Bu gün Xalq artisti Nəcibə Məlikovanın anım günüdür
Sosial
Oxunub: 170
27 Tem 2023 | 08:42
Bu gün Xalq artisti Nəcibə Məlikovanın anım günüdür

Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikova yaratdığı bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı sevgisi qazanıb.

Bu gün Azərbaycanın Xalq artisti Nəcibə Məlikovanın vəfatından 31 il ötür. Əvvəlcə kino aktrisası kimi şöhrət qazanmış sənətkarın yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlıdır.

Kino tariximizdə bir-birindən bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib.

Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.

Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.

Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Məqaləyə dair fotomateriallar:
Bu gün Xalq artisti Nəcibə Məlikovanın anım günüdür

AZƏRTAC
Bugün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Bugün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Bugün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Bugün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Bugün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Bugün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Bugün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Bugün, 11:00
Qarabağ qazisi vəfat edib
Bugün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Bugün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Bugün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Bugün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO