulur və hansı əsasla işdən çıxarılıram”.
İ.Əhmədov bildirir ki, qəbul zamanı otaqda icra başçısının müavini Arif Allahverdiyev və ümumi şöbənin müdiri Fuad Zəkərriyəyev olub. O, icra başçısı ilə görüşmək və işinə bərpa olunmaq istədiyini deyəndən sonra mübahisə yaranıb: “Arif Allahverdiyev dedi ki, icra başçısı mənimlə görüşməyəcək. Bundan sonra qəfil üstümə gəldi və məni boğmağa başladı. Otaqda üçümüzdən başqa heç kim yox idi. Məni qapıya dirəyib ‘Nə istəyirsən?’ deyə boğurdu. Fuad Zəkərriyəyev müdaxilə edərək məni onun əlindən aldı”.
İ.Əhmədov qeyd edib ki, hipertoniyadan əziyyət çəkdiyi üçün dərhal dərman qəbul edib və xəstəxanaya müraciət edib: "Xəstəxanada Səməd adlı həkim məni müayinə etdi, boğazımda barmaq izlərinin olduğunu dedi, sıxılma aşkarlandı və ağrıkəsici iynə vuruldu. Daha sonra evə buraxıldım".
Şikayətçinin sözlərinə görə, bundan sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib və dekabrın 9-dan 19-dək 10 sutkalıq inzibati həbs cəzası verilib: “Mən iş istəmək üçün getmişdim, nəticədə həbs olundum. Bu həbsi təşkil edən icra başçısı Səbuhi Abdullayev olub. Heç bir araşdırma aparılmadan, ortada videogörüntü və ya səs yazısı olmadan mənə cəza verdilər. Buna görə də ittihamı əsassız saydım və protokola imza atmadım”.
İ.Əhmədov bildirir ki, məhkəmə qərarı ona vaxtında təqdim olunmadığı üçün apellyasiya şikayəti də verə bilməyib:
“Məhkəmənin qərarını yalnız yanvarın 3-də ala bildim. Vaxtında təqdim edilmədiyindən şikayət vermək imkanım olmadı. 57 yaşımda haqsızlığın qurbanı oldum. İndi də qorxuram ki, məni yenidən şərləyib həbs etdirməsinlər”.
İ.Əhmədov həmçinin 2014-cü ildə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq) ilə 8 il müddətinə azadlıqdan məhrum edilməsindən və icra başçısı ilə münasibətlərinin gərginləşməsindən də danışıb. Onun sözlərinə görə, “AzVirt” MMC-də kadrlar üzrə müfəttiş işlədiyi dövrdə fəhlələrin hüquqlarının pozulmasına etiraz edib və bu, icra başçısı ilə münasibətlərinin korlanmasına səbəb olub.
“2012-ci ilin aprelində icra başçısı və o vaxtkı baş prokuror Məqsəd Orucovun qəbulunda oldum. Bildirdim ki, özəl şirkətdə işləyirəm, amma heç bir əsas olmadan icra başçısının göstərişi ilə işdən çıxarılıram. Qəbələdə yol tikintisi zamanı baş verən yeyintilərə etiraz etməyim də sonradan həbsimin əsas səbəblərindən biri oldu”.
İ.Əhmədov deyir ki, ilk həbsi keçmiş deputat Ayaz Orucovla mülk mübahisəsi fonunda baş verib: “Mülki mübahisəni cinayət işinə çevirdilər. İki instansiyada qalib gəlmişdim, üçüncüdə isə 8 il həbs cəzası verdilər. 5 il həbs yatdım. 2017-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə maddə ağır cinayətdən yüngül cinayət kateqoriyasına keçirildi, məhkumluğum ödənildi və bütün hüquqi məhdudiyyətlər aradan qaldırıldı”.
Onun sözlərinə görə, həbsdən sonra iş tapmaqda ciddi çətinliklərlə üzləşib və yalnız 2022-ci ildə Peşə Təhsil Mərkəzində işə düzələ bilib. Lakin sonradan gecə növbətçiliyinə keçirilib və ötən ilin may ayında bu işindən də azad olunub: “Əsas səbəb ötən ilin yanvarında keçirilən bələdiyyə seçkilərinə qatılmağım idi. Məni bu qərardan çəkindirmək üçün müxtəlif təzyiqlər göstərildi, hətta rüşvət də təklif olundu. Qorxurdular ki, meşə və dövlət torpaqlarının qanunsuz satılması məsələlərini araşdıraram. Nəticədə icra başçısı məni son iş yerimdən də çıxartdırdı”.
Bugün, 18:00
Sabah qar yağacaq
Bugün, 17:30
Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
Bugün, 17:00
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
Bugün, 16:30
Dünən "Tərəqqi" medalı ilə təltif olunan Sevinc Kərimova vəfat etdi
Bugün, 16:00
Elşad Xose həbs edildi
Bugün, 15:30
"Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb”
Bugün, 15:00
Bu ailələrə 600 manat veriləcək
Bugün, 11:00
Prezident Külək Elektrik Stansiyasının açılış tədbirində çıxış edib
Bugün, 10:30
Dövlət Agentliyində sədr təyinatı: Hasil Abbasov kimdir? - DOSYE
Bugün, 10:00
Qalada maşın aşdı - Ölən var
Bugün, 09:30
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edildi
Bugün, 09:00
Cəbrayıl və Füzulidə yanğın - Kəndlərə yayılır
Dün, 18:00
Yumurta satışına qoyulan limitin səbəbi bilindi: Artım olmayacaq
Dün, 17:30
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edir - FOTO - YENİLƏNİB
Dün, 17:00
Qəbələdə İcra Hakimiyyətindəki şok əlbəyaxa davanın yeni təfərrüatları -“Məni boğdular, sonra həbs etdilər”
Dün, 16:30
Yeni vəzifəyə təyin olunan XANIM KİMDİR? - FOTO
Dün, 16:00
Bastrıkin təyyarə qəzasını ört-basdır edir - İstintaq Komitəsi Putini inkar edir
Dün, 15:30
Azərbaycanda “kitayski” tabutlar – 8 min rəqəminin SİRRİ
Dün, 15:00
Məzar daşını sındıran şəxs həbs edildi
Dün, 11:00
Qış turizminin “əriyən” problemləri
Dün, 10:30
Azərbaycanda pul bazası 7.4% ARTIB
Dün, 10:00
DYP sürücülərə çağırış etdi
Dün, 09:30
Peyvənddən sonra qəfil ölüm: Orqanizmin gözlənilməz allergik reaksiyası
Dün, 09:00
Bakıda "it kabusu": Bir ayda 65 nəfər xəsarət alıb
6-01-2026, 18:00
Temperatur yüksələcək - Sabahın hava proqnozu
6-01-2026, 17:30
2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində ölüb
6-01-2026, 17:00
Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini ziyarət edib