
Buraxılış imtahanlarının nəticələri açıqlandı - Bir nəfər 300 bal topladı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.
İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2023/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 48049 nəfərdən 329 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 may tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 17 may saat 10:00-dan 19 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Dün, 18:25
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dün, 17:38
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dün, 17:03
Kilsə və lobbi Paşinyana qarşı - Qaregin gözünü diaspora dikib - ŞƏRH
Dün, 15:57
Hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki... - PREZİDENT
Dün, 15:16
Prezident onu “Dostluq” ordeni ilə TƏLTİF ETDİ
Dün, 14:33
Kadırovun böyrəkləri işləmir - İDDİA
Dün, 13:09
Sabah yağış yağacaq
Dün, 12:47
Selçuk Bayraktaroğlu Azərbaycana gəldi
Dün, 12:15
Paşinyan Ermənistan ordusunda kriminogen vəziyyətin əsas səbəbini göstərib
Dün, 11:59
10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin fəaliyyətinə kölgə salmağa yönəlik cəhdlər əsassızdır.
Dün, 11:31
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Dün, 10:46
Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb
Dün, 09:58
Prezident Seyidbəyliyə getdi - Fotolar
Dün, 09:30
DYP yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Dün, 08:50
Xəzər dənizində zəlzələ qeydə alınıb
13-09-2025, 16:08
Tramp: NATO da eyni işi görsə, Rusiyaya sanksiya tətbiq etməyə hazıram
13-09-2025, 15:31
QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək
13-09-2025, 14:28
Müdafiə Nazirliyi məlumat yaydı
13-09-2025, 12:50
Sabahın hava proqnozu açıqlanıb
13-09-2025, 11:58
Xocalının daha bir kəndinə İLK KÖÇ oldu
13-09-2025, 11:25
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?
13-09-2025, 10:26
Goranboydakı cinayətin TƏFƏRRÜATI
13-09-2025, 10:19
Qızılağac Milli Parkının ərazisində yanğın olub
13-09-2025, 09:32
Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib
12-09-2025, 19:20
Yevlaxda “Ocaq” ədəbi birliyinin “Ölümsüz Ümüdlər” adlı tədbir keçirilib-Fotoadlı
12-09-2025, 19:06
Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb
12-09-2025, 18:15
KİV: İsrail bir müddətdir Qahirədə HAMAS liderlərini öldürməyə cəhd göstərir