Evləri var, sənədləri yoxdur - Yeni Günəşli sakinləri “fövqəlnazir”ə müraciət etdilər
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A-B massivində yerləşən “Sahil-S İnşaat” MTK-nın sakinləri fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət ünvanlayıb.Surəti hedeftv.az-a göndərilən müraciətdə 165 ailə FHN rəhbərindən nazirliyin sözügedən binanı istismara götürməsini, mənzillərə çıxarış verilməsi üçün müvafiq addımın atılmasında köməklik göstərilməsini xahiş edir. Sakinlər binanın artıq heç bir problemi qalmadığını, kommunal infrastrukturun təmin olunduğunu da qeyd edib.
Müraciətdə deyilir:
“Cənab nazir, ilk növbədə qeyd etməliyik ki, “Sahil-S İnşaat” MTK-dan mənzil alan 165 ailə illərdir üzləşdiyi problemlərin həlli və hüquqlarının bərpası uğrunda hüquqi mübarizə aparır. Şirkət rəhbərliyinin qanunsuz və dələduz hərəkətləri ucbatından indiyə qədər 165 ailənin mülkiyyət hüquqları pozulub. Belə ki, MTK rəhbəri Taley Alaverdiyev və şəriki Pənah Kərimovun bir mənzili bir neçə vətəndaşa satmasının ifşa olunması, onların istintaqa cəlb edilməsi həm də binada xeyli problemlərin yarımçıq qalmasına səbəb olmuşdu.
MTK rəhbərliyində olan şəxslərin həbsindən sonra biz sakinlər banklardan kredit və borc götürərək bu binanın yarımçıq qalan işlərinin başa çatdırılması istiqamətində xeyli iş görmüşük. Yəni tikintinin tamamlanması, liftlərin quraşdırılması və digər infrastrukturun reallaşdırılması kredit götürdüyümüz vəsaitlər hesabına mümkün olub. Lakin binada tikintinin yekunlaşdırılması ilə sakinlərin problemləri tam həllini tapmayıb. Təbii ki, mənzillərin su, işıq və qazla təmin olunması ən vacib həllini gözləyən məsələlərdən idi. Ona görə də kommunal infrastrukturun bu gün fasiləsiz təmin olunmasında Birinci vitse-prezident Mehriban Əliyeva, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi, hörmətli deputat Zahid Oruc bizə böyük köməklik göstərib. Artıq binada qaz, su və işıq, var. Ancaq binanın istismara götürülməsi, müvafiq rəyin verilməsi, bunun müqabilində mənzillərə çıxarış əldə olunması üçün Sizin dəstəyinizə ehtiyacımız var.
Hazırda ən böyük problemimiz də məhz mənzillərin çıxarışının olmamasıdır. Bu səbəbdən ciddi hüquqi əngəllərlə üzləşmişik. Çünki götürdüyümüz kreditləri qaytarmaq üçün mənzilləri satmaq istəyirik. Ancaq mənzillərin çıxarışı olmadığına görə notariuslar alqı-satqını həyata keçirmir. Bu da borclarımızı qaytarmaq üçün mənzillərimizi satmaqda ciddi hüquqi maneə yaradıb.
Ümumiyyətlə isə təkcə mənzillərin satışı deyil, hər bir sakin mülkünün çıxarışlı olmasını arzulayır. Bu həm də müxtəlif idarələrdə zəruri sənədləşmə, mənzillərin qeydiyyatına düşmək, övladlarımızın yaxınlıqdakı təhsil ocaqlarına yazdırılması və digər çətinliklərin aşırılmasında mühüm məsələdir”.
Sakinlər Kəmaləddin Heydərova müraciətdə nazirdən onları sevindirəcək reaksiya gözlədiklərini vurğulayıblar:
“Cənab nazir, biz inanırıq ki, başda Mehriban xanımın dəstəyi olmaqla, digər strukturların da nəzarəti, köməyi sayəsində həmin problemlər necə həllini tapıbsa, Siz də yeni ilin ilk günlərində bizi sevindirəcək bir tapşırıq verəcəksiniz.
İnanırıq ki, illərdir başı bəlalar çəkən bu sakinlərin bir-bir həll olunan məsələlərinə bir nazir olaraq Sizin də töhfəniz, qatqınız olacaq. Artıq binanı istismara götürmək, lazımı tədbirlər görmək üçün hər hansı problem qalmayıb. Bizi aldadan şəxslərə hökm oxunmasını gözləyirik ki, o dələduzların MTK rəhbərliyindən də uzaqlaşdıraq və kollektiv idarəçilik yaradaq. Ancaq məhkəmənin qərarına qədər ümid edirik ki, binanı istismara götürmək, mənzillərə çıxarışa görə lazımi rəyi vermək nazirlik üçün çətin olmayacaq. Biz bütün sənədləri təqdim etməyə hazırıq və hər şey qaydasındadır.
Cənab nazir, inanırıq ki, “Şəhərsalma və Memarlıq İli”ndə müraciətimizə cavab olaraq hamımızı sevindirən reaksiyanız olacaq”.
Bugün, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
Bugün, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
Bugün, 10:30
Güləşçimiz Avropa çempionu oldu
Bugün, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
Bugün, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
Bugün, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
Dün, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
Dün, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
Dün, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
Dün, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
Dün, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
Dün, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
Dün, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
Dün, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
Dün, 10:30
İki qadın güləşçimiz finalda
Dün, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
Dün, 09:30
Könül Həmzəyeva saxlanılıb
Dün, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...
11-03-2026, 17:00
Zavodu sahibindən xəbərsiz satdı, indi də "hamının mənə borcu var" deyir - DƏLƏDUZLUQ İŞİ
11-03-2026, 16:30
Naxçıvanda onlayn kazino təşkil edən şəxs saxlanıldı
11-03-2026, 16:00
Bu orta məktəbə lisey statusu verildi
11-03-2026, 12:00
Rusiyada azərbaycanlı gəncə yüksək vəzifə verildi
11-03-2026, 11:30
Türkiyəyə açıq hücum - İlk hədəf AZƏRBAYCANDIR
11-03-2026, 11:00
14 yaşlı yeniyetmənin meyiti tapıldı
11-03-2026, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü