İşçi qrupun növbəti görüşü Bakıda keçiriləcək
Gündəm / Sosial
Oxunub: 118
5 Ara 2023 | 22:55
İşçi qrupun növbəti görüşü Bakıda keçiriləcək

Xəzərin hüququ statusuna dair qəbul edilmiş konvensiyanın bütün üzv dövlətlər tərəfindən ratifikasiya edilməsi və konvensiyanın qüvvəyə minməsi Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskva görüşünün əsas mövzularından biri idi.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

“Xəzəryanı dövlətlərin müxtəlif əməkdaşlıq platformaları mövcuddur. Həmin əməkdaşlıq platformalarında biri də dövlət başçılarının qərarına əsasən təşkil olunan Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası formatıdır. Həmin qərara uyğun olaraq bu gün ilk görüş keçirilib. Görüş həm məhdud, həm də geniş tərkibdə olub. Xəzər mövzusu ilə bağlı ən müxtəlif məsələlər, bu istiqamətdə atılan addımlar, VI Xəzər Sammitinin qərarlarının icrası, gələcək planlar barədə geniş müzakirələr aparıldı. Görüşün yekunlarına dair birgə bəyanat qəbul edildi”, - deyə nazir bildirib.

C.Bayramov görüş çərçivəsində Xəzərin hüququ statusuna dair qəbul edilmiş konvensiyanın bütün üzv dövlətlər tərəfindən tam ratifikasiya edilməsi və qüvvəyə minməsi məsələsi, digər açıq qalan məsələlər, habelə bu məsələnin həlli üçün atılacaq addımların müzakirə olduğunu bildirib.

“Vacib olan sazişlər sırasında Xəzəryanı dövlətlər arasında orta və düz xətlərin razılaşdırılması, həmin sazişin hazırlanması istiqamətində yüksək səviyyəli işçi qrupunun növbəti görüşünün keçirilməsi də yer alıb və belə görüşün mart ayında Bakı şəhərində təşkil olunması planlaşdırılır”, - deyə nazir qeyd edib.

Azərbaycan XİN başçısı daha sonra vurğulayıb ki, Xəzər mövzusu ilə bağlı olaraq indiyədək 16 müxtəlif saziş qəbul edilib. Həmin sazişlərin 15-nə Azərbaycan Respublikası da qoşulub.

“Eyni zamanda Xəzəryanı ölkələrin bir sıra digər istiqamətlər üzrə təşəbbüsləri var. Həmin təşəbbüslərlə bağlı növbəti addımlar da razılaşdırılıb. Ən önəmli məsələlər sırasında Xəzərdə ekoloji problemlər və xüsusi olaraq Xəzər dənizinin səviyyəsinin son onilliklər ərzində azalması və bunun çox ciddi narahatlıq doğurmasıdır. Bu mövzu ilə bağlı olaraq VI sammitdə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi işçi qrupunun yaradılması təklifini irəli sürüb. Təklifə uyğun olaraq Azərbaycan tərəfi artıq üzv dövlətlərə bununla bağlı növbəti addımlara dair sənəd layihələri təqdim edib və hazırda həmin sənədlər müzakirə edilir. Yaxın zamanlarda işçi qrupun görüşü təşkil olunacaq”, - deyə nazir diqqətə çatdırıb.

C.Bayramov Xəzərin hüquqi statusuna dair konvensiyada nəzərdə tutulduğu kimi Xəzərin dənizinin sülh məkanına çevrilməsi, burada Xəzəryanı dövlətlərin hərbi sahədə atdıqları addımların digər ölkələr üçün məqbul olması, hər hansı bir gərginliyin yaradılmaması kimi məsələlərin də müzakirə mövzusu olduğunu qeyd edib.

“Ümumilikdə, bu görüşü çox faydalı hesab edirik. Düşünürük ki, görüşün növbəti addımlara müsbət təsiri olacaq. Bildiyiniz kimi, beynəlxalq genişformatlı tədbirlər çərçivəsində ikitərəfli görüşlər də keçirilir. Gün ərzində səhər saatlarında Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan-Rusiya münasibətləri kontekstində ikitərəfli görüş keçirtdik. İndi isə bir qədər əvvəl İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Azərbaycan-İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu”, - deyə nazir jurnalistlərə bildirib.
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar