Azərbaycanda avtobuslar üçün yeni tələblər qüvvəyə mindi
Sosial
Oxunub: 106
3 Ock 2026 | 16:30
Azərbaycanda avtobuslar üçün yeni tələblər qüvvəyə mindi
"Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər" təsdiq edilib.

hedeftv.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin bununla bağlı müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

Qərara əsasən, bu tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə (bundan sonra - avtomobil nəqliyyatı vasitələri) dair tələbləri müəyyən edəcək.

Avtomobil nəqliyyatı vasitələri aşağıdakı tələblərə cavab verməlidir.

konstruksiya, qurğu və avadanlıqlar üzrə:

"AYNA" informasiya sisteminə inteqrasiya edilən və real vaxt rejimində məlumat mübadiləsi aparan aşağıdakı qurğu və avadanlıqlarla təchiz edilməlidir: qlobal mövqetəyinetmə sistemi (GPS); gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti; bort avadanlığı (avtomobil nəqliyyatı vasitələrinin daxilində quraşdırılmaqla, onların hərəkətini, idarə edilməsini, sərnişinlərin daşınmasını və gediş haqqının ödənilməsini monitorinq edərək mərkəzi dispetçer sisteminə ötürən qurğu); sərnişin sayğacı (avtomobil nəqliyyatı vasitələrinə minən və düşən sərnişinlərin avtomatik sayılmasını həyata keçirən qurğu).
sıxılmış təbii qazla işləyən mühərriklə və dizel mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1.000.000 km-dən, elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi

1.200.000 km-dən artıq olmamalıdır;

dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddətin keçməməlidir;
elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin olunmalıdır;

avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasında banın aşağı döşəməli (şəhərətrafı və qəsəbələrarası müntəzəm marşrutlarda avtomobil yollarının faktiki vəziyyəti aşağı döşəməli avtobusların istismarına imkan vermədiyi hallar istisna olmaqla), eləcə də banın səthinin əlilliyi olan şəxslərin təkərli oturacaqlarının və uşaq arabalarının rahat hərəkətinin təmin edilməsi üçün hamar olmalıdır;

əlilliyi olan şəxslərin təkərli oturacaqlarının və uşaq arabalarının avtomobil nəqliyyatı vasitələrinə daxil olması üçün mexaniki və ya avtomatik üsulla açılan pandusun olmalıdır (şəhərətrafı və qəsəbələrarası müntəzəm marşrutlarda istismarı olunan hündür döşəməli avtomobil nəqliyyatı vasitələri istisna olmaqla);

ikinci sərnişin qapısının xarici hissəsində və əlilliyi olan şəxslərin təkərli oturacaqları üçün xüsusi işarələnmiş yerlərdə sürücüyə məlumat vermək üçün düymənin olması, habelə təhlükəsizliyi təmin etmək üçün həmin xüsusi işarələnmiş yerlərdə yumşaq materialdan arxalığın quraşdırılması və təkərli oturacaqların sabitlənməsi üçün qoşalaşmış təhlükəsizlik kəməri olmalıdır;

salonun içərisində görmə və eşitmə pozuntusu (məhdudiyyəti) olan şəxslərin növbəti dayanacaq məntəqəsi barədə məlumatlandırılması üçün monitor və səs sistemi olmalıdır;

sıxılmış təbii qazla işləyən mühərriklə və elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələri üçün yanğınsöndürmə sisteminin avtomatik olaraq aktivləşdirilməsi funksiyasının, habelə işıq və səs ilə müşayiət olun "yanğın xəbərdarlığı" sistemi olmalıdır;

sıxılmış təbii qazla işləyən mühərriklə və elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin texniki vəziyyəti barədə məlumatın bort avadanlığına real vaxt rejimində ötürülməsini təmin edən sistemi olmalıdır;

sürücünün sərnişin qapılarının vəziyyəti haqqında məlumatlandırılması sisteminin və qapılara ən yaxın tutacaqlarda düşmə düyməsinin olması, habelə düşmə düyməsi basılan zaman sürücü panelindəki həmin qapını göstərən düymə yanıb-sönməli və qapı açılana qədər səs siqnalı verməlidir;

sərnişin qapılarının sıxılmaya qarşı həssaslıq sensorları ilə təchiz edilməlidir;

avtomobil nəqliyyatı vasitələrinin daxilində və xaricində qəza vəziyyətində hər bir sərnişin qapısının açılması üçün quraşdırılan qəza açarı olmalı, habelə qəza vəziyyətində qapıların əl ilə açılması mümkün olmalıdır.
normativ hüquqi aktlar üzrə:

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd edilən tələblərə;
Azərbaycan Respublikasının 2002-ci il 12 fevral tarixli 261-IIQ nömrəli Qanunu ilə qoşulduğu "Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında Müqavilə"nin tələblərinə uyğun olaraq müəyyən edilmiş M2 və M3 kateqoriyasına və birinci sinifə (avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasında sərnişinlərin ayaq üstə dayanması və sərbəst hərəkəti üçün yerlərin nəzərdə tutulması) aid olması ilə bağlı tələblərə;

"Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 sentyabr tarixli 497 nömrəli Fərmanının 2.3-cü bəndində qeyd edilən tələblərə;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"ə;

Məlumat üçün bildirək ki, qərar 2025-ci il oktyabrın 30-da qəbul edilib, noyabrın 6-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Bugün, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
Bugün, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
Bugün, 10:30
Güləşçimiz Avropa çempionu oldu
Bugün, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
Bugün, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
Bugün, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
Dün, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
Dün, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
Dün, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
Dün, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
Dün, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
Dün, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
Dün, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
Dün, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
Dün, 10:30
İki qadın güləşçimiz finalda
Dün, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
Dün, 09:30
Könül Həmzəyeva saxlanılıb
Dün, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...
11-03-2026, 17:00
Zavodu sahibindən xəbərsiz satdı, indi də "hamının mənə borcu var" deyir - DƏLƏDUZLUQ İŞİ
11-03-2026, 16:30
Naxçıvanda onlayn kazino təşkil edən şəxs saxlanıldı
11-03-2026, 16:00
Bu orta məktəbə lisey statusu verildi
11-03-2026, 12:00
Rusiyada azərbaycanlı gəncə yüksək vəzifə verildi
11-03-2026, 11:30
Türkiyəyə açıq hücum - İlk hədəf AZƏRBAYCANDIR
11-03-2026, 11:00
14 yaşlı yeniyetmənin meyiti tapıldı
11-03-2026, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü