SAYCA 9-CU, KEYFİYYƏTDƏ 1-Cİ MƏKTƏB
Köçkün rayonların təhsil müəssisələrindəki işi bəzən "səhra cərrahiyyəsi" ilə müqayisə edirdilər. Belə bir stereotip yaranmışdı ki, rəhbərlikedici orqanlar belə məktəblərdəki bəzi neqativ halları, xüsusən də dərsə davamiyyət məsələsindəki nöqsanları görməzdən gəlir, necə deyərlər, "yola verirlər". Amma Kəlbəcər 9 saylı tam orta məktəbdə vəziyyət başqa cürdür. Burada öyrədənlərin də, öyrənənlərin də aparılan işin arzuolunan nəticəni verəcəyinə inam böyükdür.
Məmmədov Məmməd Əli oğlu 1962-ci il təvəllüdlüdür. 1969-cu ildə Kəlbəcər rayonu 1 nömrəli məktəbin birinci sinifina getmiş, 1979-cu ildə orta təhsilini başa vurmuşdur. 1981-ci ildən 1983-cü ilədək hərbi xidmətdə olmuşdur. 1983-cü ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika fakültəsinə qəbul olmuş, 1988-ci ildə həmin universiteti bitirmişdir. 1993-cü ildən 9 nömrəli məktəbin direktoru vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.
Direktor öz fəaliyyətini Azərbaycan Respublikasının təhsil sahəsindəki dövlət siyasəti, dövlət proqramı əsasında həyata keçirir. O, öz işinin təşkilində dövlət proqramından irəli gələn prinsipləri əsas götürür. Gəncədə, Yeni qəsəbədə yerləşən və fəaliyyət göstərən məktəbdə standartlar hazırlanarkən və bu standartların həyata keçirilmə prosesində dövlət proqramından irəli gələn prinsiplər daim nəzərdə saxlanılır.
Hər il keçirilən bilik yarışları və viktorinalarda, Təhsil Nazirliyinin xətti ilə keçirilən fənn olimpiadalarında, inşa müsabiqələrində məktəbin şagirdləri həvəslə iştirak edir və uğur qazanırlar. Hər bir şagirdin qazandığı uğur müəllimin ürəyini qürur hissi ilə doldurur. Məktəbin şagirdlərinin sorağı respublikanın müxtəlif ali məktəblərindən gəlir. Hər il məzunların böyük əksəriyyəti yüksək balla ölkənin və xarici dövlətlərin ali məktəblərinə qəbul olunur.
Təsadüfi deyildir ki, Məmməd Məmmədovun fəaliyyəti rayon rəhbərliyi, təhsil ictimaiyyəti tərəfindən təqdir olunur. Müxtəlif dövlət qurumları və ictimai təşkilatlar tərəfindən ona verilmiş fəxri diplomlar da bu həqiqəti təsdiqləyir. Pedaqoji sahədəki fəaliyyəti, dövlətçiliyimizə xidmətləri dəfələrlə ən müxtəlif səviyyələrdə qiymətləndirilib.
Məmməd müəllim yetərincə təcrübəyə malik olmasına baxmayaraq, vaxtaşırı təhsil sahəsinə aid hüquqi və normativ sənədlərdə aparılan dəyişiklikləri öyrənir və öz işlərini bu prinsiplərə uygun təşkil edir. Rəhbərlik etdiyi kollektivi ölkəmizdə gedən təhsil islahatları prosesi ilə yaxından tanış edir, təhsil islahatlarının mahiyyətlərini açıqlayır, müəllimləri köhnə metod və ənənələrdən əl çəkməyə sövq edir, onları yeni düşüncə tərzinə alışdırır, bir sözlə, kollektivdə yenilik ab- havası yaratmaga nail olur. Bu məqsədlə məktəbin fəal və bu işə yaxından bələd olan təcrübəli müəllimlərinin köməyi ilə məktəbdaxili treninqlər, kurslar təşkil edir. Odur ki, kollektivin üzvlərinin hamısı yeni təlim üsullarına yaxından bələddir.
Məmməd müəllim onunla çiyin-çiyinə çalışan həmkarlarına dərsi şagirdlərə uyğun aparmağı tövsiyə edir, sinif daxilində müsbət mühitin, əhval-ruhiyənin yaradılmasını təmi etməyi məsləhət görür. Tapşırır ki, şagirdlərin əldə etdikləri nailiyyətləri düzgün qiymətləndirsinlər, valideynləri şagirdlərin nailiyyətləri barədə məlumatlandırsınlar, yoldaşalarından geri qalan və ya onları ötüb keçən şagirdləri, həmçinin, təhsildə xüsusi diqqətə ehtiyacı olan şagirdləri müəyyən edərək dəstəkləsinlər, onlarda özünənəzarət prinsiplərini inkişaf etdirsinlər.
M.Məmmədov pedaqoji ictimaiyyət, ümumiyyətlə, onu tanıyan hamı tərəfindən olduqca müsbət xarakterizə edilir. Harada, hansı kollektivdə çalışmasından asılı olmayaraq, düzgünlüyü, dürüstlüyü sevmiş, yalanla arası olmamışdır. İşlədiyi vəzifələrdə mahir təşkilatçılığı, yorulmazlığı ilə seçilib, yüksək məsuliyyət hissi, səriştəlilik göstərə bilib, işlə yoldaşlığı, vəzifə ilə dostluğu balanslaşdırmağı bacarıb. Bütün çətin anlarda həmişə öz savadına, bacarığına güvənib. Vəzifəsindən sui-istifadə etməyib, əməkdaşlarına qarşı diqqətcil olub. Əksər başqa gözəl keyfiyyətləri də məhz əməksevərliyindən "su içib", zəhmətkeşliyi ilə tamamlanıb, çalışqanlığı ilə qüvvətə yüksəlib. Sadəlik, təvazökarlıq, mənəvi-əxlaqi kamillik, eyni zamanda ciddilik, tələbkarlıq onun xasiyyətinin əsas cizgiləridir. Həm yaxın, həm uzaq ətrafının hörmətini qazanmışdır. Həyatda çətin sınaqlardan, ağır imtahanlardan mətinliklə, üzüağ çıxmışdır. Başıuca, alnıaçıq olub həmişə.
Prinsipial adamdır Məmməd müəllim. Lakin onun prinsipləri xırda ambisiyalara, kin-küdurətə, şəxsi mənafeyə deyil, ali məqsədlərə, insani hisslərə və ülvi duyğulara əsaslanır. Sözün həqiqi mənasında ziyalıdır. Gördüyünü, eşitdiyini, oxuduğunu əqlin süzgəcindən keçirməyi bacardığına görə çox zəngin mənəvi aləmi var.
M.Məmmədov çox vətənpərvər ziyalıdır, torpaqlarımızın, eləcə də doğma Kəlbəcərin mütləq yağı tapdağından azad olunacağına həmişə ürəkdən inanıb. Nə yaxşı ki, ona da Kəlbəcəri azad görmək qismət oldu.
Gəlin, Məmməd müəllimə, onun rəhbərlik etdiyi kollektivə yetişməkdə olan gənc kəlbəcərlilər nəslinin təlim-tərbiyəsi işində yeni-yeni müvəffəqiyyətlər arzulayaq. İnanaq ki, 9 saylı məktəbin yetirmələri yiyələnəcəkləri peşə və ixtisaslar üzrə müxtəlif sahələrdə çalışaraq Bütöv Azərbaycanın tərəqqisinə, işğaldan azad etdiyimiz gözəl Kəlbəcərin yenidən qurulmasına layiqli töhfələr verəcəklər.
Şahin Orucov
Dün, 18:00
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Dün, 17:30
Azərbaycandan Ukraynaya generatorlar göndərildi - FOTO
Dün, 17:00
Bakıda 4-cü sinif şagirdi qəfil öldü
Dün, 16:30
Niyə maaş qalxan kimi QİYMƏTLƏR də QALXIR? Natiq Cəfərlidən FƏRQLİ YANAŞMA
Dün, 16:00
Bu gün “Qarabağ”ın oyunu var
Dün, 15:30
14 manatdan ucuz satılan araqlar saxtadır - XƏBƏRDARLIQ
Dün, 12:00
Bu gün pensiyaları ödəniləcək rayon və şəhərlərin ADLARI
Dün, 11:30
Mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO
Dün, 11:00
Hər kəs Tovuzdakı bu görüntülərdən danışır — AÇIQLAMA
Dün, 10:30
MAHİR ƏLİYEV TUTDUĞU VƏZİFƏNİN DƏYƏRİNİ YÜKSƏLDƏN KADRLARDANDIR
Dün, 10:00
125 ildir Kaliforniyada yanan Lampanın sirri nədir?
Dün, 09:30
Asbest qadağan edildi, bəs dəmir neçəyədir? — tikinti materialları bazarından reportaj
Dün, 09:00
Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir
12-02-2026, 18:00
Aygün Kazımovanın vergi borcunun məbləği məlum olub
12-02-2026, 17:30
Nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ
12-02-2026, 17:00
Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü
12-02-2026, 16:30
Ukraynada 20 deputat zəhərləndi
12-02-2026, 16:00
Kim Çen In 13 yaşlı qızını varisi təyin edib
12-02-2026, 15:30
Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə BİRLƏŞDİRİLƏCƏK
12-02-2026, 12:00
Bu şadlıq evində nöqsanlar aşkarlandı
12-02-2026, 11:30
10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
12-02-2026, 11:00
Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...
12-02-2026, 10:30
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq
12-02-2026, 10:00
Şərurda avromobil "TIR"la toqquşub, xəsarət alanlar var
12-02-2026, 09:30
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?
12-02-2026, 09:00
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB
11-02-2026, 18:00
Allah rəhmət eləsin.
