Qış turizminin “əriyən” problemləri
Gündəm
Oxunub: 27
7 Ock 2026 | 11:00
Qış turizminin “əriyən” problemləri Ekspert deyir ki, qış turizminin inkişafı üçün xaricdən turistlərin cəlb olunmasına ehtiyac var, çünki...

Qış turizmi son illərdə dünya üzrə genişlənib və xüsusilə yaxın ölkələrdə sürətlə inkişaf edib. Xizək mərkəzləri, qarla örtülmüş dağlar, termal su qaynaqları və təbiətə yaxınlıq, qış turizmini cazibədar bir seçimə çevirir. Dünyada bu sahənin ən inkişaf etmiş məkanları arasında Avropa və Şimali Amerika ölkələri ön plana çıxır. Məsələn, Alplar, İsveçrə, Avstriya, İtaliya və Fransa kimi ölkələr, dağ xizəyi və digər qış idmanları ilə məşhur olan kurortları ilə turistləri cəlb edir. Kanadadakı Whistler və Banff kimi məkanlar da qış turizmi sahəsində önəmli yerlərdədir. Bundan başqa, qonşu ölkələrdə də qış turizmi sürətlə inkişaf edir. Gürcüstan, xüsusilə Gudauri və Bakuriani kimi xizək mərkəzləri ilə populyarlaşır. Rusiya və İran da qış turizmi sahəsində irəliləyişlər əldə edib. Soçi və Dizin kimi mərkəzlər, dağ xizəkçiləri və təbiət həvəskarları üçün ideal məkanlar təklif edir.

Türkiyədə isə qış turizmi, xüsusən dağ xizək mərkəzləri ilə inkişaf edib. Uludağ, Palandöken, Kartalkaya və Erciyes kimi məkanlar, yerli və xarici turistlər üçün cazibədar yerlər halına gəlib. Bu mərkəzlər, həm təcrübəli xizəkçilər, həm də yeni başlayanlar üçün uyğun şərait təqdim edir. Türkiyə, qış turizminə olan marağını artıran müasir infrastruktur layihələri ilə diqqət çəkir.

Qış turizminin inkişafı, yalnız idman fəaliyyətləri ilə məhdudlaşmır. Ekoturizm və qışda təbiətə yaxın olmaq istəyən turistlər üçün qarla örtülmüş meşələrdə gəzinti, buz üzərində yürüş və qar motosikleti sürmək kimi müxtəlif fəaliyyətlər mövcuddur. Bu cür turizm növləri, həmçinin ekoloji cəhətdən dayanıqlı və təbiətə hörmətli turizmin təşviqinə kömək edir. COVID-19 pandemiyasından sonra açıq hava fəaliyyətlərinə olan maraq artıb və insanlar qapalı məkanlardan uzaq duraraq, təbiətə daha yaxın yerlərə səyahət etməyə başlamışlar. Xizək mərkəzləri və dağ kurortları, bu yeni turizm tələblərinə cavab vermək üçün sosial məsafə qaydalarına riayət edərək daha çox turist cəlb etməyə başlamışdır.

Yəni, qış turizmi həm dünya miqyasında, həm də qonşu ölkələrdə inkişaf edən və iqtisadi cəhətdən əhəmiyyətli bir sahəyə çevrilib. Bu sahənin gələcəyi, daha çox insanın təbiətə yaxın olmaq, qış idmanları ilə məşğul olmaq və sağlam həyat tərzini təşviq etmək istəyindən asılı olaraq daha da parlaq olacaq. Bəs Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda qış turizmi hələ tam mənada inkişaf etməsə də, ölkənin dağlıq bölgələrindəki təbii zənginliklər və qış idmanlarına olan maraq, bu sahənin gələcəyini ümidverici edir. Dövlətin və özəl sektorun qış turizmi ilə bağlı investisiyalar qoyması və yeni mərkəzlərin inşa edilməsi, Azərbaycanın bu sahədə dünya miqyasında tanınan bir turizm məkanı olmasına imkan yarada bilər. Turizmin inkişafında ən böyük əngəl quru sərhədlərin hələ də bağlı olmasıdır...

Ceyhun Aşurov: "Turistlərin Azərbaycana gəlməsi üçün DAHA ÇOX səbəblər yaratmalıyıq" - Hedeftv.info

Turizm üzrə ekspert Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Əlbəttə ki, Türkiyə ilə bizi müqayisə etmək mümkün deyil. Azərbaycanda 2-3 qış turizmi təsisatı var, bunlar- Tufandağ, Şahdağ və Ağbulaq maksimum olaraq qış turizmi üzrə fəaliyyət göstərən əsas məkanlardır. Həmin yerlərdə qış turizmi ilə bağlı müxtəlif fəaliyyətlər təşkil olunur. Ümumilikdə isə qış fəslində insanlar əsasən qar görmək üçün təbiətə üz tutur, səyahətlər edirlər, planlaşdırırlar. Azərbaycanda qış elə də sərt keçmir. Buna baxmayaraq, bir neçə gün əvvəl yağan qar nəticəsində bəzi yollarda müəyyən çətinliklərin yarandığının şahidi olduq.

Amma ümumən qış fəslinin və qış turizminin daha dolğun yaşanması üçün xaricdən də turistlərin cəlb olunmasına böyük ehtiyac var. Çünki ölkə daxilindəki insanlar turist kimi əsasən həftə sonları və bayram günlərində aktiv ola bilirlər. Qalan günlərdə isə əksər insanlar işdə olduqları üçün bu cür turizm məkanlarını ziyarət etmək imkanları məhdudlaşır. Həmin günlərdə regionlarda ümumilikdə istər turizm obyektlərinin, istərsə də otellərin doluluğu əsasən həftə sonları və bayram günlərinə təsadüf edir. Bu istiqamətdə, əlbəttə ki, kifayət qədər işlər görülməlidir. Amma əsas məqsəd daha çox xarici turistlərin cəlb olunması olmalıdır ki, ilboyu, bütün fəsillərdə, o cümlədən qış mövsümündə də bu regionlara səfərlər davamlı xarakter alsın”.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

İqtisadçı Natiq Cəfərli sosial şəbəkədəki paylaşımında turizmlə bağlı fikirlərini bölüşüb: “Prezident İlham Əliyev dünənki müsahibəsində qeyd etdi ki, 2019-cu ildə Azərbaycanda turizmlə bağlı ciddi artım olmuşdu – doğrudur, son illərin ən böyük turizm rəqəmləri, həm sayla, həm də gəlirlə bağlı məhz quru sərhədlərin açıq olduğu 2019-cu ildə qeydə alınmışdı”.

Partiya sədri qeyd edib ki, Prezident çıxışında turizm potensialından, hava limanlarının ötürücülük qabiliyyətinin artırılmasından, ölkəyə daha çox “low-cost” şirkətlərinin cəlb ediləcəyəndən də danışdı – bütün bunlar doğru istiqamətlərdir, doğrudan da, turizmin böyük potensialı, iqtisadiyyatda multiplikativ effekti var, öz arxasınca 10-11 sahəni də inkişaf etdirir: “Amma, elə 2019-cu il misalı da sübut edir ki, quru sərhədləri bağlı olan ölkədə turizm inkişaf edə bilmir, edə bilməz də, deməli, heç olmasa 2019-cu il rəqəmlərinə çatmaq, turizmi inkişaf etdirmək üçün quru sərhədlər mütləq açılmalıdır, tək hava nəqliyyatı ilə turizmi inkişaf etdirmək mümkün deyil”.

İqtisadçının sözlərinə görə, Azərbaycan öz coğrafi mövqeyini turizmdə də istifadə etməli, qatarla, avtomobillə, avtobuslarla regional turların təşkilində mərkəzə çevrilməlidir:“İstənilən Mərkəzi Asiya ölkəsinin vətəndaşı Bakıda qatara minib İstanbula, daha sonra isə Avropaya qatar turu ilə gedə bilsə, bu ölkə turizmində böyük inkişafa, regional turların Bakı mərkəzli satışının artmasına səbəb olacaq. Bir sözlə, turizmin inkişafı quru sərhədlərin açılmasına bağlıdır”.
Bugün, 17:00
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
Bugün, 16:30
Dünən "Tərəqqi" medalı ilə təltif olunan Sevinc Kərimova vəfat etdi
Bugün, 16:00
Elşad Xose həbs edildi
Bugün, 15:30
"Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb”
Bugün, 15:00
Bu ailələrə 600 manat veriləcək
Bugün, 11:00
Prezident Külək Elektrik Stansiyasının açılış tədbirində çıxış edib
Bugün, 10:30
Dövlət Agentliyində sədr təyinatı: Hasil Abbasov kimdir? - DOSYE
Bugün, 10:00
Qalada maşın aşdı - Ölən var
Bugün, 09:30
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edildi
Bugün, 09:00
Cəbrayıl və Füzulidə yanğın - Kəndlərə yayılır
Dün, 18:00
Yumurta satışına qoyulan limitin səbəbi bilindi: Artım olmayacaq
Dün, 17:30
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edir - FOTO - YENİLƏNİB
Dün, 17:00
Qəbələdə İcra Hakimiyyətindəki şok əlbəyaxa davanın yeni təfərrüatları -“Məni boğdular, sonra həbs etdilər”
Dün, 16:30
Yeni vəzifəyə təyin olunan XANIM KİMDİR? - FOTO
Dün, 16:00
Bastrıkin təyyarə qəzasını ört-basdır edir - İstintaq Komitəsi Putini inkar edir
Dün, 15:30
Azərbaycanda “kitayski” tabutlar – 8 min rəqəminin SİRRİ
Dün, 15:00
Məzar daşını sındıran şəxs həbs edildi
Dün, 11:00
Qış turizminin “əriyən” problemləri
Dün, 10:30
Azərbaycanda pul bazası 7.4% ARTIB
Dün, 10:00
DYP sürücülərə çağırış etdi
Dün, 09:30
Peyvənddən sonra qəfil ölüm: Orqanizmin gözlənilməz allergik reaksiyası
Dün, 09:00
Bakıda "it kabusu": Bir ayda 65 nəfər xəsarət alıb
6-01-2026, 18:00
Temperatur yüksələcək - Sabahın hava proqnozu
6-01-2026, 17:30
2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində ölüb
6-01-2026, 17:00
Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini ziyarət edib
6-01-2026, 16:30
Evləri var, sənədləri yoxdur - Yeni Günəşli sakinləri “fövqəlnazir”ə müraciət etdilər
6-01-2026, 16:00
21 milyonluq “Sonar Farm” qalmaqalı - şərikin payı necə 300 min manata “əridi”?