Ramiz Mehdiyevin qardaşı oğlu həbs ediləcək? - YENİ İDDİA
Siyasət
Oxunub: 73
1 Ara 2025 | 12:00
Ramiz Mehdiyevin qardaşı oğlu həbs ediləcək? - YENİ İDDİA

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi ölkənin əsas ictimai-siyasi gündəminə çevrilib.

Vaxtilə “boz kardinal” kimi tanınan Mehdiyev hazırda dövlətə qarşı ağır ittihamlarla üz-üzədir. Bu prosesin diqqətçəkən tərəfi yalnız onun özü ilə məhdudlaşmır, ailə üzvləri və yaxın qohumları da araşdırmalara cəlb edilib.

hedeftv.az-ın məlumatına görə, bu barədə “haqqin.az” saytında dərc edilən məqalədə bildirilib. Məqalədə qeyd olunur ki, dövlət strukturlarında uzun illər yüksək vəzifələr tutmuş, adı saysız-hesabsız korrupsiya iddialarında hallanan gömrük generalı Telman Hüseynqulu oğlu Mehdiyev də onun qohumu kimi təqdim edilir.

General Ramiz Mehdiyevin “qohumu” kimi təqdim edilsə də, açıq mənbələrdə onların ailə bağları təsdiqlənmir. Hətta bəzi iddialara görə, Ramiz Mehdiyev uşaqlıq illərini Naxçıvanda başqa ailədə keçirib və onun bioloji qohumları barədə ziddiyyətli məlumatlar mövcuddur.

Telman Mehdiyev Azərbaycan gömrük sistemində uzun illər yüksək postlarda çalışıb. 2021-ci ildə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. O, 2022-ci ilə qədər Dövlət Gömrük Komitəsinin Enerji resursları və dəniz nəqliyyatı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Bu idarə dəniz daşımaları və neft ticarəti ilə bağlı strateji yüklərə nəzarət edən qurumlardan biridir. İddialara görə, o, bəzi hallarda birbaşa Ramiz Mehdiyevdən göstəriş alaraq biznesmenlərə qarşı cinayət işləri açıb və təzyiq mexanizmlərində xüsusi rol oynayıb.

2022-ci ilin əvvəlində o dövrdə DGK-nın sədri olmuş Səfər Mehdiyevin əmri ilə Telman Mehdiyev bu vəzifədən azad edilərək Qərb Baş Gömrük İdarəsinin rəisi təyin edildi. Həmin dövr ölkədə Ramiz Mehdiyevin ətrafında artan qalmaqallar, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyindən onun istefasına gətirib çıxaran ictimai təzyiqlərlə yadda qaldı. Qərb gömrüyü isə Azərbaycan-Gürcüstan sərhədindəki ticarət və tranzit axınlarına nəzarət edən ən vacib strukturlardan biridir.

Lakin bu vəzifə uzun sürmədi. Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra Telman Mehdiyev də 2023-cü ilin yanvarında “pensiya yaşı” ilə əlaqədar istefaya göndərildi. Ekspertlər bunu “himayəçisiz qalan” generalın sistemdən “səssiz şəkildə uzaqlaşdırılması” kimi dəyərləndirirdilər.

Təlman Mehdiyev barədə mediada daha bir diqqətçəkən iddia onun “EuroHome” ticarət mərkəzinin gizli sahibi olmasıdır. 2020-ci ildə müəmmalı şəkildə yanaraq külə dönmüş bu obyektin arxasında generalın dayandığı iddia edilsə də, o, öz açıqlamalarında bu məlumatları qəti şəkildə təkzib etmişdi.

Son günlər isə Təlman Mehdiyevin adı yenidən gündəmə gəlib. “Ramiz Mehdiyev işi” çərçivəsində mümkün həbs olunacağı iddia edilən şəxslərin siyahısında onun da adının hallandırıldığı deyilir.
Bugün, 18:00
Azərbaycanda icra hakimiyyətində 43 nəfər işdən çıxarıldı
Bugün, 17:30
Toyda çəkilən bu tip videoları internetdə paylaşmaq hüquqazidd hesab ediləcək - QƏRAR
Bugün, 17:00
Azərbaycanda 4 barmağı olmayan gənc əsgər aparılıb? – Qurumlardan AÇIQLAMA
Bugün, 16:30
Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq - YENİLİK
Bugün, 16:00
Səhiyyə Nazirliyindən xəbərdarlıq: ödəniş tələbi qanunsuzdur
Bugün, 12:00
Milli Məclisin sabiq deputatı VƏFAT ETDİ
Bugün, 11:30
Qiyməti "od tutub yanan" uşaq qidaları: Yerli istehsal çıxış yolu ola bilərmi? - VİDEO
Bugün, 11:00
Müşfiq Abbasov həbs edildi
Bugün, 10:30
Alim Qasımov Bakıda zavod açdı
Bugün, 10:00
Ukraynada məktəblər distant təhsilə keçirilir
Bugün, 09:30
Bakıda lombard qalmaqalı: 117 nəfər zərərçəkən
Bugün, 09:00
Bu gün Novruzun ilk çərşənbəsidir
Dün, 18:00
Peyvənddən sonra körpənin ölümü – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ
Dün, 17:30
Azərbaycanda bu şəxslərə pulsuz avtomobil VERİLƏCƏK
Dün, 17:00
Mafiya liderinin oğlunu qaçırdılar: buraxılması üçün 10 milyon TƏLƏBİ - VİDEO
Dün, 16:30
Epşteynin qaranlıq arxivləri tapıldı: 6 gizli anbarda şok sübutlar gizlədilib
Dün, 16:00
Çox adam bilmir: restoranlar müştəriləri aldadırmış - DİQQƏT!
Dün, 12:00
Hərbçilərin tərxis olunması ilə bağlı qanun dəyişir
Dün, 11:30
Millimiz sonuncu oyununa çıxır
Dün, 11:00
Bakıda 53 yaşlı kişi qətlə yetirildi
Dün, 10:30
Sumqayıtda 17 yaşlı qız binadan yıxılaraq öldü
Dün, 10:00
Bakıda məşhur klinika 20 min manat cərimələndi - SƏBƏB
Dün, 09:30
Peyvənd vurulan azyaşlı öldü
Dün, 09:00
Günay Ağamalının köməkçisi işdən çıxdı
21-02-2026, 18:00
“AA” seriyalı avtomobilin sürücüsündən QANUNSUZLUQ - Dayanacaqda park ETDİ
21-02-2026, 17:30
Fuad Nəcəfli istintaqa cəlb edildi
21-02-2026, 17:00
Arif Babayevin muzeyi tikiləcək