AzMİU-da imtahan işləri tam şifrələnir - AÇIQLAMA
Gündəm / Sosial
Oxunub: 131
7 Haz 2023 | 13:28
AzMİU-da imtahan işləri tam şifrələnir - AÇIQLAMA

“İyunun 1-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası iyulun 5-dək davam edəcək. İmtahanlarda ümumilikdə 8000-dən çox tələbə iştirak edir. Təsdiq olunmuş imtahan cədvəlinə uyğun olaraq tələbələr yazılı, test üsulları, qabiliyyət tələb edən fənlər üzrə isə ənənəvi qaydada fakültələrdə imtahan verirlər. Qeyd edim ki, bütün imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir. Prosesin şəfaf keçirilməsi, obyektiv qiymətləndirmə, neqativ halların aşkar edilməsi və qarşısının alınması üçün bütün məsələlər nəzərə alınıb. Nəzarət prosesi tələbələrə mane olmadan, peşəkar şəkildə həm fiziki, həm də texnoloji yolla həyata keçirilir”.

Bunu "Unikal"a açıqlamasında AzMİU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib.

N.Abdullayev qiymətləndirmə ilə bağlı məsələlərə də aydınlıq gətirib.

“Test imtahanlarında subyektiv yanaşma ümumiyyətlə mümkün deyil. Burada tələbə kompüterlə baş-başa olur. İmtahan bitəndə monitorda neçə bal topladığını, dolaysı ilə qiymətini öyrənir və bu göstərici avtomatik olaraq sistemə işlənilir. Bəzi fənlər var ki, onlarda test imtahanı ilə tələbənin biliyini tam qiymətləndirmək mümkün deyil. Məsələn, tərsimə həndəsə, torpaq kadastrı, layihələndirmə və s. Bu tip fənlərdən digər üsullarla imtahan götürülür. Həmin imtahanları testdən fərqli olaraq ekspertlər (müəllimlər) yoxlayır, lakin onlar kimin işini yoxladığını bilmir. Bütün işlər yoxlamaya göndərilmədən öncə şifrələnir, işin üzərindən tələbənin adı, soyadı olan hissə götürülür. Şifrələnmiş iş yoxlanıldıqdan sonra şifrəsi açılır və tələbənin qiyməti elektron şəkildə onun azmiu.edu.az portalı üzərindəki elektron kabinetinə gödərilir”.

Qeyd edək ki, imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb. Bundan əlavə, imtahan sessiyası dövründə birbaşa rektorun sədrliyi ilə yaradılmış Münaqişə (Apellyasiya) Komissiyası da fəaliyyət göstərir. Burada imtahanların nəticələri barədə müraciətlərə baxılır və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır.
Dün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Dün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Dün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Dün, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
Dün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Dün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Dün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Dün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Dün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Dün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Dün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Dün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
6-02-2026, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
6-02-2026, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
6-02-2026, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
6-02-2026, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi