Şuşada türk şöləni...
Gündəm / Bölgə
Oxunub: 305
2 Haz 2023 | 14:45
Şuşada türk şöləni...

Şuşa.. 2023-cü il, 1 iyun...

O gün dağlardan boylanan günəş Şuşanın tarixi məkanında qurulmuş ağ çadırı öz isti qucağına aldı. Bir neçə saat sonra burada qurulan və türkün tarixi identiklik simvolu olan çadırlarda türk dünyasının 5 ölkəsindən gəlmiş uşaqlar öz rəqslərini nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan Şuşaya təşrif buyurmuş 150-dən çox uşaq həm Şuşanı, Cıdır düzünü seyr edir, həm də rəşadətli Azərbaycan əsgərlərinin Şuşa qalasının fəth hekayəsini dinləyirdilər.

Qazaxıstandan gəlmiş 10 yaşlı Sadat Nur, Turbek Öser Şuşa qalası ilə bağlı təəssüratlarını elə heyranlıqla təsvir edirdilər ki...

Və saat 11:15. Beynəlxalq Uşaq Festivalı başladı... Azərbaycanlı uşaqların “Qaytağı” rəqsi, türk çocuqların “Fethiye” yörəsinə qarışdı, qazax uşaqlarının “Baldırqan” rəqsi tamaşaçılarda bənzərsiz hisslər yaratdı, qırğız uşaqlarının “Temir komuz”, özbək uşaqlarının “Assalom” rəqsləri auditoryanı çoşdurdu.
Şuşada türk şöləni...

Uşaqlar o qədər enerjili və sevincli idilər ki, bunu görmək üçün onlarla birgə olmaq lazım idi.

Şuşa da türk ölkələrinin uşaqlarını öz ağuşuna aldığı üçün çox sevinirdi. Şuşanın təbiəti də bütün əhval-ruhiyyəsini doğma qonaqlarına göstərmək istəyirdi sanki - yağışı, dolusu, şimşəyi, günəşi ilə.

Bu tədbirin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi təpədən dırnağa türk şəhəri olan Şuşanın türk şöləni ilə süstlənməsi idi. Bu torpaqdan pərvazlanan Üzeyir bəyin Hacıbəylinin, Firudin bəy Köçərlinin, Əhməd bəy Ağaoğlunun ruhları göylərdə bərqərar idi. Həm də bu tədbirin ulu öndər Heydər Əliyevə ithaf olunması ayrı bir ruh yaradırdı.
Şuşada türk şöləni...

Şuşanın iki gün ərzində türk ölkələrinin uşaqlarına ev sahibliyi etməsi yəqin ki, onların yaddaşlarında əbədi qalacaq.

Özü də Şuşada türk şöləni kimi..
Şuşada türk şöləni...
Dün, 18:00
Azərbaycanda “Azərdovşansaxlayan” adlı QHT də var imiş
Dün, 17:30
Bu ölkənin 19 generalı ÖLDÜRÜLÜB
Dün, 17:00
Ən çox şikayət olunan internet provayderlər
Dün, 16:30
Prezident deputatla bağlı sərəncam İMZALADI
Dün, 16:00
Naxçıvanda evlənənlərin yarıdan çoxu BOŞANIB
Dün, 15:30
Bakı-Tehran reysi ləğv edildi - RƏSMİ
Dün, 15:30
Bakıda mənzildə meyit tapıldı
Dün, 11:00
İranda internet 12 saatdır kəsilib
Dün, 10:30
Pensiyalar gecikəcək
Dün, 10:00
Azərbaycanda kağız formada diplomlar verilməyəcək
Dün, 09:30
İrandan vaxtı keçmiş yağlar gətirilir - Üzərindəki yazılardan isə heçnə başa düşmək olmur - AÇIQLAMA
Dün, 09:00
"BakıKart" ləğv olunur? - AÇIQLAMA
8-01-2026, 18:00
Sabah qar yağacaq
8-01-2026, 17:30
Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
8-01-2026, 17:00
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
8-01-2026, 16:30
Dünən "Tərəqqi" medalı ilə təltif olunan Sevinc Kərimova vəfat etdi
8-01-2026, 16:00
Elşad Xose həbs edildi
8-01-2026, 15:30
"Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb”
8-01-2026, 15:00
Bu ailələrə 600 manat veriləcək
8-01-2026, 11:00
Prezident Külək Elektrik Stansiyasının açılış tədbirində çıxış edib
8-01-2026, 10:30
Dövlət Agentliyində sədr təyinatı: Hasil Abbasov kimdir? - DOSYE
8-01-2026, 10:00
Qalada maşın aşdı - Ölən var
8-01-2026, 09:30
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edildi
8-01-2026, 09:00
Cəbrayıl və Füzulidə yanğın - Kəndlərə yayılır
7-01-2026, 18:00
Yumurta satışına qoyulan limitin səbəbi bilindi: Artım olmayacaq
7-01-2026, 17:30
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edir - FOTO - YENİLƏNİB
7-01-2026, 17:00
Qəbələdə İcra Hakimiyyətindəki şok əlbəyaxa davanın yeni təfərrüatları -“Məni boğdular, sonra həbs etdilər”